İşıq işıqdan ayrılmaz! İşıq kölgəyə çevrilməz!✨✨✨.

İşıq yaradıcı olduğu üçün ONUN yaratdığı hər bir cəm yaranış ONUN İŞIĞININ işığına  məxsusdur✨✨✨.   Məgər işıq-işıqdan ayrıla bilərmi? Məgər, YARADICI OLAN, O ƏN BÖYÜK QÜVVƏ öz başına buraxarmı öz yaranışını? Məgər ruh ən böyük möcüzənin əsəri deyilmidir ki, o İşığın daşıyıcısıdır? Məgər yaranışın cəmi, TƏK OLANA bağlı deyilmidir?  O BÖYÜK XƏLQ EDƏNİN İŞIĞI✨✨✨, ONUN cəm yaranışına cəmdir!🌀. İşığın daşıyıcı ruh halı, […]

Kamran Rüstəmov, yaxud güc həqiqətdədir.

    Hekayəmin qəhrəmanı texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının (RAAiSN) əcnəbi üzvü, Azərbaycan Respublikası və Rusiya Federasiyası Jurnalistlər İttifaqlarının üzvü, son illərdə isə publisist və ictimai xadim kimi fəaliyyət göstərən Kamran Ənvər oğlu Rüstəmovdur. Qəhrəmanımız asistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmiş, namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, Böyük Britaniyada […]

Paxlalı bitkilərin insan genetikası və təbiətlə qarşılıqlı əlaqəsi

Hələ qədim zamanlardan insanlar dənli bitkilərlə yanaşı paxlalı bitkiləri də əkib becərmiş və geniş şəkildə istifadə etmişdir. Paxlalı bitkilərin insan sağlamlığı və təbiət üçün əhəmiyyəti sonsuzdur. İlk öncə paxlalı bitkilərin təbiət üçün böyük əhəmiyyətindən danışacağam. Hazırkı  dövrdə dünyanın ən böyük problemlərindən biri olan, bitkilərin becərilməsi zamanı torpağın tərkibinə həddindən artıq verilən kimyəvi gübrələrdir. Kimyəvi gübrələr  torpağı , suyu çirkləndirdiyi kimi […]

İki ölüm, bir sir

Bütün dünyada ölməz bədii əsərləri həm fəlsəfi görüşləri ilə şöhrətlənmiş böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoy (1828-1910) həyatında baş verən iki olduqсa mühüm hadisə üzündən ən geniş kütlələr içərisində daha da artıq tanınmışdı. Əvvala o, qüdrətli insanpərvərlik yaradıсılığı ilə məsihi kəlisasının riyakarlığını ifşa etdiyinə görə təl’in olunmuşdu: bütün kilsələrdə hər dəfə ibadət zamanı ona lə’nətlər yağdırılırdı və bu çağa qədər […]

Balacanın böyük dərdi…

Vərəqin xeyli hissəsi yazılmışdı… Cümlələrdən birinin yarısı yavaş-yavaş islanmağa başladı. İslanan sahə tədricən böyüdü, vərəqin böyük bir hissəsi yaş oldu. Sətrin lap başında dayanan “A” hərfi təəccüblə soruşdu: -Bu nədir? Bu su haradan səpilir? Yazılar islandı ki… Cümlənin yarısında qoyulan vergül yavaşca dilə gəldi: -Bu mənim göz yaşlarımdır, hər dəfə fikirlər yarıda qırılanda, məni ora pərçim edirlər, əsas fikir sonraya […]

Körpə

Ailələrin sevinci olan dilsiz körpə… Məhv oldu bir körpə… Məhv edildi bir körpə… Hələ dünyaya gəlməmiş məhv edildi… Ana bətnində ikən ölümünə qərar verildi… Körpə nə atasının kim olduğunu bildi, nə də anasının. Bir dəfə cigərdolusu nəfəs almadı, bir ağız ağlamadı, bir dəfə gülümsəmədi, bu körpə… Qaniçənlər məhv etdi körpəni… Ana bətninə düşən dəyərli cövhər qanla qarışıb laxtalandı, sonra tədricən […]

Əmir Teymurun Qarabağ sevgisi

(Beyləqan şəhərinin yenidən bərpasının 620 illiyinə) “Güc – ədalətdədir!” “Biz kim, məliki-Turan, əmiri- Türküstan, millətlərin ən uluğu bolğan türknün baş boğunumuz!” Əmir Teymur Korağan Son illərdə türkdilli dövlətlər rəhbərlərinin, xüsusən, Türkiyə, Azərbaycan və Özbəkistan Prezidentlərinin ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışlarında diqqəti yaxından cəlb edən türk birliyi ideyası və böyük Turan idealı mədəniyyətimiz tarixinin ortaq maraqlarla bağlı bir sıra məsələlərinə yeni […]

Quzeydə doğan günəş, Güneydə parlayır!!!

Bəlkədə ədəbiyyata, şeirə poeziyaya ən çox mövzu olmuş çay Şəhriyarın gözü ilə qaşı arasına çiban olan Araz çayıdır. Araz! illərin həsrətini göz yaşında yuya bilməyən çay, nakam anaların, örpəkli qızların, xınalı gəlinlərin arzusunu məcrasında axıdan çay…özü ilə illərin həsrətini, nisgilini, can yanğısını daşıyan səssiz şahiddir. Bəlkədə Araz ayırmaq istəməzdi, elə ayırmaq istəmədiyi üçün utanacaq…utancaq, göz yaşı ilə Xudafərinin ayaqlarını yuyaraq […]

Zəfər günümüz mübarək olsun 🇦🇿🇹🇷

Zəfər günü Soyuq bir noyabr günü idi… Qarabağa güclü qar yağmışdı. Qarabağın qara günlərinə son qoyulmuşdu. Ağ qar torpağa axan şəhid qanlarını gizlətmək üçün yağmışdı. Səmada saysız -hesabsız ağ göyərçinlər qanad çalırdı. Yerdəki insanlar heyrətlə səmada uçan göyərçinlərə baxıb, bir-birindən soruşurdular: -Bu qədər göyərçin hara uçur? Bu nə uçuşdur belə? Göyərçinlər var güclərini qanadlarına verib Qarabağa tərəf uçurdu. Birdən qarşıdan […]

Qəddi əyilməyən analar və atalar…

Analar… Bəşəriyyətə layla çalan analar… Haradandır sizdə bi qədər qüdrət? Haradandır sizdə bu qədər dözüm, mətanət? Qarşınızda əyilən başlar, çatılan qaşlar sizi and yeri bilir. Oğlunun tabutunu çiynində aparan ana, onun ağırlığını hiss etdinmi? Onu doqquz ay bətnində gəzdirmək çətin idi, yoxsa son mənzilə öz çiynində aparmaq? Şəhid balasının məzarı yanında uzanıb onun yatdığı torpaqdan ətrini duyan analar… Cənazəsi yerdən […]

1 2 3 19