Azərbaycan Naxçıvan yallıları

Print Friendly, PDF & Email

 Tarixi mənbələrdən Azərbaycan və şərqlə – qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.

    Şərqlə – qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.

    Azərbaycan və Naxçıvan ərazisi bir də İşıqlar, odlar yurdu kimi də yaddaşlarda, tarixlərdə qalıb.

    İşıq, od, alov dedikdə O, ümid, hərəkət verici, nizamlayıcı, bərabərləşdirmə, bölmə, hasilə (nəticəyə) gətirməklə həcm qədəri vermə, məsafələşdirmə, rəng bölgüsü (spektral) temperatur hədlərini bərabərləşdirmə, yaradıcı və s. anlamı daşıyıb.

    Naxçıvan ərazisində məskunlaşan ilk insanlar oturaqlıq həyatı sürməklə, İşıq anlayışını yaradıcılığa ilkin başlanğıc olduğunu dərk ediblər.

    Ərazilərini və özlərini İşıq daşıyıcıları olduqlarını anlayaraq, O yaradıcı İşıq  şərtlərini pozmadan qoruyurdular.

    Bu anlayışı, bu davranış ərazisini və əhalini hifs etməklə yanaşı onları elmə, yaradıcılığa, düşünməyə, düşündürməyə sövq edirdi.

    Bunlar ilkin səbəb daşıyıcısı olmaqla yanaşı bir də xilas və xilas olmaq idi.

    Tarixlərdə qalan, tarixləşən dəhşətli tufanın yer kürəsi miqyasında səbəbləri var idi. Amma nəticə o səbəblər arasından xilas olmaqda özünü tamamlaya bilərdi.

    Tarixlərdə həzrəti Nuh tufanı dövrü var. Sonrakı mərhələ həzrəti Nuhun o ərazidən Gəmi – qaya, Ağrı – dağ arasında o ərazidə xilaskarlığı dövrü var.

    Çox – çox qədim tarix iki mərhələyə bölünüb. Həzrəti Nuh tufanına qədər olan dövr mədəniyyətlər, həzrəti Nuh dövr tufanı tarixi mərhələsindən sonrakı dövr.

    Çox düşündürücü bir məqam ondan ibarətdir ki, yer kürəsi boyu baş vermiş o tufana səbəblər nə idi və o dəhşətli tufandan həzrəti Nuh və o ərazidə məskunlaşan insanların xilas olmağına səbəb nə idi?

    Həzrəti Nuhun o tufandan xilaskarlığı eyni vaxtda o ərazi ilə xilası idi.

    Tarixlərdə, kitablarda bizə gəlib çatan həzrəti Nuh tufanı ərəfəsi və xilasın, xilaskarlığın yaddaş daşıyıcısı çox önəmli tarixi bir faktdır.

    Tarixlərdən indiki dövrə qədər gəlib çatan o dəhşətli tufandan, Naxçıvan ərazisi və əhalisi xilas oldular.

    Çünki o ərazidən tufana qədər də,tufan ərəfəsində də insanlar İşığı, Tenqrini, Tanqrını, Tanrını çağırırdılar.

    Amma ən ağır bir mərhələ ondan ibarət idi ki, dalğaların hündürlüyü və səsi ilə yanaşı, qaralmış, tündləşmiş buludlardan aramsız yağan güclü yağış, daha vahiməli daha qorxulu idi.

    Günəşin görünməməsi belə bir təəssürat yaradırdı ki, xilas olmaq mümkünsüzdür. İnsanlar vahimə içərisində səmada günəş işığını, səmtini axtarırdılar.

    Ümid və xilas bir ərazi, bir də çökmüş qaranlıq arasında İşığa idi. Çağırış bir Tenqri, bir də İşığa idi.

    Tufan, aramsız yağan yağış, günlərin sayını itirmişdi.

    Səmanın tədricən işıqlanması, tufanla yağışın sakitləşməsi,  işığdan ümidə daha da böyük inam yaradırdı.

    İnsanların xilası qara qurğuşun rəngində olan, qalın buludlar arasında günəşə, O İşığa idi.

    Amma qara buludlardan dayanmayan, aramsız yağan yağış və su dalğaları arasında İşığın olmaması daha da qorxulu vahiməli idi. Bu “son gün, son gecə” – yə bənzəyirdi.

    Tufan, yağış tədricən sakitləşməyə başladığca səmanın işıqlanması, buludların çəkilməsi, günəş işığının görünməsi böyük xilas ümidi gətirdi.

    Sonrakı mərhələlərdə xilas olmuş o əhali daşğın vaxtı öz haray və səslərini yad edərək günəşi tufanın dayanmasına yaddaş edərək, İşığın görünməsindən başlanmasını şadlıqla, rəqslə yad edərək insanların xilası simvolu günəşi bildilər.

