Dərviş Cavanşirin anım mərasimi

Print Friendly, PDF & Email

Huseyn Cavid ədəbi məclisinin novbəti tədbiri 4 aydir ki, əbədiyyətə yolçu etdiyimiz görkəmli sair,nasir,publisist Dervis Cavansirin(Eloğlu) anim merasimidir. Tədbir 11 aprel saat 14:00 da Xalqlar Dostluğu metrosu yaxinliginda yerləşən 129 nomreli məktəbin akt zalinda keciriləcəkdir.Arzu edənlər iştirak edə bilərlər.
Aysu Məmmədli

Bəs kim idi Dərviş Cavanşir, həm də Eloğlu:?

Bu idimi?
 Heç bir mükafatın yetmədi mənə,
Bircə «sağ ol»un da bəsimdi, Vətən.
Bəsimdi hər səhər təltif yerinə,
Qapımda küləyin əsibdi, Vətən.

Bəlkə bu idi?

 Bəlkə də, borcundan çıxmadım, Vətən.
Ömür bahar deyil, bir də qayıtsın.
 Öləndə qoynunda qoy ölüm ki, mən
 Çürüyüm, bir ovuc torpağın artsın.

Məşhur syurealist rəssam SALVADOR DALİ-yə həsr etdiyi bu şer parçasını da o yazıb axı:

Gizlədərəm, özgə bilməz,
Çəkərəm gizlicə, bilməz.
Min ağıllı çəkə bilməz
İndi bir dəli dərdimi.

Həm də bu idi axı……!!!!!!!!

Qurban olum torpağına, daşına,
Qaldır məni Əlincənin qaşına,
Qoy dolanım, Vətən, sənin başına
Deməsinlər, pərvanəsi çatışmır.

“AqRa” EİDİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + fourteen =