Səxavət Aslan yazır: “Laylam, ağım – muğamatım, Tanrı payım – baratım” –muğamsayağı esse

Dünyamızın nizamıdır Muğam! Yaranmışların Yaradan qarşısında ilahi heyrətidir Muğam. Ruhumuzun qidası, qəlbimizin cilası, içimizin ətridir Muğam. Dəyişən dünyamızın dəyişməz əxlaqı, xoş niyyət sorağındakı əməlidir Muğam. Rəhmsizləri rəhmə, amansızları amana gətirən şəfqət selidir Muğam. Qaranlıq çöhrələri işıqlandıran, ümidsizləri ümidləndirən İşıq payıdır Muğam. Əqidə, eşq, düşüncə, məslək təşnələrinin şəhidlik şərbətidir Muğam. Dərdsizliyin qəmi, dərdliliyin qəm işığıdır Muğam. İbadət etdiyinə itaət zövqünü yaşamaqdır Muğam. […]

Fonemlərin musiqi dünyası

Dünyada müasir sivilizasiyanın başlanğıc nöqtə­si hesab edilən, Nuh peyğəmbərin məskunlaşdığı bir ərazi kimi tanınan qədim Naxçıvan, əsrlər boyu Azərbaycana, dünyaya yüzlərlə məşhur mütəfəkkir alim, me`mar, elm və mədəniyyət xadimləri, aşıq ustadları, xanəndələr, yazıçı və şairlər, görkəmli siyasət və dövlət xadimləri bəxş etmişdir. Bu proses günümüzdə də davam etməkdədir… Mövzuya keçməzdən əvvəl məni “Söz”-lərin sehrli aləminə qərq edən insana, professor Buludxan […]

Elbrus Abbasqulu oğlu Mehdiyev

1956-cı ilin isti yay günlərindən biri idi. Həmin günü о zamanlar Naxçıvan MSSR Vilayət Komsomol Komitəsi təbliğat və təşviqat şö`bəsinin müdiri işləmiş Ənvər Məmmədov belə xatırlayır:    – Mən Puşkin küçəsi ilə tələsik Pioner və Məktəb lilər evinə gedirdim. Birdən qulağıma mahnı səsi gəldi.   Oxuyanın səsi məni çox heyrətləndirdi. Həddindən artıq gözəl, aydın  və cəzbedici səs idi. Bir anlığa tələsdiyimi […]

Naxçıvan musiqi mədəniyyəti tarixindən-musiqi təhsili kitabından

Giriş Naxçıvan Muxtar Respublikası dahi mütəfəkkirlər, dünya, ölkə və yerli əhəmiyyətli mədəni-tarixi abidələr diyarı olaraq bəşəri mədəni irs tarixində özünəməxsus yer tutmuşdur. Rəvayətlərdən və tarixi mənbələrdən belə mə`lum olur ki, baş verən mədəni-tarixi hadisələrin bir çoxu bu torpaqla bağlı olmuş və mədəniyyətimizin inkişafında Naxçıvan məfhumu, Naxçıvan varlığı mühüm rol oynamışdır. Qədim dövrdən başlayaraq mədəni irs tariximiz ilk dəfə olaraq Naxçıvan […]

Mədəniyyət tariximizin tədqiqatçıları sırasından-gözəl ziyalı Rafail Məşədi Musa oğlu Kərimov haqqında

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rafail Məşədi Musa oğlu Kərimov 1949-cu ildə Naxçıvan şəhərində anadan olub. 1967-ci ildə A.S.Puşkin adma (V.Zeynalov) Naxçıvan şəhər 3 saylı ümumtəhsil məktəbini, Naxçıvan şəhər Uşaq Musiqi Məktəbinin tar sinfini bitirib. 1969-1974-cü illərdə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin xor-dirijorluq fakültəsini, 1980-ci ildə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili […]