İmdad Hüseyn oğlu Tağıyev

Print Friendly, PDF & Email

Azərbaycanın təhsil sisteminin dünəni və bu günü məlumdur. Gələcəyi isə hələlik öz düzgün istiqamətinə yönəldilməmişdir. Deməli, qarşımızda duran birinci problem məlumdur. Bu problemi həll etmək üçün hazırda Azərbaycanda kifayət qədər elmi-pedaqoji potensial və s. imkanlar mövcuddur. Bu potensialı isə hərəkətə gətirmək üçün düzgün yol seçilməlidir. Bu barədə isə söhbəti davam etdirməyə dəyər.

1938-ci il iyunıın 10-da qədim Qarayazıda dünyaya göz açıb. 1958-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirən İmdad Tağıyev elə həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və l963-cü ildə ali təhsili uğurla başa vurub. İki il «Azərnəşr»in fizika-riyaziyyat redaksiyasında redaktor işləyib.

1964-cü ilin noyabrında Azərbaycan Politexnik İnstitutuna assisent qəbul edilən İ.Tağıyev 1966-cı ilin may ayından Leninqrad (Santk-Peterburq) şəhərində aspirant olub. 1970-ci ilə qədər Leninqradda yaşayan İ.Tağıyev dissertasiyasını uğurla müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi adına layiq görülüb. Sonra o, Bakıya qayıdaraq elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasında davam etdirib. 1980-ci ildə yenidən Azərbaycan Politexnik İnstitutuna dəvət olunan İ.Tağıyev bir müddət radiotexnika fakültəsində dekan müavini vəzifəsində çalışıb.

30-dan çox elmi məqalənin, 10 kitabın və onlarla publisistik yazıların müəllifi, ensiklopedik biliyə malik bir alim olub. «Aşağı temperaturlar», «Radiotexnika terminləri lüğəti», «Görkəmli radiotexniklər», «Rabitə tarixindən» və sair qiymətli kitabların müəllifi olan İ.Tağıyev dəqiq və texniki elmlərlə məşğul olmasına baxmayaraq, ana dilimizi, tariximizi, ədəbiyyatımızı, folklorumuzu, dialektologiyamızı və maarif sistemini də gözəl bilirdi.

Onun hələ neçə-neçə əsərləri işıq üzü görməliydi. Təəssüf ki, vaxtsız ölüm 1997-ci il dekabrın 17-də İmdad Hüseyn oğlu Tağıyevi aramızdan apardı. Allah rəhmət eləsin! Ruhu şad olsun!

1989-cu ilin noyabr ayından ömrünün sonunadək Azərbaycan Respublikası “Təhsil cəmiyyəti”nin idarə heyətinin sədr müavini olmuş və bu yöndə çox ciddi və önəmli işlər görmüşdu. Onlardan biri ilə (İngilislər Dünyaya Necə Hökmran Oldular?-məqaləsi ilə) sizi tanış edirik.

İngilislər Dünyaya Necə Hökmran Oldular?

İngiltərə özünün əhalisinin sayına və xüsusilə ərazisinin sahəsinə görə dünyanın bir çox ölkələrindən kiçikdir. Onda belə bir sual ortaya çıxır. Bəs, necə olmuşdur ki, İngiltərə dünyanın ən möhtəşəm imperiyasına çevrilmişdir? ingilis dili dünya dövlətlərinə sirayət etmiş, bir çoxlarında isə rəsmi dilə çevrilmişdir. İndinin özündə də beynəlxalq aləmdə İngiltərənin xüsusi nüfuzu və mühüm rolu vardır. Bu ölkə bir növ dünyanın elmi və siyasi mərkəzi hesab edilir. Şübhəsiz ki, bu sualın bir sıra cavabları vardır. Təqdim edilən məqalədən məqsəd bu sualın bir variantda cavabının ayrı-ayrı məqamlarını ötərgi də olsa, oxucuların nəzərinə çatdırmaqdan ibarətdir…Ardını yüklə

Azərbaycan Respublikasının “Təhsil” Cəmiyyəti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 18 =