Lütfi Zadəyə Qızıl Medal təqdim olundu

Print Friendly, PDF & Email

Dünya çapında tanınan, Azərbaycan əslli alim professor Lütfə Zadəyə Azərbaycan Respublikasının “”Nizami Gəncəvi” adına Qızıl Medalı təqdim olunub.

Moderator.az xəbər verir ki, Nizami Gəncəvi adına Qızıl Medal Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən dünya şöhrətli alimə təqdim olunub.

Tədbirdə Berkli Universitetinin müəllim-tələbə kollektivi, alimin həmkarları, dostları və onun elmi-tədqiqat irsinin davamçıları iştirak ediblər. Universitetin mühəndislik fakültəsinin dekanı, Lütfi Zadənin yetirməsi olan professor Şankar Sastri görkəmli alimi bu əlamətdar gün münasibətilə təbrik edib, göstərilən diqqətə və belə bir nəcib təltifə görə təmsil etdiyi ali təhsil müəssisəsi adından Azərbaycan Respublikasına dərin minnətdarlığını bildirib.

Sonra professor Lütfi Zadənin ana Vətəni Azərbaycana həsr olunmuş, onun sosial, iqtisadi və mədəni tərəqqisini əks etdirən qısa film göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 14 =