“SPİRAL”

Print Friendly, PDF & Email

Naxçıvanda “Gəmiqaya”da daş üzərində çox qədim təsvirdən.

   Hər bir yaranış məcburiyyətdən yox, zəruriyyətdən yaranır. Hər bir varlıq İlkini dərk edib axtarmaq istəməsi məcburiyyətdən  yox, zəruriyyət üzərindən mövcuddur.Böyük partlayışdan kainata ilkin səs yaddaşı, söz yaddaşı, ahəng yaddaşı və rəng yaddaşında bir mütləqlik yaddaş daşıyıcısı oldu. 

     Başlanğıc nöqtədən ( ekspansiya) sürət başlayır. O başlanğıc nöqtə bütün yaranmış və yaranacaq olan varlıqlara dayanmayan hərəkət “ Vericidir”. Lakin bir nöqtədən başlanan başlanğıc ( nəticədə spiral modeli) kainat daxili varlıqların simmetrik dayanmayan sürətlər ardıcıllığı bərabərliyinə işarədir.

 “Spiral” kainat daxili planetlərin biri – biri arasında ardıcıl hərəkət modelidir. Başlanğıc    (ona nöqtə dedilər) həndəsi quruluş, riyazi ardıcıllıq, materiya, fizioloji – bioloji varlıq deyil. O, ilkin yaradıcı işıq, hər halın ardıcıl hərəkət vericisi başlanğıc halıdır

    Hər bir “nöqtədən” başlanan başlanğıc O, mütləq olan varlığın bütün xüsusiyyətlərinin cəm olan məzmuisidir. İlk nöqtə: bütün (cismaniliklərdən uzaq) varlıqların əvvəli, törədicisi, hərəkət vericisi, idarə edicisi, Mütləq Olan, hərəkətləri, kütlələri özü nizamlayan və s. İlkin Mütləqdən “İşıqdan” başlanan başlanğıcdır.

     Ovalın və daxilinə sığan kainatların yaranmasının ilk halı “bir başlanğıcdan” (bir nöqtədən yox, başlanğıc zəruriyyətdə davam halıdır) və o başlanğıc istinadı Mütləqin, mütləqlik Xüsusiyyətinin bir başlanğıc və iç-içə hərəkət halı göstəricisi yaddaşıdır. Bu “spiral” forması quruluşunda əks olunur.

    “Spiral” mənası kainat daxili planetlərə verilən ardıcıl hərəkət və iç-içə sürətlərin ilkin mərhələ halıdır ki, buna “Spiral” dedilər.
    Yer üzündə ilk insana məlum idi ki, bütün kainat sistemi, qalaktikalar bir işıq varlığı ətrafında və əhatəsində hərəkətdədirlər. O, quruluş formasını bir simvol olaraq “nöqtə” kimi işarə edərək onu, ilkin hərəkət verici kimi dərk edirdilər. Onlara o da məlum idi ki, yer planeti də bir işıq (günəş) ətrafında hərəkətdədir. Bu ilk astronomiya elminin təməlini yaratdı.

Vahid Rzayev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.