Yer Kürəsi

Print Friendly, PDF & Email

Yer üzünün ağırlıqları, çətinlikləri, uğursuzluqları, xəstəlikləri, dağıntıları, yanğınları, zəlzələləri, tufanları, külək “xortumları”, səmum yelləri və s və b.k. hallar biz yer üzü insanlarının özümüzə istədiklərimiz və yer üzünə öz şərtlərimizin hökm diktələrimizin nəticələridir!
Şərtləri, tələbləri özümüz pozduqca, o hallar, özümüzün – özümüzə istəklərimizdir və onları da, məcburən yaşamaqdayıq!
    İnsan heç vaxt, heç bir hal qarşısında, aciz qalmaq üçün, xəlq edilməmişdir!
Nədir Pozulan Kainat şərtləri, Yer kürəsi şərtləri?

 Yer kürəsinin paralellər, en dairələri eyni ölçülərdə, eyni tezlık daşlyıcılığnda deyil!
Paralellər, En dairələri coğrafi sahələrə, coğrafi ərazilərə bərabər sahələrə (sektorlara), bölümü metodudur!
    Amma hər bir sahənin, ərazinin Günəşlə bağlanan, “işıq tezlik – şərtlərini göstərməyəndir! (paralellər, en dairələri).
Hər ərazinin “işıq tezliyi”- Günəş şua, bucaqları ilə, bərabərlik halı ilə bağlılıqdadır!
Bir misal : bə’zi qit`ələrdə, çox hündür binaların inşaat yarışması, nəticədə “külək xortumları”- onların öz ardlcıllıq mərhələlərini, ardıcıl mərhələlərdə meşə yanğınlarını, qışın mərhələ-mərhələ kəskin qış şaxtalarını tənzimləməkdədir, nizamlamaqdadır!
    Avropa ərazisinin öz “işıq tezlik”- şərt qanunlarının pozulması, Asiyanın öz “işıq tezlik”- şərt qanunlarının pozulması, Avstraliyanın öz “işıq tezlik”- şərt pozulması, Qit`ə faciələrinə, qit`ə ağırlığı, çətinliklərinə gətirə bilir!
    Yer kürəsinin hansı ərazilərində “bilərəkdən”- dağıntılar, qanlı müharibələr başlayırsa həmin ərazinin ona paralel (fiziki coğrafi xəritədə), en dairələrində “işıq tezlik”- şərtlərinə görə (ölçülər, Ekvator xətinə istinadən götürülərək), ona paralel olan, ərazidə, qit`ədə, sunamilər, zəlzələlər, dağıntılar, kəskin şaxtalar başlamağa zəmin yaradır (xronologiyalara baxaq), bunlar gözlə görünməyən nəticələrdir!
    Azərbaycan ərazisində, hündür binalar inşaası sür’ətlə aparılır! Bunların hamısı “günün tələbinə uyğun”- olaraq aparılır!
Amma ərazinin “işıq tezlik”- şərtləri unudulur! Azərbaycan ərazisi üçün 9, 11, 16 – mərtəbəli binalar inşaası, Günəşlə “işıq tezlik şüalarının”- həmahəng bərabərlik şərtləri (cəhətlər səmti), hələlik nəzərə alınmır!
    İşıq tezlik şərtləri pozulduqda, Yer üzünün, o hallar arasında, görünməyən, amma tədricən, yer üzündə, ərazilərdə, qit`ələrdə bə’zilərində daşqınlar, bə’zilərində quraqlıq, bə’zilərində vulkan püskürmələri, bə’zilərində epidemik xəstəliklər, daun xəstəlikləri, məhsuldarsızlıq, bə’zilərində çəyirtkə, qurbağa yağışları və s. hallar müşahidə olunursa da, o halları “təbiət hadisələri”- adı ilə adlandırırıq!
    Amma insan, bəşər güclü varlıqdır, “Düşüncələri və davranışları”- ilə, sanki Kainata, Günəşə – öz tələb şərtlərini diktə etmək təəssüratı yaratdığından, Günəş və Kainat bu “tələblərə”-uyğunlaşmadığından,  şərtləri pozan İnsan, üzünü Kainata tutur, Kainatı təqsirkar, oranı “ittiham”- etməyə çalışır!
    Kainat Şərtlərini, biz insanlar pozur, narazıçılıqlarımızı da, Kainata deyirik!
Günəş də, Kainat da, bu şərtləri qəbul etmədikcə, yer kürəsi faciələrə bürələnir!

                                                                                                                                     Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.