Ulu daş salnaməyə böyük sevgi
İri və inamlı addımlarla irəliləməsi heç vaxt səngiməyən Azərbaycanın sosial-mədəni həyatı yaşadığımız 2020-ci ildə də əlamətdar hadisələrlə zəngin olmuşdur. Onlardan biri Türk-oğuz dünyasının keşməkeşli çağlarını yaşadan və əks etdirən misilsiz Gəmiqayanın daş salnaməsi haqqında möhtəşəm yeni əsərin – ən dolğun kitabın nəşridir. Haqqında bəhs edəcəyimiz kitab, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla işıq üzü görən “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental nəşrdir. […]