Tarixlə səsləşən ömür yolu

Print Friendly, PDF & Email

Azərbaycanın və Özbəkistanın görkəmli döviət xadimi,
Azərbaycan Respublikasının Özbəkistanda ilk Fövqəladə və
Səlahiyyətli səfiri və Məkəzi Asiya Respublikalarında akkreditə
olunmuş səfir Aydın Əlibəy oğlu Əzimbəyova həsr olunmuş
bu kitab təkcə keşməkeşli, müsibətli sürgün həyatı yaşamasına
baxmayaraq, həyatda özünü təsdiq etməyi, öz qürbət və
doğma Vətəni üçün layiqli oğul olmağı bacarmış bir insanın
taleyi haqqında deyil.

Bu, həm də bu gün də təkrarlanan bir
çox problemlərin çox uzağa – xalqımızın tarixi keçmişinə
gedib çıxan köklərini bir daha işıqlandırmaqla, bu gün də
davam etməkdə olan həmin proseslərin məğzini araşdırmaq
cəhdidir. Nədən, əslində çar Rusiyasının sələfi olan
“humanist sovet dövlətimiz”də daha çox bizim
xalqımızın mütəfəkkir fikirli insanlarına, aydınlarına, ziyalılarına,
millətini sevən oğullarına qarşı xüsusi ilə amansız mövqedə idi?
Kitabın səhifələrində Əsl İnsanla tanış olan oxucu həm də bu
suallara cavab tapa biləcəkdir.

Əzimbəyov Aydın Əlibəy oğlunun
            qısa tərcümeyi-halı

1932            Azərb. SSR Naxçıvan şəhərində anadan olmuşdur
1957            Daşkənd KTM İnstitutunu bitirmişdir
1957-1960  Slavyansk avtobazasının baş mühəndisi
1960-1964  Slavyansk avtobazasının rəisi
1964-1966  Sırdərya vilayət avtotrestinin baş mühəndisi
1966-1974  Sırdərya vilayət avtotrestinin rəhbəri
1974-1977  Özbəkistan SSR Sırdərya Vilayət Kommunist Partiyasının şöbə müdiri
1977-1986  Özbəkistan SSR Sırdərya Vilayəti Kommunist Partiyasının katibi
1986-1988  Özbəkistan SSR avtomobil nəqliyyatı naziri
1988-1989  Daşkənddə «OrtaAsiyaqazprom» İB nəqliyyat və xüsusi texnika şöbənin rəisinin müavini
1989-1990  «OrtaAsiyaqazprom» İB-nin nəqliyyat və xüsusi texnika şöbənin rəisinin müavini
1990-1996  Özbəkistan SSR Nazirlər Kabinetinin nəqliyyat və rabitə şöbəsinin rəisi
V.  1996-      Azərbaycan Respublikası Özbəkistan
XII . 2004    Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri

Evlidir,üç uşaq atasıdır. Altı nəvəsi var.
Azərbaycan, özbək, kazak və rus dillərini bilir.  Daha ətraflı

Kitabı yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =