Ömür vəfa etsəydi

İlk dəfə idi ki, çox sevdiyim və hörmət bəslədiyim bir insan, sevimli müəlliməm Əqidə Ələkbərova ilə bağlı yazmaqda çətinlik çəkdim. Onun haqqında indiyə qədər bir neçə dəfə yazmışam. Lakin bu gün o, həyatda olmadığı vaxt söz demək, onu anmaq mənə ağır gəlir. Əqidə Ələkbərova ilə bizim hələ bu yaxın günlərdəki söhbətlərimizi xatırlayanda, xəyalən onun Naxçıvan Musiqi Texnikumunda bizə dərs deyərkən […]

Realizmin duyğulandırıcı görüntüləri rəngkar Həmzə Sadiqovun yaradıcılığı haqqında

Qənaətimcə, Naxçıvanda doğulanlar üçün rəssam olmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, sənət həvəsli insanların çoxu üzünü görmədiyi məşhur Bəhzruz bəy Kəngərlinin adını eşidib rəssam olmaq həvəsi ilə yaşayır. Amma rənglərlə baş-başa qalanda, rəssamlığın çoxlarının görə və duya bilmədiyi çoxqatlı çətinliklərdən ibarət olduğunu dərk edəndə, üstəlik, Bəhruz bəyin də yalnız ölümündən sonra onu tapan şöhrətinin sayagəlməz mərhumiyyətlərdən […]

Oxu tar, oxu tar, Səni kim unudar?

Görkəmli şairimiz Mikayıl Müşfiqin qələmindən süzülən bu sətirlər tar ifaçılığı ilə məşğul olanların dilinin əzbəridir. Bu qədim musiqi aləti insanın daxili aləminə güclü təsir imkanlarına malikdir. Bu səbəbdəndir ki, dünya mədəniyyətinin nadir incilərindən sayılan Azərbaycan muğamları tar kimi ecazkar musiqi aləti sayəsində sənət qələbəsi qazanıb, əbədi zirvə fəth edib. XIX əsrin ortalarında Sadıqcanın tarda yaratdıqlarını ölməz bəstəkarımız Üzeyir Hacıbəyov daha […]

Ustad sənətkarın yubileyi qeyd edilib

Oktyabrın 1-də Naxçıvan Dövlət Filarmoniyasında ustad tarzən, bəstəkar-pedaqoq, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açıb.  Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, […]

Azərbaycan yallı rəqslərinin not yazılarına dair

Dairəvi və yarım dairəvi formada ifa edilən müasir “yallı” rəqslərimizin özündə birlik və vəhdəti təcəssüm etdirməsi onun iştirakçısı və tamaşaçısı olan hər kəsə bəllidir. Azərbaycan“yallı” rəqslərinin qədim köklərə malik olması barədə yazılı mənbələrdə mə`lumatlar verilmişdir. Qaya təsvirlərindən də göründüyü kimi, yallıların tarixi hələ dünyəvi dinlərin meydana gəlmədiyi, qədim insanlar arasında danışıq dilinin mövcud olmadığı, onların etnoslar kimi formalaşmadığı,  cəmiyyətdə sosial […]

Fazilə xanım Nəbiyeva

Fazilə Ramiz qızı Nəbiyeva 31.05.1984-cü ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuşdur. Orta ixtisas təhsilinə Naxçıvan şəhərində yerləşən 12 №li məktəbdə, musiqi təhsilinə isə 1 №li 7 illik musiqi məktəbində başlamışdır. Bir neçə ildən sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və təhsilini burada davam etdirmişdir. Bakıdakı 248 №li məktəbdə orta təhsil almış, musiqi təhsilini isə Ş.Ələkbərova adına 20 №li […]

XX əsrin birinci yarısında naxçıvanlı rəssamların yaradıcılığı

XIX əsrin ikinci yarısı, ХХ əsrin əvvəllərindən bаşlаyаrаq Аvrоpа və Аzərbаycаn mədəniyyətlərinin qаrşılıqlı əlаqələri gеtdiкcə gеnişlənir, mааrif, mətbuаt, incəsənət, bədii yаrаdıcılıq, еstеtik fikir sаhələrində mütərəqqi mеyllər mеydаnа çıхır, yеni tipli pеşəkаr sənət növləri inkişаf еdir, milli bədii kаdrlаrın yеtişdirilməsi üçün zəmin yаrаnırdı. Pеşəkаr tеаtr, musiqi, kinо, mе`mаrlıq, təsviri və dеkоrаtiv-tətbiqi sənətlərin təşəkkülü və sürətli inkişаfı bахımındаn Аzərbаycаn bir çох yахın […]

Ən’ənə ilə müasirliyin bütövlüyü

Təsviri sənətimizin müstəqillik dövrünü əhatə edən inkişaf mərhələsi hələ ki, daha çox bədii axtarışların təzadlı olması ilə diqqət çəkməkdədir. Belə ki, “Bədii şura”ların yoxluğu ilə rəssamların yaradıcılığına duyulası sərbəstlik verilən indiki durumda müxtəlif yaşlı müəlliflərin milli dəyərlərə tapınmalarından daha çox, Qərbdən ixrac olunan “izm”lərə nəzirələr çəkmək tendensiyasının artdığını görməkdəyik.  Hər bir yaradıcının ideoloji bağlılıqdan uzaq olmasının qarşılığında, baş verənləri təbii […]

Ziyadxan Əliyevin İlham Səfərlinin yaradıcılığı haqqında fikirləri

Sənət aləmində bənzərsizlik ən ümdə şərtlərdən biridir. Bu özünəməxsusluq hər bir yaradıcının uzun sürən, böyük zəhmət tələb edən gərgin axtarışlarının sayəsində yaranır. Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan İslam Səfərlinin ailəsində dünyaya göz açan İlham Səfərlini sənətsevərlər məhz bu cür fərdi yaradıcılıq üslubuna malik, yaradıcılığı axtarışlarla zəngin olan rəssam kimi tanıyırlar. Ötən əsrin yetmişinci illərindən başlayaraq müxtəlif miqyaslı sərgilərin iştirakçısı olan […]

Sənətə ehtiramda vətəndaş qeyrəti

Musiqi mədəniyyətimizin qədimliyini söyləmək ümumi bir deyimdir. Bu ifadəni Azərbaycan mədəniyyətindən az-çox xəbəri olan hər bir kəs işlədə bilər. Burada «qədim» sözü bir qədər mücərrəd mə`na daşıyır. Onu elmi-nəzəri əsaslarla sübut etmək bir başqa məsələdir ki, bununla alimlərimiz məşğul olurlar. Məhz həmin alimlər qədimliyin tarixini də sübutlarla dəqiqləşdirirlər. Bir də var qədim mədəniyyət abidələrinə məhəbbətlə,  ehtiramla, vətəndaşlıq qeyrəti ilə onları […]

1 2 3