Etiraf

Bu günlərdə yenə şəhid ailəsi ilə görüşürdüm. Bu ailədən ön cəbhədə iki nəfər vuruşub, biri əlində silah tutub, o biri isə sanitar çantası.  Mən bütün bu söhbətləri dinlədikcə, o dəhşətli, müdhiş  mənzərələr gözlərim önündə canlanırdı. Düşünürdüm, İlahi, gör döyüşə gedən ana-bacılarımız nə dəhşətlər ilə üzləşiblər. Tibb bacıları   nə qədər  axan insan qanı, parələnən insan cəsədi görüblər.  Necə polad iradə sahibi olmaq […]

Bir tay uşaq ayaqqabısı

Novella Güclü yağış kəsmək bilmirdi… Avtobusun şüşəsindən küçəyə baxırdım. Havanın əlverişsiz olduğundan avtobus yavaş sürətlə hərəkət edirdi. Dayanacağa çatırdıq, birdən asfaltın üstündə gözümə nə isə sataşdı. Diqqətlə baxdım, 4-5 yaşlı qız uşağının ayaqqabısının bir tayı idi. Bir az aralıda yola xeyli şüşə qırıqları səpilmişdi. Güclü yağışın yaratdığı gölməçənin içində bir tay ayaqqabı yavaş-yavaş yırğalanırdı. Yaraşıqlı ayaqqabı tayı sanki sola-sağa boylanmaqla […]

Deyə bilmədiyimiz sözlər…

Nitqimizdə bəzi sözlər var ki, onu deməyə çox çətinlik çəkirik. Bəzi sözlər də var ki, onu çox asanlıqla və soyuqqanlı şəkildə deyirik… Niyə görəsən, “Sevirəm” sözünü demək bu qədər çətindir? Nəyə görə başqa vaxt dil-dil ötən insan bu bir kəlmə sözü deməyə cəsarət etmir? Sözü ağzında o qədər fırladır ki, sonra onu udmalı olur.  Bir həqiqət  də var, saf məhəbbətlə […]

Xəzan

Səhərdir… Hələ günəşin şəfəqləri görünmür… Sərin, xəfif bir səhər mehi əsir… Yarpaqların pıçıltısı aydın eşidilir. Adətən belə meh əsəndə kiməsə namə gətirir.  Mən də əlimi ümidlə təbiətə açıb, gözlərimi yumdum və gözlədim.    Birdən ovcuma nə isə düşdü, ürəyim titrədi, qəlbim əsdi… Gözlərimi açanda ovcumda zərif, sarı bir yarpaq gördüm. Xəzan yarpağı… Deyəsən təbiət mənə ömrümün xəzan çağı olduğunu xatırlatmaq […]

Acı xəbər

Acı bir xəbər eşitdik, çox acı… Eşitdiyimiz bir neçə kəlmə söz beynimizdə ilişib qaldı, yaman qaldı… Dedilər, yanan evdə kiçik yaşlı uşaqlar, körpələr də yanıb həlak olub.  Ürəklər əsdi, dizlər büküldü, qulaqlar guruldadı bu acı xəbərdən… Acı bir xəbər eşitdik… Əl-qolumuz sustaldı, gözlərimiz qaraldı, dünya başımıza dolandı… Kimi başını tutub yerə çökdü, kimi üzünü tutub hönkürdü, kimi göz yaşlarını gizlətməyə […]

Səs niyə, rəng niyə, söz niyə…

1. Elm – elmdədir. Tədqiqat, araşdırma elmdədir. Nəticələr elmdədir. Bəşəriyyət  elm  əhatəsində, elmdədir. Elmi dərəcə, elmi titul sondadır. 2. Elm, dilçilik, təbiət və ardıcıl fiziki hallar Kainat nizamında olmasa idi, insan bu məfhumları bu qədər dəqiqliklə yaratmaq gücünə malik ola bilərdimi? 3. İnsan yaranışı, Kainatın etalonudur. İnsan keyfiyyət yox, çox yüksək yaranış etalonudur. Niyədir insan? Etalon olmalı insan. 4. Dünya […]

Xalqımızı, Vətənimizi tanıdan, onun üçün çalışan müəllif haqqında

Azərbaycan Yazıçılar İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının üzvü Ramin Hüseyn oğlu Məmmədov 18 aprel 1957-ci ildə Azərbaycanın Qəbələ rayonunda ziyalı ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə tokar (tornacı) kimi  başlamışdır. Hərbi xidmətdə olmuşdur. Uzun müddət Rusiyanın Tumen vilayətinin Nijnevartovsk nəqliyyat millisində işləmiş, Sverdlovsk və Tumendə təhsil almışdır. Daxili işlər orqanlarında xidmətini Bakıda davam etdirərək 10-cu polis bölməsində işləmişdir. 2004-cü ildə mayor […]