Gəmiqaya abidələri xalqımızın daş yaddaşıdır

Gəmiqaya abidələri Naxçıvanın tunc dövrü mədəniyyətinin ayrılmaz hissəsidir.Abidə Ordubad rayonunun Nəsirvaz kəndinin yaxınlığında yerləşir. Qayaüstü təsvirlər başlıca olaraq Qaranquş yaylağında toplansa da,bu tip təsvirlərə Qapıcıq zirvəsindən başlayaraq Nəbi yurdu və Camışölən yaylağınadək geniş bir ərazidə rast gəlmək mümkündür. Əsasən su qaynaqları ətrafında toplanan qaya təsvirləri qədim insanların təsərrüfatı və mənəvi mədəniyyətini öyrənmək üçün dəyərli mənbədir.Gəmiqaya təsvirlərini stilistik xüsusiyyətinə görə iki […]