“Mirişli ocağının İşığı!” kitabı

Print Friendly, PDF & Email

MİRİŞLİLƏR NƏSLİ və görkəmli həkim-ziyalı, müəllim-pedoqoq, doktor ADİL MİRİŞLİ BARƏDƏ

Sizə təqdim olunan bu kitabda Naxçıvandakı Mirişlilər nəsli və həmin nəslin ən bariz nümayəndələrindən biri görkəmli həkim-ziyalı, müəllim-pedaqoq, doktor Adil Mirişli və həmin nəsil barədə əldə edə bildiyimiz materiallar toplanmışdır.
2018-ci ilin avqust ayında Adil Mircəfər oğlu Mirişlinin 80 yaşı tamam oldu. Bu münasibətlə Adil həkimin övladları: Mir Asəf, Emin və Aybəniz Xanımla son 2 ayda bir araya gəldik, eyni zamanda “AqRa” Elmin İnkişafına Dəstək ictimai birliyinin üzvləri və bizi dəstəkləyənlərin köməyi ilə qarşınızda olan bu kitab yarandı, meydana çıxdı. Kitabda imkan qədərində toplaya bildiyimiz – həm Mirişlilər nəsli həm Naxçıvanda yaşayaraq dünyaya yayılan həmin nəslin nümayəndələri, həm də onlar barədə diğər şəxslərin yazı materialları öz əksini tapmışdır.

Onları Naxçıvanda tanımayan yoxdur…
Mövzu barədə mənbə olaraq həm indiyə kimi nəşr olunan kitablardan, qəzetlərdən, xalq arasında yayılan deyimlərdən, həm də bu kitabda yer alan müəlliflərin yazılarından istifadə etməyə çalışmışıq…

Mirişlilər ailəsi bu kitabın ərsəyə gəlməsində göstərdikləri köməyə və dəstəyə görə Azər Rzayevə, Fərəməz Quliyevə, Nizami Alıyevə, Mircamal və Mirmehdi Seyidovlara, Sevda Mikayılqızına, Qoçəli Dünyamalıyevə, Asif Kəngərliyə, Şamil Qurbanova, Kamal Səfərova və Bahadura, Emin Dünyamalıyevə öz dərin minnətdarlığını bildirir.

 

Kitabı yükləmək üçün bu məqaləyə daxil olun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.