İlki Su ilə, Sonu – yenə də, Su ilə…

Print Friendly, PDF & Email

Dünyaya insan gəlir, ilki Su ilə!

Dünyadan, İnsan köçür, onun da, sonu Su ilə!
Niyə, Torpaqla yox, Su ilə?
Qəribədir, bu hallar!
Torpaq da, Suya möhtac!
Hər bir halın əvvəli Su, özü Su ilə!
Paklıq Su ilə!
Özüdür, Paklıq ilə, Su ilə!
Kim Yer üzünə gələli, ovcunda dən, dənə, tum, toxum gətirdi, səpdi Yer üzünə?
Su gəldi, Suda gəldi, Su gətirdi!
Yaddaş gəldi, Suda gəldi, O, Gətirdi!
Bitkiləri, yaşıllıqları, Cücərtiləri, Bitənləri, Bitəcəkləri, Su özündə, Gətirdi, Su da, Cücərtdi, Bitirdi, Ucaltdı!
Kim ovcunda, dən, toxum, bitki, tum gətirdi ki?
Hər Qitənin öz bitkisi, hər Cəhətin (Şərq, Qərb, Cənub, Şimal), öz bitkisi, öz forması, öz dadı, öz rəngi, öz ətri!
Kim ovcunda, dən gətirdi ki?
Amma Yer üzündə, onlardan Bəhrələndi!
Onda deyilər ki:
Paklıqla!
Əqli Paklıqla!
Ruhi Paklıqla!
Əbədi Paklıqla!
Paklıqla! 

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + twenty =