Xöşbəxtlik…nədir, nədədir?

Print Friendly, PDF & Email

“Xöşbəxtlik” – o bir hissdir…

Nə qədər, sevinc, uğur, qalibiyyət, nələri isə əldə etmək, ona çatmaq, ona qovuşmaq elə bütün Xöşbəxtliklərin başlanğıcı və özüdür və özündədir!
Xöşbəxtlik Nisbidir, bir halla, bir kriteriya ilə, bir anla, bir hadisə ilə, bir sevinclə, bir uğurla, qiymətləndirmək olmur!
Hər an, elə bir əlçatmayan (xəyalımızda), “o mümkünsüzdür” – deyib, düşündüyümüz anda, gözlənilməyən bir şad xəbər, “xöşbəxtlik anı”, deyilmi?
Gözü yolda qalıb, həsrətdə qalan bir insana, “muştuluğumu ver” – sözünü eşitmək o an, xöşbəxtlik deyilmi?
O An, ürəyin döyüntüsünü, öz qulağında eşitmək, “xöşbəxtlik”, deyilmi?
O elə bir “Hissdir ki”, onun Adına, “xöşbəxtlik”, deyiblər!
Hər bir gözlənilməyən yenilik əhatəsinə düşüb, onu gözlənilmədən birdən eşitmək, görmək “xöşbəxtlik”, deyilmi?
İnsanlar arasında belə bir ifadə işlədilər, “xöşbəxtlikdən başın gicəllənməsin”, yə’ni ki, o bir anın sevinci, uğuru, qalibiyyəti, həsrətinin sonu, sənin deyildi, o sənə idi, gözləntilərinə, həsrətlərinə ayrılan, səni həsrətdən qurtaran o bir an idi, o sənə idi, “sənin deyildi”, amma sənə idi!
O “xöşbəxtlik”, dediyimiz, Uğur qapısından, başlamırmı? 
Yer üzündə elə bir insanlar ola bilər ki, o an, sənin “uğurlara” – çatmağına, kömək edərlər!
Bu dediyimiz O, “Xöşbəxtlik” – deyilmi?
Adı Xöşbəxtlikdir, özü də, Xöşdəxtlikdir!
Xöşbəxtlikdən o Yana, yenə də, Xöşbəxtliyin Özü vardır!
Xöşbəxtlik nədir?
Xöşbəxtlik, qida deyil, geyim deyil, yeriş deyil, mövqe deyil, həyatda yer tutmaq deyil, bina deyil, sənətdə deyil, peşədə deyil, yaraşıq deyil, gözəl olmaq deyil, vəzifə demək deyil, pul deyil, pulda deyil, zənginlikdə olmaq, demək deyil!
Bunları o hallara çatmış, o, insanlardan soruşsaq da, onlar da deyəcəklər ki, “bu hələ xöşbəxtlik demək deyil!”.
Bəs onda, nədir bu “xöşbəxtlik?”.
“Xöşbəxtlik” dediyimiz, Müqayisələrdən başlayar!
İnsan, özünə baxır, o biri insanla, öz hallarını müqayisə edir, və deyir ki, “yəqin o xöşbəxtdit!
“Xöşbəxtdir” – deyib bildiyi insan da, buna baxıb düşünür, yəqin ki “o, xöşbəxtdir!”.
“Xöşbəxtlik”, insanların biri-biri arasında, axtardıqları müqayisələrdədir!
Belədir, budur, “müqayisələrdə” axtarmaq istəklərimizdədr – o, “Xöşbəxtlik”, qədərləri!
Xöşbəxtliyə ölçü vahidi, ölçü me’yarı yoxdur!
O “xöşbəxtlik” – dediyimiz, nə midardır, nə qədərdir, nə məsafədir, nə ölçüdür, nə tutumdur, nə çəkidir, nə sür’ətdir, nə gözün görmə məsafəsidir, nə qulağın eşitmə tezliyidir!
“Ondan, o xöşbəxtlik” – deyiləndən, həmişə Acarlar, Onu hər tərəfdə axtararlar, gözləyərlər, həsrətin çəkərlər! 
O, “Tükənəmədiyindən”, ondan heç vaxt Doymazlar!
Amma Onu, “O, Xöşbəxtliyi” -Özününkü edib, ona özü Sahibi olub, özünə tabe elətdirə də, bilməzlər!
O “Gözəllik, Yaraşıq” – kimindir!
O, Heç kimin Olmaz, O, heç kimə Qalmaz!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 2 =