Fikri, Düşüncəni, Səsli Cümləyə çevirən, Əlifbadır…

Print Friendly, PDF & Email

Ətrafımızda hər nəyi görürüksə, O, Gördüklərimizin, Özü, Hər biri, ayrı-ayrılıqda, bir Əlifbadır, (Alfavit).

O, Gördüklərimizin hər birini, ayrı-ayrılıqda, onları Öz, “Əlifbasında”, oxumağa çalışırıq! 
Çalışırıq da, Oxuyuruq da!
Rəssam üçün, Rənglərlə təsvir edəcəyi, hər-hansı, Rəsm Əsərinin başlanğıcı, Molbertlə başlayır!
Həmin, Molbert üzərinə, müxtəlif Rəng çalarlarını, yığmaqla, əlindəki Fırça ilə, rəsm əsərini, Rənglərlə, Təsvirə çevirir!
Molbert, Rəssam üçün, Rəng çalarlarının, ilkin Əlifbasıdır!

O, Rəngləri O, Əlifbadan, Tabloya köçürür!
Rəssam,Tabloda Rənglər ardıcıllığını, Peyzajlarla, Cümləyə çevirir, Rəngarənglik cümləsinə çevirir!
Son nəticədə, Rəssamın çəkdiyi əsərə baxdıqca, onun, “Əlifbasında”, o, Əsəri Rənglər Əlifbasında, biz də, oxuyuruq!
Bəstəkar, Musiqi Partiturasını, Notlar, “Əlibasında”, yazır! 
Musiqi ifaçıları, həmin tərtib olunmuş, Musiqi, “Əlifbasını”, oxuyaraq, musiqi Əsərini, Səsləndirirlər!
Həkim, Resepti, Tibb Əlfavitinə uyğun olaraq, yazır! 
O, Əlifbanı, Əczəxanada (Aptektə), çalışanlar, oxuya bilirlər!
Tikinti Mühəndisi, İnşa edəcəyi, binanı, tikilini, tərtib olunmuş, Layihəyə əsasən, inşa edir! 
O, Layihə, “Əlifbasını”, oxuyaraq, İnşaaya başlayır!
Fikir, Düşüncəni, Alfavit əsasında, Sözə, Cümləyə, Mətnə, çeviririk!
Gəmiçi, yolun, Marşrutun, tərtib olunmuş, “Əlifba” Xəritə, əsasını oxuyaraq, səfərə çıxır!
Hər bir halda, hər bir başlanğıcda, Əlifba, İlkdə dayanır!
Ədədlər üçün, Riyazi Əlifba!
Əlifbalar üçün isə, yenə də, Əlifbalar cədvəli, Aparıcıdır!

                                                                                                              Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.