    (K.Brüllovun “Pompeyin son gecəsi” rəsm tablosunda insanın nə qədər ümidsizlik içərisində olduğu təsvir olunub)

    Həzrəti Nuh ailəsi ilə yanaşı xilas olan o insanlar yaddaşlarında daha dərin bir iz qoyan İşıq çağırışı, günəş işığının çağırışı və o çağırışdan, o ərazidən xilas olmaları mühim bir hadisəyə çevrildi.

    Sonrakı mərhələlərdə İşığı başlanğıc və xilas, Tenqri işığı hifz edici, xilas edici kimi yaddaşlarda daha dərin kök saldı.

    Həzrəti Nuh ailəsi və o dövr insanlar o ərazini, o coğrafiyanı, o xalqı, dili, o dövrü, o milliyəti, o adətləri bəyan etməklə yanaşı ( dominant) aparıcı bir funksiya daşımaqla o dövrü, o insanları Kainata, elmlərə çağırmaqla bir daha biz insanlar Kainatın və Yaranışın bir parçası olduğunu və ayrılmaz olduğunu bəyanlaşdırdı.

    Həzrəti Nuh ailəsi və o dövr insanları tufan mərhələsində Gəmi – qaya və Ağrı – dağ arasında xilas ola bildilər.

    Sonrakı mərhələlərdə o xilas anını, ümid anını günəş işığı ilə başlanmasını yaddaşlarda və günəşə təşəkkürlülük rəmzi olan dinamik rəqslə ifadə etməyə başladılar.

    Gündüz vaxtları o iştirakçılar yarım dairədə üzü günəşə doğru dayanaraq barmaq – barmaqdan tutaraq ritmik rəqslə şadyanalıqla o hərəkət dinamikalarını içra etməyə başladılar.

    Yarım dairədə dayanmaq ona işarə idi ki, o rəqs iştirakcıları günəş işığına onunla üz – üzə dayana bilsinlər. Gecə vaxtı isə günəşin simvolu olan işığa yalov, halov, alov kimi ad verib yaddaş daşıyıcısına gətirdilər.

    Çox – çox sonrakı tarixi mərhələlərdə o icranı yallı kimi adlandırmağa başladılar.

    Yallı Həzrəti Nuh dövrü tufanından sonrakı mərhələlərdə ilk şadlıq dinamik rəqsi kimi, Gəmi – qaya, Ağrı – dağ, arasında Nuhaşan (nuraşan) o əraziyə məxsusdur.

    Yallı janr kimi Naxçıvan ərazisinə kənardan gəlməyib. O tarixi hadisənin bir xilas, bir sevinc icrasıdır, onun tarixi çox – çox qədimdir.

    Babalarımız , atalarımız həmişə Naxçıvan toy məclislərində mütləq qaydada yallı tutmaqla, mə`şəllər yandırmaqla o insanlara əraziyə xilas, təşəkkür, ümid kimi baxıblar.

    Yallı iştirakçıları rəqs qruplarında qırmızı geyinməklə və başda olan yallı aparıcısının bir əlində mütləq olaraq qırmızı dəsmalla ifa ediblər. Qırmızı işığın, istinin tərənnümçüsüdür.

    Yallı janrı nəfəsli musiqi aləti olan zurna ilə icra olunur.

    Zurna, dəm zurna, davul yallı iştirakçılarını müşayiət edir.

    Zurna nəfəsli musiqi aləti səs tembrinə görə aparıcı, bütün musiqi səslərini bir yüksək səs nizamına səsləyir.

    Nəfəsli musiqi aləti olan zurna aparıcı bir səs olmaqla yanaşı eyni vaxtda ərazi ad daşıyıcısıdır, necə ki, Zurvan, Zəngəzur, Astazur və s.

    O zurna səsi çox uzaqdan eşidilsə də onun səs tezliyi, səs tembri, məsafəyə görə dəyişmir. Eyni səs tembrini, dəyişməz saxlayır. Çağırır, səsləyir, oyadır, düşündürür, əhval – ruhiyyəni yaxşılaşdırır.

    O musiqi aləti, kainat səsinin incə bir səs tərənnümcüsüdür.

   Çox qədim tarixlərimiz var. Həzrəti Nuh xilaskarlığı ilə, o ərazi işıq çağırışı simvolu olan və bütün bəşəriyyətin ehtiyacı olan halov, alov deməklə o ərazini işıq ərazisi olduğunu bəyanlaşdırır. Urfani yallı rəqsi Ur – mi ( uç səmt) ur – va ( o lavaş yapılanda, oxlovla xamır arasında sərf olunan un miqdarıdır). O urfa, bir – birliyə yığma funksiyası daşıyıcısıdır.

    Yallıda urfanı ərazi və birlik anlayışı daşıyıcısı olmaqla, şadlıq daşıyıcısıdır.

    Bütün yuxarıda deyilənlər ustad tarzənimiz Əkrəm Məmmədlinin oğlu Kə`nan Məmmədli ilə birlikdə yallılarımızı toplamağı və onları nota salması, nota gətirməsi çox böyük bir tarixi hadisədir.

Vahid Rzayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + thirteen =