Bir daha Naxçıvan şəhər Əkbər Ağayev adına internat-məktəb haqqında

Print Friendly, PDF & Email

  …Həmin il (söhbət 1961-ci ildən gedir-red) bir neçə kənddə məktəb tikintisi gedirdi. Naxçıvan şəhərində internat məktəb üçün bina tikilirdi ki, mütləq yeni tədris ilində istifadəyə verilməli idi. Ali məktəbləri qurtarıb gəlmiş məzunlan yerləşdirmək lazım idi.

Burada da mənim müəllim yoldaşlarım, maarif nazirliyinin tədris şöbəsinin müdiri Əsgər Əsgərov, məktəb tədris işini çox gözəl bilən, uzun illər nazirlikdə işləyən Rüstəm Rüstəmov mənə çox yaxşı kömək etdilər. Mən bilmədiyim şeyləri onlardan soruşurdum və bunu özümə qəbahət hesab etmirdim.

Vaxtımın çoxu intemat məktəbində keçirdi. Əvvəla ondan başladım ki, tikilən internat məktəbə direktor təyin etdim (söhbət İsa Məmmədovun təyinatından gedir-red). Ona tapşırdım ki, bütün günü məktəbdə olub tikintiyə nəzarət etsin. Hər gün axşam gün ərzində görülən işlərə yekun vurur, sabah görüləcək işləri müəyyənləşdirirdik.

 Mən Vilayət Partiya Komitəsinə bir arayışla müraciət etdim. O arayış əsasında büro xüsusi qərar qəbul etdi. Naxçıvan MSSR Nazirlər Sovetinə tapşırıldı ki, ehtiyat fondundan Maarif Nazirliyinə əlavə vəsait ayrılsın. Həmin vəsait hesabına həmin il biz məktəblərə çoxlu bərk və yumşaq avadanlıq aldıq. Məktəblərin fənn kabinələrinin qaydaya salınması üçün xeyli iş gördük. Kəndlərdə tikilən məktəblərin yanında səkkiz ailə üçün müəllimlər evi tikdirdik. O zaman Naxçıvan MSSR Nazirlər Sovetinin tikintiyə rəhbərlik edən müavini Abdulla Orduxanov və 5 saylı Naxçıvan tikinti trestinin müdiri Gəray Əsədov mənə yaxından kömək edır, demək olar ki, bütün təkliflərimin yerinə yetirilməsinə çalışırdılar.

Respublikadan asılı olmayan məsələlər barəsində o zaman Azərbaycan KP MK məktəblər şöbəsinin müdiri Nazim Hacıyevə müraciət edirdim. O, çox mülayim, tələbkar, verdiyi vədi yerinə yetirən bir insan idi. Onun yaxından köməyi ilə bizim səyimiz nəticəsində internat məktəbinin tikintisi 15 avqustda başa çatdı. Biz respublikanın ayrı-ayrı rayonlarında yaşayan sahibsiz, yetim uşaqlar, imkansız ailələrin uşaqlarını o məktəbə qəbul etdik.
O zaman Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri, “Sosialist Əməyi Qəhrəmanı”, çox alicənab insan olan Hüseyn Məmmədov internat məktəbə gəldi. Məktəbə təzəcə qəbul olunmuş uşaqları gördü və mənə dedi ki, bu uşaqlar çox zəifdirlər, bəziləri hətta xəstəyə oxşayır. Sən qorxmursan bunların qəbul edilməsinə icazə verirsən? Mən dedim ki, yoldaş Məmmədov siz 2-3 aydan sonra baxarsınız. Oktyabr bayramı münasibətilə keçirilən (o zaman Naxçıvan şəhərində böyük klub olmadığı üçün respublikanın bütün tədbirləri hərbi şəhərcikdə olan “Zabitlər evi”ndə keçirilirdi) təntənəli iclasdan sonra internat məktəbin şagirdləri çıxış etdilər. Onlara məktəb formalarından başqa, bir də bayram tədbirlərində iştirak etmək üçün xüsusi forma tikdirmişdik. Uşaqlar kökəlmişdilər, forma onlara çox yaxşı yaraşırdı. Məktəbin çox gözəl nəfəsli orkestri var idi. Bir sözlə, uşaqlar şən və gümrah görünür, özləri də çox yaxşı çıxış edirdilər. Rəhbərlik onlann çıxışını çox bəyəndi. H.Məmmədov fasilə zamam mənə sual verdi. Nazir, bu gombul uşaqları haradan yığmısan bura? Mən cavab verdim ki, bunlar o vaxt sizin gördüyünüz həmin zəif uşaqlardır. Mən sizə söz vermişdim, yerinə yetirdim. O da bizə bundan sonra daha da yaxından kömək edəcəyinə söz verdi…

“Azadlıq carçısı” kitabından, tərtibatçı və redaktor Fəridə Ləman.
“Adiloğlu” nəşriyyatı, Bakı, 2003, 130 nüsxə, səh-38,39
Redaktordan: Kitab Naxçıvan Muxtar Respublikasının Ali Soveti Rəyasət heyətinin sabiq sədri, Sovet ittifaqının tərkibindən çıxmaq (bu haqda əlavə materialların övraqın tarix bölmündə dərc edilməsi planlaşdırılır, izləyin…)
haqqında ilk dəfə mərdanə qərar verən Səkinə xanim Əliyevanın həyat yolunun bəzi məqamlarından bəhs edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =