Günəş işığı tükənməz

Print Friendly, PDF & Email

Soruşsaydılar ki, bu yer həyatında nə istəyərdin?

Cavab verərdim ki, təməl sinfindən başlayıb, dünya elmlərini  yenə də öyrənməyə  təhsilimi istəyərdim!  (Amma hələ gec deyil.)

*Ömür o dünya ilə bu dünya arasında deyil. Ömür o ikisinin “duet”-i arasındadır.

*Hal olmasa, “mə`na” olmur. “Mə`na” olmasa, məntiq olmur. Kainatdaxili bunlarsız olmur.

*Deyirlər, “Hər kəsin öz dünyası var”. Düzgündür! Amma hər kəsin “öz dünyası”-nı bu insanlar aralarında bərabər bölsəydilər, bərabərləşdirsəydilər, nələr olardı?

 *Nədir həsrət, haradadır həsrət? Yerdə ikən yerdəki qaranlığa yoxdur həsrət. Əbədi olan o işığadır həsrət…

*Sevgi – gözəlliyindədir. Məhəbbət – birliyindədir. Budur bağlılıq, budur anlayış.

*Kainatdakı işıq aləmi elə bir aləmdir ki, orada ölmürlər! Çünki orada doğulmurlar.

Yer aləminə gəliş – yerdə doğulmaqdır. Yerlə Kainat arasında o Mütləqə bağlılıqdır.

*Söz “sirr” deyil, səsin özü insana əsrarəngiz bir sirdir.

*Pikasso, Salvador Dali, Da Vinçi biz insanlara nələrisə dedilər və qayıtdılar. Biz insanlar isə, hələ də düşünürük.

*Səslənən fikir və ideyaları “obyektiv”ə, “subyektiv”ə bölə-bölə həqiqət fikri  nəyi əhatə etdiyini müzakirəsiz,  natamam hala gətirmirikmi? “Sənin fikrin elədir, mənim fikrim isə …” deyilmirmi?

*Hər bir düşüncə ilə düşüncə tezliyi Kainata səslənir, Kainatda eşidilir. Yazıq Kainat, “bəzi” düşüncə və istəkləri, tələbləri düzgün nizamlamaq üçün nə qədər işıq, zərrə anı sərf edirsən ki, nizamlar, ardıcıl hərəkətlər xaotik olaraq pozulmasın?

Belə olmasaydı, insanlar neçə milyon illər bundan əvvəl Yer planeti və Günəşin özünü də məqsədli  düşüncələri ilə söndürüb məhv etmişdilər.

*Ölümün son anında (bir anilikdə) vücud çox aktivləşir. Bu, ilkdən canlının “Ol” halından (işıqdan) “Oldu” (Müddəti tamam oldu) halına keçid məqamıdır.

Varlığın özündə olan işıq payını Kainata (mütləq işığa) çatdırmaq, qovuşdurmaq isə, Can Aparanın müşahidə halıdır.

*Düzgünlük arasında yalan yoxdur. Yalan arasında düzgünlük yoxdur.

*Hər bir yenilik keçmişi unutdurmur. Hər bir yenilik keçmişi müqayisəli dərəcədə xatırladır. “Keçmiş” dediyimiz uzaqlaşmır. O, hər an yaxınlığımızdadır.

*Hər bir keçmişi unutdurmaq istədikcə, yenə də yeniliklə qarşılaşır və kifayətlənməli oluruq.

*Əbədiyyət elə bir aləmdir ki, orada “son oldu” olmur. Hər son bir başlanğıcdır.

* Aləmin sevdasına bir bax. Sevdanınsa aləminə bir bax.

* Yer üzündə olan bütün elmlər bilmək istəyinin əvvəlidir. Amma “bildim”-lə yenə də kifayət  deyil.

* Xalq arasında “ürəyim istəyir” deyirlər.

Amma ürək istəmir, ürəkdən keçən qan “istəyir”.

 Düşüncələri baş, beyin istəyir. Vücudi istəkləri isə qanımız istəyir.

*  Nəyin çirkin, nəyin eybəcər (mutant) varlıq olduğunu göstərə bilmərik biri-birimizə.Cünki  hər nə yaranıbsa, gözəlliyin ozü ilə özündə yaranıb.

* İstək üçün inamın gərək ola. Inam üçün isə istəyin gərək ola!

* İnanmasan, aldanmayacaqsan. Aldanmasan, inanmayacaqsan! Daha düşünəcəksən.

* Günəş planetinin nüvəsi aktiv olduğundan kütləsinə görə işıq qədərini saçan, yayandır. O, işıq qədəri çox vacib olandır. Günəş işığı kainatın işıq halına bağlı olduğundan onun işıq saçması tükənməz, işığı sönməz. Günəş səthindəki iy, qızarmış buğda iyinə çox yaxındır. Onun səthində rahat hərəkət etmək olar. Vücudun, gözlərin yanmaz, nəfəsin darıxmaz.

Günəşin hər tərəfi “yandırma”-da deyil, yandırmaz. Günəş varlığında 11 hal dəyişikliyi, yeniləşməsi var.

Çünki hər bir dözülməzlik həddinin, bir dözülmə sərhəddi var.

Günəşə ən yaxın olan Merkuri planetinin ən qısa dolanma dövrü 88 sutkadır. Günəşdən Merkuriyə olan məsafə 0,4 astronomik vahiddir. Müqayisəli olaraq, yerin günəşdən orta məsafəsi 1 astronomik vahidi 150 000 000 km-dir. Amma buna baxmayaraq Merkuri planeti günəşə yaxın olsa da, öz təyin olunmuş sabit temperaturunu dəyişmir.

Günəş planeti də, nüvəsinə mütənasib olaraq, rəvan temperatur həddinə malikdir.

* Bu gün bir danışıq əsnasında belə bir fikir eşitdim:

– Sən əyri ol, ətrafın düngün olana qədər.

Düşündüm ki, 

– Yox, sən düzgün ol, yer üzü düzgün olana qədər.

* Candır ki, vücuddur. Vücuddur ki, bədəndir. Bədəndir ki, var olan varlıqdır. Var olan varlıqdır ki, hərəkətdədir. 

(Diri yeriyər, ölü aparılar).  

* Söz, cümlə, fikir: düşüncələrin tezliyi ilə,  üst-üstdədir. 

* Nağıl hadisənin ardıcıllığıdır. Rəvayət keçmişin xatırladıcısıdır. Mif, əsatir isə, tarixi hadisə  və personajların dəyişikliyidir. 

* Yoxdur elə bir varlıq ki, “Var olanın”  Özünün təyinləşdirdiyindən, var olmasın. 

Yoxdur elə bir varlıq ki, “İşığın Özündən” ayrılan “O zərrədən,” “O”- varlığın özü olmasın.

 

                                                            Vahid Rzayev.

Bu məqalə: 18.03.2014 tarixdə, baxış sayı: 899, www.aqra.az saytının Elm kateqoriyasının Fəlsəfə bölməsində dərc edilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.