Böyük həqiqətin axır zamanı

Print Friendly, PDF & Email

Zaman ƏN BÖYÜK YARADICININ ƏN QÜDRƏTLİ QÜVVƏSİNDƏDİR Kİ, onu geri döndərmək də mümkünsüzdür. Zamanı geri döndərmək mümkün olsa idi əgər zamanından əvvəl zamanın ahəngi pozulardı. Bu zamanın hər yaddaşın əvvəli, onun zikri isə yaddaşın xatırlatdığıdır. Zamanı saxlamaq ən böyük mümkünsüzlükdür ki, onu öz ahəngində saxlayan YARADICININ İŞIQ QÜVVƏSİDİR. ONUN Mümkün etdiyini ONDAN BAŞQA heç kəs mümkün edə bilmədiyi üçün zamanı dəyişmək mümkünsüzdür. O BÖYÜK YARADICININ Bütöv Zərri Aləm Mö’cüzələri kimi zaman da ONUN ÖZÜNÜN ZAMANININ Öz Ahəngindədir. Ən böyük mö’cüzəni zaman göstərər ki, zamanından əvvəldə belə zamandakı yaddaş qalar. Zaman ƏN BÖYÜK OLANIN, Ən Böyük İşığının İşıq Dövranıdır. O BÖYÜK İŞIĞININ Qüdrətinin İşıq Dövranı bütöv cəm kainatların Yaradılışında öz ahəngi ilə öz axarındadır.

BÖYÜK YARADICININ cəm kainatlarındakı bütün günəş sistemləri və günəş ətrafı bütün yaşam kürələri zaman içərisindədir. BÖYÜK YARADICININ Ən Böyük Anı ONUN Ən Böyük olan Anı ilə An Olan Böyük Partlayışıdır. O Böyük Partlayış özündəki ƏN BÖYÜK YARADANIN İŞIQ QÜDRƏTİNİ an ilə yaddaşlarda əbədi saxlamaqdadır. Cəm kainatların – bu böyük yaranışın özündə, cəmliyində zaman yoxdur an vardır ki, o Böyük Yaradılışın yaddaşıdır. Bir an ilə o cəm kainatlara, o böyük yaradılışa bağlanmaq – ruhu zaman və məskəndən ayıran ən böyük Andır. O, elə müqəddəs bir andır ki, o zaman sənin mövcud olduğun məskənin zamanı geridə qalmış o an ilə varlığın ONUN MƏKANINA bağlanarmış.

Zaman və məkandən uzaqlaşıb o ucalığa qalxdığın qədər, an ilə cəm yaranışları görmək varmış. O an ilə o məkana, O Səkkizliyə, hətta cəm Kainatların xaricindən xaricə çıxmaq varmış! O an ən böyük partlayışın anı olduğu üçün, o anın İşığı ilə cəm kainatların xaricinə – oralara qalxmaq bağlanmaq varmış! O an zamana – oralar heç cəm kainatların bütöv yaradılışına sığmazmış! O ana an ilə səni qaldıran və ən böyük azadlığa buraxan YARADICI, ƏN BÖYÜK YARADAN VARDIR! O an ilə oralara bağlanmaq o qədər hədsiz hüdüdsuz böyük boşluq bir aləmdir ki, görərsən! O böyük boş aləmdə görərsən ki, cəm kainatların hələ böyük partlayışı baş vermədiyi o boşluqda ikinci böyük partlayışı sənə göstərən ikinci sənə icazə varmış! Axırıncı zaman qayıdışdadır!

Axırıncı Qayıdış

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.