İtlər və atlar vəfalıdırlar

Print Friendly, PDF & Email

…Budur uzaqdan Laçının silsilə dağları görünür. Mayın ortaları olmasına baxmayaraq dağlar hələ də ağ örpəyində idi. Loğmanın ürəyi çırpmır, nəfəsi darahr, onu qəhər boğurdu. Vertolyotu idarə etmək də çətinləşirdi. Hələ ki, kəndlər görünməsə də Loğman Laçındakı tanıdığı bütün kəndləri bir-bir gözü önünə gətirir, uşaqlıqda gəzdiyi oylaqları, meşələri, buz kimi bulaqları xatırlayır, heç cürə inana bilmirdi ki, indi bu yerlər düşmən tapdağı altında inildəyir. İndi erməni əsgərləri burda, Loğmanın ata yurdunda hökmranlıq edirlər. Necə ola bilər ki, babalarının 5- 10 atlı ilə Andrankin qoşunundan qoruduğu Laçını indi 5-10 erməni, rus dığalarına təhvil versinlər. Laçın məğlub olsun – Sultan bəyin, Müseyib əfəndinin, Cəfər Yüzbaşımn türəmələri, ərənlər, igidlər oylağı Laçın. Ara- bir hətta Loğman özü də baş qərargah rəisinin dediklərinə inana bilmirdi: – “Bu mümkün deyil. Necə ola bilər ki, ermənilər bütün Laçını alsınlar, onlara qarşı müqavimət göstərilməsin. Axı, Laçının hər qayası, hər daşı, hər kəndi, hər məhəlləsi bir qaladır. Buranı tam ələ almaq üçün Ermənistanm qoşunu qalsın bir tərəfə, heç əhalisinin sayı də çatmaz. Demək, burda nə isə bir anlaşılmazlıq var. Nə isə xəyanət var. Nə isə, nə isə, nə isə…!”

Budur, Laçın kəndləri bir-bir görünməyə başlayır. Kaş heç görünməyəydi. Çünki kəndlərin hamısı tüstü içərisində, alov içərisində boğulurdu. İndi təmiz havası olan Laçında hava da çirklənmişdi. Bəlkə də, bu kəndiəri heç erməni də yandırmamışdı. Kəndlər sahiblərini itirdiklərindən, kimsəsiz qaldıqlarından bu sahibsizliyə dözməyib göz yaşı töküb, bu göz yaşlarından da atəş türəyib, indi bu kəndlər özləri özlərini məhv edirdilər ki, düşmənə qismət olmasınlar. Bəlkə də, bulaqlar da quruyub, meşələrdəki ağaclar da yaşıl köynəyini soyunub. Meşədəki vəhşi heyvanlar da bu yerləri tərk edib. Niyə də olmasın? Axı, Laçında hər kol, hər daş, hər bulaq, hər çay… Çay dedim yadıma Həkəri düşdü. Yəqin indi Həkəri daha axmır. Heç çayda balıq da qalmayıb. Axı, bu müqəddəs çay murdar şeyləri qəbul etmirdi. Çaya hansısa murdar bir şey dəyər- dəyməz Həkərinin suyu quruyurdu. Indi tam dəqiq demək olar ki, Həkəri quruyub.

Vertolyotda heç kim danışmır, hamı sakitcə o tərəf bu tərəfə baxırdı. Hər tərəfdən isə alovla qarışıq qalın tüstü qalxırdı. Laçın ətraf kəndləri ilə birlikdə yanırdı.

Loğman hər tərəfə göz gəzdirdi. Meşələr yaşıl paltarlannı dəyişməmişdi. Həkəri də lal-dinməz axırdı. Bircə kəndlər yanırdı. Bu da təbii ki, ermənilərin işi idi. Apardıqlarını aparmış, qalanını isə yandırmışdılar. Meşələr də, dağlar da, Həkəri də laçınlılardan küsdüyü üçün yəqin ki, bu dəyişikliyə əhəmiyyət verməyiblər. Bəlkə də hələ ki, nə baş verdiyini anlamırlar. Ya da ki, bir neçə günə bu yerlərin ərənlərinin mütləq qayıdacağını zənn edib, öz görkəmlərini dəyişməyə qərar verməyiblər. Doğrudanmı qayıdış olacaq?!

