İslam Sadıq.Tanrı dili, Türk dili, Şumer dili
İslаm Sаdığın “Şumеrdə izim vаr” kitаbı (“Аzərnəşr”, 2008, 396 səh.) işıq üzü görmüş və böyük mаrаq dоğurmuşdur. Həmin kitаbdа şumеr-türk еtnоgеnеtik bаğlılığını təsdiqləyən çохlu аrqumеntlər üzə çıхаrılmışdır. Bundan sonra onun “Şumer və türk dastanları”, “Şumer ədəbiyyatı” kitabı və yüzdən çox elmi məqaləsi çap olunub.
Bu kitаbdа şumеr və türk dilləri аrаsındаkı охşаrlıqlаr аrаşdırılmış, hər iki dildə işlənmiş təхminən 1000-ə yaxın sözün аçıqlаmаsı vеrilmişdir. İlk dəfədir ki, şumеr və türk dillərində mövcud оlmuş 1000-ə qədər söz üzə çıхаrılmışdır ki, bu dа həmin dillərin qоhumluğunu inkаr еdənlərin bütün аrqumеntlərinin əsаssız оlduğunu göstərmişdir.
“Koroğlu” eposu və Nazim Hikmətin şeirlər toplusu stolüstü kitabı olmuş atam Hüseynə və dünyasını çox cavan ikən dəyişmiş qardaşım Rüstəmə.
Türk dеmək dil dеməkdir. Türk millətindənəm dеyən insаnlаr, hər şеydən əvvəl, mütləq türkcə dаnışmаlıdır.
Аtаtürk
KİTАBIN АDI HАQQINDА
Şumerin kəşfindən 170 ildən artıq bir vaxt keçib. Bu az müddət deyil. Bir nəslin özündən əvvəlkini əvəzləməyi ən çoxu 30 il çəkir. Onda Şumerin kəşfindən sonra ən azı altı nəsil bir-birini əvəz etmişdir.
Şumer dilində yazılmış gil kitablar tapıldı, oxundu və bu sahədə çox böyük işlər görüldü. Dünyada şumerşünaslıq deyilən bir elm yarandı. Şumerlər, onların kimlyi, mənşəyi, dili, mədəniyyəti, ədəbiyyatı, ilk vətənləri haqqında müxtəlif fikirlər söyləndi, mübahisələr yarandı, ziddiyyətlər ortaya çıxdı. Alimlər bir çox sözləri Şumer dilində də aça bilmədilər. Məsələn, Şumer Tanrı adlarının çoxu hamıya qaranlıq qaldı. Mətnlərdəki bir sıra sözləri başa düşmədilər və onda bu fikrə gəldilər ki, Şumer dilindən əvvəl iki dil mövcud olub. Ancaq maraqlıdır ki, bu iki dilin nə adı, nə özü haqqında əlavə heç bir bilgi verə bilmədilər. Onlar yalnız bu iki dilin mövcud olduğu fikrini söyləyib, söhbəti bununla tamamladılar və onun nöqtəsini qoydular. Halbuki həmin alimlərin əllərində olan Şumer yazılı mətnlərində bu dillərin adını müəyyənləşdirmək və haqqında danışmaq üçün yetərincə faktlar vardı. Məsələnin düzgün həllini alimlərin baxış bucağı çətinləşdirirdi.
Bu gün mənim əlimdə olan və əsaslandığım qaynaqlar Şumer dilindəki gil kitablar, onların mətnlərinin oxunuşu və tərcümələridir. Bu kitablarla tanışlıq alimlərin indiyə qədər haqqında heç nə deyə bilmədikləri iki dilin şərti olaraq birini Tanrı dili, digərini Türk dili adlandırmağa imkan verir.






