Sənətə ehtiramda vətəndaş qeyrəti

Musiqi mədəniyyətimizin qədimliyini söyləmək ümumi bir deyimdir. Bu ifadəni Azərbaycan mədəniyyətindən az-çox xəbəri olan hər bir kəs işlədə bilər. Burada «qədim» sözü bir qədər mücərrəd mə`na daşıyır. Onu elmi-nəzəri əsaslarla sübut etmək bir başqa məsələdir ki, bununla alimlərimiz məşğul olurlar. Məhz həmin alimlər qədimliyin tarixini də sübutlarla dəqiqləşdirirlər. Bir də var qədim mədəniyyət abidələrinə məhəbbətlə, ehtiramla, vətəndaşlıq qeyrəti ilə onları […]