Loğman vertolyotu özündərı asılı olmadan düz kəndlərinin üstünə sürdü. Kənd alov içərisində yanırdı. Aşağı enmək mümkün deyildi. Kəndin hər tərəfi qalın tüstü içərisində idi. Nəfəs almağa hava yox idi. Onların öz evləri də yanırdı. Bu od-alovdan bilmək olurdu ki, ermənilər uzağı bir gün bundan əvvəl burda olublar, ya da bu gün səhər, Çünki evlərin çoxu yanıb qurtarmamış, digərləri isə yanıb qurtarmaq üzrə idi. O, vertolyotu düz kəndin ortasında Qoşa Çinarın yanında, kəndin gənclərinin axşamlar toplaşdığı yerdə yerə endirdi. Qapını açıb yerə düşəndə bort atıcı ondan soruşdu:

–    Komandir, bura haradır?

–   Bura, bizim kəndimiz… – deyib, Loğman susdu, daha danışa bilmədi.

Elə bu vaxt yaxın həyətlərin birində it hürməyə başladı. Onun  hürməkdən batmış səsi çox qəribə çıxırdı. Bu it hürməsindən çox dara düşmüş təhlükə ilə rastlaşmış canlının imdad səsi idi. Loğman həmin həyətə tərəf qaçdı. Bort atıcı ilə bort texnik də vertolyotdan düşüb Loğmanın ardınca həyətə yürüdülər. Qalın zəncirlə zəncirlənmiş itin boynundan qan axırdı. Bu çox nəhəng, ayıya bənzər çoban iti idi. İt onları görər-görməz yerində durdu. Hürməsini kəsib çingildəməyə başladı. Sonra quyruğunu buladı. Loğman ona tərəf yeridi. Bort texniki çığırdı:

–    Komandir, hara? İt səni parçalayar.

–     Yox, qorxma, onun indi ümidi mənəm. Bu it deyil. Bu canlıdır, canlı. O bilir ki, biz erməni deyilik.

Loğman qalın zəncırı itin boynundan açdı. İlahi, ıtdə nə qədər sadiqlik olarmış! O, ön ayaqlarını qaldırıb düz Loğmanın sinəsinə qoydu. İtin gözlərindən insanlarda olduğu kimi su axırdı. O ağlayırdı, bəli ağlayırdı. İt Loğmanın əlini, ayağını yalayıb, başını onun ayaqları üstünə qoyub yerə yatdı. Hər üç zabit itin bu hərəkətinə dözməyib hönkürtü ilə ağlayırdılar. Loğman bir-iki addım geri çəkilib yerə oturdu. İt də sürünə-sürünə ona tərəf gəlib başını onun qucağına soxdu. O, iti tumarladıqca it ulayırdı. Özü də elə ulayırdı ki, elə bil əzizini itirmiş adam ağı deyir. Loğman itin başını sığallaya-sığallaya ona deyirdi:

–   Get, uzaqlara get, buralardan uzaqlaş, bu yerlər daha sənə layiq deyil. Di get, it arxasına baxa-baxa onlardan uzaqlaşdı. Onlar isə hər üçü qucaqlaşaraq ağlaya-ağlaya vertolyota tərəf getdilər. Elə istəyirdilər ki, vertolyota minsinlər it hürə-hürə onlara tərəf qaçdı və yenə də hər üçünün əl-qolunu, ayağını yalayaraq yerə yatdı. Loğman itə baxıb dedi:

–   Sən bizimlə getmək ictəyirsən?

İt elə bil bunu gözləyirmiş kimi dikəldi, hoppanıb mindi vertolyota. Vertoylotda ona verilən suyu it elə içdi ki…

 

                          Məhərrəm Zamanın “Hava canavarı” kitabından

 

Redaktordan oxucularımıza:

 bu mövzunu və övraqımızda işıqlandırılan digər mövzuları genişləndirməyi düşünürük. İzləyicilərimizdənsə, xahişimiz bundan ibarətdir ki, bu və digər mövzularda yazılarını, düşüncələrini bizimlə bölüşərək aqra_tehsil@mail.ru ünvanlarla əlaqə yaratsınlar. Eyni zamanda sevindirici hal kimi  onu da çatdırmaq istərdik ki, Azərbaycanda oxucularımızın sayı günü-gündən artmaqda davam etsə də,  gedən materiallara rəylərin (comments) sayı azlıq təşkil edir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =