Azərbaycan arxivşünaslığının atlantı

“Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkinci də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir.” HEYDƏR ƏLİYEV   Ötən əsrin 80-ci illərində televiziya ekranlarında Belarus istehsalı olan, İvan Şamyakinin eyniadlı romanı əsasında Aleksandr Qutkoviçin çəkdiyi səkkiz seriyalı “Atlantlar və kariatidalar” filmi nümayiş […]

Yaranış–xilas

   Tarix – keçmişin güzgüsü, gələcəyin istinad və istiqamət nöqtəsidir. Bunu belə ifadə etsək yəqin ki, yanılmarıq. İnsan şüuru inkişaf etdikcə onun tarixə marağı, keçmişi öyrənmək həvəsi, daha da artıqdır. Əlbəttə ki, bu da səbəbsiz deyil, axı insan həmişə necə yarandığı ilə ciddi cəhdlə maraqlanıb. Milyon illərdir düşünürük biz insanlar necə və hansı şəraitdə dünyaya gəlmişik? Sualın cavabı “Darvin nəzəriyyəsi” […]

Mənasızlıqdan mənalar dünyasına, yoxsa?….

(Mərhum alim Fikrət Rzayevin vəfatının qırxıncı gününə) Çağdaş dünya elminin qədim yunanlardan və hind-çin-ərəb kəsimindən üzübəri keçib gəldiyi ziqzaqlı yolu saf-çürük edəndə olduqca sadə bir mənzərə yaranır: kəşfləri və açılışları ilə öyündüyümüz Yer elmləri (bundan dəqiq ifadə tapa bilmədik…) bu günə qədər, sadəcə, elmi təsvirlə məşğul olurmuş. Bu təsvirin bizim təfəkkürümüzün səviyyəsi baxımından inqilabi hesab edilən son nümunələri isə Albert […]

Söz nədir?

Aşağıda sizə təqdim edilən “Söz nədir?” adlı məqalə 04.11.2012-ci il tarixdə Azad Azərbaycan qəzetində dərc olunmuşdur.     Təbii ki, bu suala cavab vermək ilk baxışdan elə də mürəkkəb deyil! Söz səslərdən ibarət ifadədir. Əlbəttə ki, bu, ilk baxışdan olduqca sadə, olduqca asan görünən aksiomadır. Əlbəttə ki, sözlərə, səslərə bizim bildiyimiz, duyduğumuz kimi yanaşdıqda  məhz bu belə də görünür və […]

Məşhur neftçi və novator dilçi alim haqqa qovuşdu

Fikrət Həsən oğlu Rzayev (1936-2013)     Azərbaycan neft sənayesinə və dilçilik elminə ağır itki üz vermişdir. Görkəmli tədqiqatçı-mühəndis, uzun müddət “AZlNMAŞ”da çalışmış Fikrət Həsən oğlu Rzayev 28 fevral 2013-cü il tarixində qəflətən dünyasını dəyişmişdir. Allahdan bu gözəl insana, yaradıcı alimə rəhmət diləyirik. Heyif  Ondan…

Əmim – Fikrət Rzayev

    Bu gün səhər acı xəbərlə açıldı gözlərim! İnana bilmirdim eşitdiklərimə! Amma… əmim artıq həyatda yox idi! Varlığını hər an görmək istəsəm də, nədənsə, bəzən uzaq qaldığım insan idi O! Uşaqlığımdan belə ona duyduğum sevgi sırf əmi sevgisi deyildi: böyük insan idi əmim mənim üçün! İdeal obraz idi həyatımda! Yerə bağlı sevgiylə çox istəmirdim onu ,

1 2