Vahid Rzayevin “İşıq, Zərrə” kitabı

Print Friendly, PDF & Email

Vahid Rzaevin “İşıq, Zərrə” kitabına Ön Söz.

Vahid Rzaev! Bütöv kainat!
Aləm bəşəriyyət Vahid oyan.
İşıq zərrədir Vahid ünvan.
Zərrə-zərrə bizdədir İşıq payı.
Vahid yaranışdır, Vahid varlıq.
Zərrə-zərrə İşıqdır öz dörtlüyündə.
Vahid İşıqdır ki,bu ailəmə,bəşəriyyətə.
Hər dörtlük özü,özlüyündədir kainat.
Zərrə İşıq öz dövranındadır ki,bu bəşəriyyət!!!!!!!+!

Vahid Rzaev!
Sənin İşığından yazdım! Zamanı bəlli! Bu gün sən dedin – mən yazdım.
Mən hardan bilirəm axı.?
Sənin öz sözlərindi…

Turqutbəy Rza-Zadə – İşıq Oğlu.
Vahidin İşığının oglu.
Həmin dörtlüyün İşığının oğlu.

Dört qardaşın 4 – cü İşıq bucağı. Dördüncü – yə Salam olsun!
Bu mətn Vahid Rzaevin vəfatından (dünyasını dəyişməsindən) 7 gün sonra gecə saat 4 – də O – nun məzarı üstündə oxunmuşdur.

 

Vahid Rzaevin İşıq, Zərrə kitabı barədə bildiklərimdən…

Vahid Rzaevin bu kitabında O – nun 2015(12 mart 2015 – ci ildən) – 2018 –ci (31 may 2018 – ci ilədək) Fb – da olan şəxsi səhifəsində YENİDƏN GƏTİRDİYİ İLAHİYYAT ELMİ –nin açılmasına xidmət edən elmi məqalələri yerləşdirilmişdir.
Yazıları Özü bu yer həyatında olarkən özünün seçdiyi ardıcıllıqda “İşıq, Zərrə” adlı elektron-kitab formatına salınmış, digər materialları arxivləşdirilmişdir.

 

Vahid Rzaev (22.04.1947 – 21.09.2018) haqqında qısa mə`lumat.

   Rzayev Vahid Zeynal oğlu 1947 – ci ildə Naxçıvan şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir.
   Naxçıvan şəhər 1 № – li orta məktəbi 1966 – cı ildə bitirib.
   1972 – ci ildən 1992 – ci ilə qədər SSRİ Dövlət Standartlar Komitəsinin Naxçıvan Respublika şö`bəsində mühəndis Standartlaşdırıcı vəzifəsində çalışmışdır.
   Rzayev Vahid Zeynal oğlu “Səmərəli və uzunmüddətli fəaliyyətinə görə” SSRİ Dövlət Standartlar Komitəsi tərəfindən 9 noyabr 1987 – ci ildə Fəxri Fərmanla təltif olunmuşdur.
   “Yaranış” Kitabının – Böyük Yaradan deyimlərini yazıya gətirdi: Rzayev Vahid Zeynal oğlu – çapından sonra (1999 – cu il) nəşr olunmuş əsərləri:
   “Yaranış haqqında söhbət” (І, ІІ, ІІІ hissələr; 1999 – 2000 – ci il), Fikrət Rzayevlə birgə;
   “Ümidimiz Sənədir” (2000 – ci il); (bu kitablar hamısı az – kiril əlifbası ilə nəşr olunmuşdur).
   “Kainatlardandır yaranışımız” (2003 – cü il)
   “Var olandan, var olmuşuq” (2015 – ci il) (bu kitablar az – latın əlifbası ilə nəşr olunmuşdur) –
   Kitablarının müəllifidir.
   Müəllifi olduğu yazıların bir qismi azərbaycan dilində (latın və kiril əlifbaları ilə); az bir hissəsi rus dilində və ingilis dilində www.aqra.az övraqında (sayt) yerləşdirilmişdir.
   “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyinin (“AqRA EİDİB) yaradılmasının və həyata keçirdiyi bütün önəmli işlərin ideya müəllifi, vəfat edənədək İdarə heyyətinin üzvü olmuşdur.
   Mətni tərtib etdi:
   “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi adından İH-nin sədri Mirəhbər Seyidov.

Bakı, 14.11.2018 – ci il.

 

Kitabı Yüklə

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − eleven =