Sara Aşurbəyli.Bakı şəhərinin tarixi. kitabı barədə

Sara Aşurbəylinin bu kitabı Bakı şəhərinin orta əsrlər tarixinə həsr olunmuşdur. Erkən və inkişaf etmiş orta əsrlərdə Bakı neftinin çıxarılması və emalı üzrə mühüm mərkəz kimi məşhur olan Bakı şəhərinin sosial-iqtisadi,siyasi və mədəni həyatı öyrənilmiş, müasir dövrədək qalmış memarlıq abidələrinin təhlili verilmiş, uzun tarixi dövr ərzində elm və təsviri incəsənətin vəziyyəti göstərilmişdir. Arxeoloji materiallara istinad edərək, Bakını antik dövrün şəhəri […]

Gəmiqaya-Qobustan mədəniyyəti e.ə.VIII-V minilliklər

Əsərin yazılmasında əsas məqsəd Azərbaycan ərazisində qədim mədəniyyətiın-unudulmıış sivilizasiyanın izlərini aşkara çıxarmaq və sistemli monoqrafik təhlil etməkdən ibarətdir. O cümlədən: -Azərbaycanın qayaüstü təsvirlərinin şifrəsini açmaq və oxumaq: -Qayaüstü təsvirlərin Azərbaycan ərazisində yayılma arealını müəyyən etmək; -Qayaüstü təsvirlərin başlanğıc mərhələsini müəyyən etmək; -Qayaüstü təsvirlərin qrafik quruluşunu, mə`na və məzmununu müəyyən etmək; -Gəmiqaya rəsmləri ilə Qobustan rəsmlərinin müqayisəsini aparmaq, onları tutuşdurmaq və […]

Ömür yolu

Filologiya üzrə elmlər doktoru Fərman Xəlilo­vun anadan olmasının 60, elmi-pedaqoji fəaliy­yə­tinin 40 illiyinə həsr olunan bu kitaba onun yaradıcılığı haqqında yazılan məqalələr, əsər­lərinin biblioqrafiyası, bəzi tanınmış şəxs­lərə yazdığı məktublar və onlardan aldığı cavab­lar, vaxtilə mətbuatda çap olunan üç yazısı (bir məqalə, bir müsahibə və bir təəssürat), həmçinin həyat və fəaliyyətinin müxtəlif anla­rını əks etdi­rən fotoşəkillər daxil edilmişdir. Kitabı yüklə

Naxçıvanı öyrənən elmi cəmiyyət

Kitabda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Naxçıvan şöbəsinin 1925-1928-ci illərdə fəaliyyətini əks etdirən 41 protokolun tam mətni, faksimilesi və bu Cəmiyyətlə əlaqədar olan bəzi arxiv sənədləri və mətbu materiallar ilk dəfə olaraq toplu şəklində təqdim olunur. Kitab tarixçi, arxeoloq və öz xalqının keçmişi ilə maraqlanan bütün oxucular üçün faydalı ola bilər Kitabı yüklə

Hüseyn Razi Biblioqrafiya

Kitaba Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi , şair Hüseyn Raziyə həsr olunan bəzi məqalələr, əsərləri və haqqında yazılanlara aid 1742 mənbəni əhatə edən biblioqrafiyası, müxtəlif tanınmış şəxslərdən və bəzi oxuculardan aldığı məktublar, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər daxil edilmişdir. Kitabı yüklə

Kitab Haqqında ümumi mə`lumat

Rzayev Vahid Zeynal oğlu 1947-ci ildə Naxçıvan şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Naxçıvan şəhər 1№-li orta məktəbi 1966-cı ildə bitirib. 1972-ci ildən 1992-ci ilə qədər SSRİ Dövlət Standartlar Komitəsinin Naxçıvan Respublika şö`bəsində mühəndis Standartlaşdırıcı vəzifəsində çalışmışdır. Rzayev Vahid Zeynal oğlu “Səmərəli və uzun müddətli iş fəaliyyətinə görə” SSRİ Dövlət Standartlar Komitəsi tərə ndən 9 noyabr 1987-ci ildə Fəxri Fərmanla təltif […]

Yer qabığının ümumi kimyası

Dərslikdə yer qabığında kimyəvi elementlərin və onların təbii birləşmələrinin ( mineral və karbohidrogenlər ) paylanması və yerləşmə qanunauyğunluqları səciyyələndirlir. Dərslik 17 fəsildən ibarətdir. I və II fəsillərdə Yer qabığının kimyasının məqsəd və vəzifələri göstərilir. III fəsildə Yerin quruluşu və geosferlərin yaranması hipotezləri aydınlaşdırılır. Atmosferin, litosferin, hidrosferin və biosferin kimyası IV fəsildə verilir.  Karbohidrogenlərə aid olan V fəsildə planktonlar, dəniz faunası, […]

Akademik İsmayıl Muxtar oğlu Hacıyev

Monoqrafiyada Azərbaycan xalqına qarşı törədil­miş soyqırımı və deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, bu torpaqlar uğrunda gedən mübarizə və onların nəticələri, düşmən dövlətlərin məkrli siyasəti və bu siyasətin həyata keçirilməsində ermənilərin oynadıqları mənfi rol aydın şəkildə göstərilmişdir.  Müəllif arxiv sənədləri, dövrü mətbuat materialları, habelə bir çox tədqiqatçıların əsərlərindən istifadə etmək­lə ermənilərin Naxçıvana qarşı ərazi iddialarının […]

Ataxan Paşayev

   Kitabda ilk mənbələr və real faktlar  əsasında iki əsr ərzində Güney Qafqazı istila etmiş Rusiyanın və digər Avropa dövlətlərinin, Sovet hakimiyyəti illərində isə kommunist rəhbərlərin köməyilə şovinist erməni millətçilərinin bütün vasitələrdən istifadə edərək torpaqlarımızı ələ keçirmək üçün xalqımıza qarşı törətdikləri vəhşiliklər və xalqımızın başına gətirdikləri müsibətlər ətraflı araşdırılır. Kitabı yüklə

1 2