O, Bir Ovaldır…

Print Friendly, PDF & Email

Çox qədim dövrdə belə bir anlayış vardı ki, yer üzü, yer səthi bir müstəvidir! (Yə’ni, düz səth).

Əgər yer üzü bir müstəvi olmuş olsa idi, onda bu Yer üzünün, göyləri, Səması da, bir müstəvi tipində olmağa məhkum olardı!
Əgər, Yer səthi, həm yer səthinin Səması, üst-üstə quruluşda (müstəvilər), olsa idilər, onda ardıcıllıqlar pozular, Sabahlar, Gündüzlər, Gecələr halı pozulardı o səbəbdən ki, daha hərəkətlər yox, hərəkətsizliklər, Dövrsüzlüklər hökm sürərdi!
Həmin bu həndəsi quruluş, qalın təbəqə tipində, Keçilməzlik halına uyğunlaşmış olardı, onda!

Kub, düz bucaqlı tipinə uyğun olsa idi əgər Kainat və kainat daxilində olan bütün planetlər, onda bütün kütlələr, birgə hərəkətdən çıxar, o “kubun”- “düz bucağın” – künclərinə tərəf dartınar, toplanıb, yığışırdılar!
Onda nə olardı, nələr baş verərdi?
Birgə hərəkət halları qarışar, kütlə, cisim, varlıqlar məcburi mərkəzdən qaçma prinsipinə uyğunlaşar, özləri karıx qalardılar!
“Oval” – tipli Kainat, bütün olan və olacaq varlıq və kütlələrin hərəkətini, bir başlanğıc mərkəzindən idarə edilməsi forma və konstruksiyadır!
Bütün Kainat tipi və konstruksiyası Oval tipi halında, dayanmayan dövr edən, dövr elətdirən, eksentrik, spiral hərəkətli halına tabedirlər!
Oval tipli kainat daxilində olan bütün küllü kütlələr yumru, dairəvi, Kürəvari, formadadırlar ona görə ki, onlar Qalaktikaların Spiral tipli hərəkətlərinə uyğun, Nizamlansınlar və Nizamlanırlar!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.