Günəş işığı tükənməz

Soruşsaydılar ki, bu yer həyatında nə istəyərdin? Cavab verərdim ki, təməl sinfindən başlayıb, dünya elmlərini  yenə də öyrənməyə  təhsilimi istəyərdim!  (Amma hələ gec deyil.) *Ömür o dünya ilə bu dünya arasında deyil. Ömür o ikisinin “duet”-i arasındadır. *Hal olmasa, “mə`na” olmur. “Mə`na” olmasa, məntiq olmur. Kainatdaxili bunlarsız olmur. *Deyirlər, “Hər kəsin öz dünyası var”. Düzgündür! Amma hər kəsin “öz dünyası”-nı […]

Başlanğıc

Başlanğıc Hər başlanğıc Birdədir, Birlə Başlayan – Birdədir!  İkili – ikilik, müqayisələrdir! O muqayisələrə ad dedilər “Dual”- dedilər, Dualizm dedilər.  Dual – duetdir, Sən və Məndir, Bir başlanğıcı ilə, cəmdədir! 09.05.2015 Vahid Rzayev.

Sözlər…

Sözlər… Sözə, söz gərəkdir. Fikrə söz gərəkdir. Sözsüz, söz olmur. Sözsüz, fikir olmur. Sözsüz, düşüncə olmur. Sözsüz, demək olmur.Söz idi ilk, söz deyildi ilk. Sözlə söz dedilər, sözə söz dedilər.Sözlə, sözü ardıcıllıqda dedilər. Kainata üz tutdular, Kainatın öz dilində Kainata söz dedilər.Onun dili ilə, Ona söz dedilər. Sözün ilki Onda idi, Ona öz sözünü, sözdə dedilər.Sözlə Söz idi ilk, Sözə […]

Həqiqət…

Həqiqət… Həqiqət haradan başlayır, harada qurtarır? Həqiqət – heç vaxt, bitmir, tükənmir, qurtarmır, yox olmur! Həqiqət, Kainat qanununun, ilki olduğundan, Kainatın özü ilə, özünün – həqiqətindədir! Həqiqət deyib də, çağırdıqca, Kainatı, İlki, çağırmırıqmı? 05.05.2015 Vahid Rzayev.

Həzrəti Nuhla xilas və ərazi

   Tarixi mənbələrdən Azərbaycan və şərqlə – qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.     Şərqlə – qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.     Azərbaycan və Naxçıvan ərazisi bir də İşıqlar, odlar yurdu kimi də yaddaşlarda, tarixlərdə qalıb.     İşıq, od, alov […]

Bütün bəşəriyyət ağrıya, əzaba düşəndə, öz dilində öz anasını çağırar.

Hər bir insan hansı qitədə yaşamış olsa da milliyətindən, irqindən asılı olmayaraq əziyyətə düşəndə, əzablı, ağrılı olanda  öz dilində  “ana”  çağırar.   Çünki, o fərd  öz yaddaşını ( şüur altı) çağırar. O yaddaş   ki, ana varlığında olanda (müəyyən olunmuş müddət ərzində)  “İsti  yox, soyuq  yox, ağrı     yox, acmışam yox,  suzmuşam  yox,  təlatum  yox,  qorxu  yox” – u  səsləyib […]

Maddə -“ var oldu” halı yox, “var olsun” halıdır.

    Maddə bir adlı, çox mənalıdır. Maddə var olmanın fiziki-kimyəvi halıdır. Riyazi-həndəsi halı deyil. Varlığında, bütün məlum və naməlumların məzmuisi halıdır. Maddə məzmuisi aləmlərin işıq toplum halıdır. Maddə -“ var oldu” halı yox, “var olsun” halıdır. Maddə ətrafın halına görə dəyişilə bilmir. O, ətrafın həmahəng halına uyğunlaşdırılma halını dəyişə bilən halıdır. Dəyişdiyi qədərində də yenə də naməlum məzmuisidir.    […]

Bitkilərin də, öz yaddaşı…

Bitkilərin də, öz yaddaşı… Hər bitki, hər ağac, hər kol, öz rayihəsini, öz dadını, öz rəngi ilə, öz meyvəsini gətirər! Onların da, öz yaddaşı, onlar, öz yaddaşları ilə, öz yaddaşında gələr! Bitkilər aləmi, öz yaddaşındakıları gətirib, onları bölüşüb, deyər! Qışda, soyuqlarda gövdəsi ilə, budaqları ilə, özünü qoruyar, Yazda isə, yaddaşı ilə, yaddaşında olanları, bir də deyər! Onların Yaddaşları dəyişməz! Onlar […]

İşıq, İtmir…

İşıq, İtmir… Enerji, İşıq əmsalının, istilik əmsalına çevrilməsidir! İstilik, temperatur hədlərinə görə dəyişən, İşıq isə, dəyişməyəndir (nə tezliyi, nə sür’əti). Temperatur, material Aləmə aiddir, (dəydiyimiz, toxunduğumuz, hiss etdiyimiz, ölçmələr apardığımız, müqayisələr etdiyimiz), Mütləq olan İşıq Sahibi isə, Yaradıcı (obsalyut), İlahi Aləmlədir ki, O, dəyişilmir! Dəyişilmədiyindən də, (təməl), İtmir, İtirilmir! İşıq Ata, törəmələri, Zərrələrdir! 02.05.2015 Vahid Rzayev.

İstəklər…

İstəklər… Nə istədik, “O”- ndan istədik! Bəxş edən “O”- idi, “O”- ndan istədik Biz müvəqqəti, “O”- Əbədi!  Bəxş Edəndən, “O” – ndan, istədik! 01.05.2015 Vahid Rzayev.

1 2 3 4 5