Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən

Print Friendly, PDF & Email

İsa müəllim, çox sağ olun məni bu tədbirə dəvət etdiyinizə görə, təşəkkür edirəm. Bəlkə də bu taleyin bir qismətidir, mən izah edim: üç gün bundan öncə mən Londonda kitab sərgisində olmuşam və ordan qayıtmışam və mən düşünürdüm ki, bu barədə Sizinlə bir söhbət edim. Orada  bir professor- alim mənə yaxınlaşdı, Oksford universitetinin professorudur, gəldi məndən kitablar istədi, dilçiliyə dair və orada o, 300 kitabın içərisindən iki kitab seçdi : biri Qobustana aid Azərbaycan və İngilis dillərində çap olunmuş bir kitabdır, biri də Dədə Qorqud ensiklopediyasını seçdi, orada təxminən  yarım saat mənimlə söhbət etdi və dedi ki:

    Sizin belə sərvətiniz var, Siz onu təbliğ eləmirsiniz, siz onu yaymırsınız, Qobustan kitabını vərəqlədi, Sizin burada göstərdiyiniz bu əlifbanın işarələrini, Qobustan simvollarını yazıları göstərdi, dedi ki, Siz onun etimiologiyasını, bunun necə əmələ gəlməsini, nə olmasını Siz izah etmirsiniz, mənə bu lazımdır.

    “Dədə Qorqud”un ingilis dilində variantı yaxşı ki, var idi, mən onu ona verdim. İnanın ki, o nə qədər sevinə-sevinə getdi. Siz bayaq çox gözəl qeyd etdiniz, Buludxan müəllim də qeyd etdi, bu gün biz apardığımız  tədqiqatların nəticəsini dünyaya yaymaq üçün az iş görülük, görməliyik. Bu sərgilər elə-belə sərgilər deyil, 300 kitabdan 180 nüsxə 3 gündə biz payladıq, təsadüfi adamlar o  kitabları  götürmürdü, adamlar hansı kitabı götürəcəklərini özləri seçirdilər. Mən elə bilirəm ki, bizim tariximizə, bizim dilimizə, bizim dilimizin tarixinə dair kitablar cox olmalıdır, ingilis dilində olmalıdır, biz onlaır təbliğ etməliyik. Bizim kitabxananın saytı var, elektron variantlarını qoyuruq.

     Bax bu kitab mütləq ingilis dilinə tərcümə olunmalıdır.

    Orada o Qobustan qayalarındaki yazıları göstərərək,  O alim mənə dedi ki, ( o əslən ərəbdir, amma Oksfordda dilçilik üzrə professordur) bilirsiniz bu nədir, bunun tarixi var. Siz bunu açmısınız, amma mən indi bildim ki, o rəhmətlik   (Ə. Fərzəli) onu açıb. Bu kitab tək azərbaycan, rus dillərində yox, ingilis dilində də çap olunmalıdır. Mən həmişə deyirəm, indi də müraciət edirəm: kitablarınızı gətirib bizim kitabxanaya verin və mütləq onun elektron variantını gətirin, biz onu dünyaya yayaq, qoy internet vasitəsi ilə dünya bilsin. Xaricilər Azərbaycana, Naxçıvana aid materialları (məsələn həmin professor Naxçıvanın tarixinə aid kitabın elektron variantını bizim saytdan oxuyub) milli kitabxananın saytından axtarırlar. Onda Azərbaycanın qədimdən də əlifbasının olması dünyada bilinər, bir çox təsəvvürlər dəyişə bilər. Deyirlər ki, bizim əlifbamız olmayıb, güya ermənilərin əlifbaları ilk əlifbalardan biridir. Elə deyil axı,bizim əlifbamızın ilk olması barədə belə kitablar, belə sənədlər var axı. Yaxşı ki,o insan (Ə.Fərzəli) o kitabı yazıbdır, Allah ona rəhmət eləsin, Ruhu şad olsun.

     Bu kitab mütləq ingilis dilinə tərcümə olunmalıdır və bu qəbildən olan kitabların ingilis dilinə tərcümə olunmasını mən istəyirəm , biz istəyirik və bu kitab Azərbaycanın dünyaya açılmasında ən gözəl vasitələrdən biri olar.

   Kərim Tahirov, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru,  filologiya elmləri doktoru, professor 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.