Realizmin duyğulandırıcı görüntüləri rəngkar Həmzə Sadiqovun yaradıcılığı haqqında

Qənaətimcə, Naxçıvanda doğulanlar üçün rəssam olmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, sənət həvəsli insanların çoxu üzünü görmədiyi məşhur Bəhzruz bəy Kəngərlinin adını eşidib rəssam olmaq həvəsi ilə yaşayır. Amma rənglərlə baş-başa qalanda, rəssamlığın çoxlarının görə və duya bilmədiyi çoxqatlı çətinliklərdən ibarət olduğunu dərk edəndə, üstəlik, Bəhruz bəyin də yalnız ölümündən sonra onu tapan şöhrətinin sayagəlməz mərhumiyyətlərdən […]