Qədim yallımız barədə

Print Friendly, PDF & Email

Əziz  həmvətənlər!
  Azərbaycan xalqının misilsiz  tarixi  yaddaş , folklar və etnoqrafiya nümunələrindən biri də yallılarımızdır.
Biz “Aqra” EİDİB olaraq onların toplanması və xalqımıza çatdırılması ilə əlaqəli müəyyən işlər görməyi planlaşdırırıq…
 Hazirda Sizə,  video görüntü formasında təqdim olunan 46 ədəd yallı nə yallılarımızın hamısını (tamını)  əhatə edir, nə də ifa baxımından ən yüksəkləri deyil. Sadəcə olaraq bu bir təşəbbüsdür…

 Bu təşəbbüsün əsl səbəbkarı və ideya müəllifi isə mərhum yaziçi-publusist “Qızıl Qələm” mükafatı laureatı, “AqRa”  EİDİB idarə heyətinin üzvü, II qrup  Qarabağ müharibəsi əlili Məhərrəm Zamandır.  Gəncliyində o da yallı  oynamış və Şərur yallı  qrupunun tərkibində bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşdu…M.Zaman onunla birgə həmin qrupda vaxtı ilə iştirak edən Həbib Əliyevlə birgə bu məsələni dəfələrlə müzakirə etmiş və Bakıda orta məktəblərdə özfəaliyyət dərnəyi şəklində uşaqlara və gənclərə tarixi yallılarımızı öyrətmək qərarına gəlmişdilər.

Məhərrəmin vəfatından keçən son 5 ayda Həbib müəllim bu məsələ ilə ciddi məşğul olmuş və haqqında sizlərə təqdim olunan 46 variantda yallıları  toplaya bilmişdir. O da öz növbəsində bu işdə  Ələkbərov Həbibin, Seyidov Mirdamətin, Seyidov Mircəfərin, Mehdiyev Bəxtiyarın  kömək etdiyini söyləyir.

Eyni zamanda  qeyd etmək  yerinə düşər ki, Bakı şəhər  Nizami rayon bələdiyyəsi  də  bu  işə qoşulmağı düşünür.

Aqra EİDİB olaraq bu işdə əməyi keçən yuxarıda adları çəkilən və çəkilməyən hər kəsə minnətdarlığımızı bildiririk.  Ayrıca olaraq materialların DVD disk formatına gətirilməsində göstərdiyi köməyə görə Seyidov Mircamalın da xidməti qeyd olunmalıdır.

Əziz həmvətənlər!  

Sizə muraciət edirik:  baxıb fikrinizi bildirin, materialların daha da dolğunlaşmasına kömək edin,  yallı haqqında yazılar  yazıb bizə göndərin.  Biz isə öz növbəmizdə  həmin mətnləri ümumiləşdirərək bu sahənin mütəxəssislərinə təqdim edəcəyik ki, tarixi yallılarımız  daha da bu samballı və elmi  səkildə işıqlandırılsın və sonda yaddan çıxmasın, tariximizdə yaşasın, qalsın!

“AqRa”  EİDİB              

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =