Əkrəm və Kənan Məmmədlilərin nota aldığı Naxçıvan – Şərur el yallıları

Print Friendly, PDF & Email

Azərbaycan Naxçıvan yallıları

   Tarixi mənbələrdən Azərbaycan və şərqlə – qərb arasında yerləşən Naxçıvan bir çox tarixçilərin, səlnaməçilərin əsərlərində özünəməxsus yer tutub.

    Şərqlə – qərb arasında yerləşən Naxçıvan öz ərazi və tarixi mərhələləri ilə yanaşı, tarixi şəxsiyyətləri ilə tanınıb, məhşurlaşıb, diqqət cəlb edib.

    Azərbaycan və Naxçıvan ərazisi bir də İşıqlar, odlar yurdu kimi də yaddaşlarda, tarixlərdə qalıb.

    İşıq, od, alov dedikdə O, ümid, hərəkət verici, nizamlayıcı, bərabərləşdirmə, bölmə, hasilə (nəticəyə) gətirməklə həcm qədəri vermə, məsafələşdirmə, rəng bölgüsü (spektral) temperatur hədlərini bərabərləşdirmə, yaradıcı və s. anlamı daşıyıb.

    Naxçıvan ərazisində məskunlaşan ilk insanlar oturaqlıq həyatı sürməklə, İşıq anlayışını yaradıcılığa ilkin başlanğıc olduğunu dərk ediblər.

    Ərazilərini və özlərini İşıq daşıyıcıları olduqlarını anlayaraq, O yaradıcı İşıq  şərtlərini pozmadan qoruyurdular.

    Bu anlayışı, bu davranış ərazisini və əhalini hifs etməklə yanaşı onları elmə, yaradıcılığa, düşünməyə, düşündürməyə sövq edirdi.

    Bunlar ilkin səbəb daşıyıcısı olmaqla yanaşı bir də xilas və xilas olmaq idi.

    Tarixlərdə qalan, tarixləşən dəhşətli tufanın yer kürəsi miqyasında səbəbləri var idi. Amma nəticə o səbəblər arasından xilas olmaqda özünü tamamlaya bilərdi.

    Tarixlərdə həzrəti Nuh tufanı dövrü var. Sonrakı mərhələ həzrəti Nuhun o ərazidən Gəmi – qaya, Ağrı – dağ arasında o ərazidə xilaskarlığı dövrü var.

    Çox – çox qədim tarix iki mərhələyə bölünüb. Həzrəti Nuh tufanına qədər olan dövr mədəniyyətlər, həzrəti Nuh dövr tufanı tarixi mərhələsindən sonrakı dövr.

    Çox düşündürücü bir məqam ondan ibarətdir ki, yer kürəsi boyu baş vermiş o tufana səbəblər nə idi və o dəhşətli tufandan həzrəti Nuh və o ərazidə məskunlaşan insanların xilas olmağına səbəb nə idi?

    Həzrəti Nuhun o tufandan xilaskarlığı eyni vaxtda o ərazi ilə xilası idi.

    Tarixlərdə, kitablarda bizə gəlib çatan həzrəti Nuh tufanı ərəfəsi və xilasın, xilaskarlığın yaddaş daşıyıcısı çox önəmli tarixi bir faktdır.

    Tarixlərdən indiki dövrə qədər gəlib çatan o dəhşətli tufandan, Naxçıvan ərazisi və əhalisi xilas oldular.

    Çünki o ərazidən tufana qədər də,tufan ərəfəsində də insanlar İşığı, Tenqrini, Tanqrını, Tanrını çağırırdılar.

    Amma ən ağır bir mərhələ ondan ibarət idi ki, dalğaların hündürlüyü və səsi ilə yanaşı, qaralmış, tündləşmiş buludlardan aramsız yağan güclü yağış, daha vahiməli daha qorxulu idi.

    Günəşin görünməməsi belə bir təəssürat yaradırdı ki, xilas olmaq mümkünsüzdür. İnsanlar vahimə içərisində səmada günəş işığını, səmtini axtarırdılar.

    Ümid və xilas bir ərazi, bir də çökmüş qaranlıq arasında İşığa idi. Çağırış bir Tenqri, bir də İşığa idi.

    Tufan, aramsız yağan yağış, günlərin sayını itirmişdi.

    Səmanın tədricən işıqlanması, tufanla yağışın sakitləşməsi,  işığdan ümidə daha da böyük inam yaradırdı.

    İnsanların xilası qara qurğuşun rəngində olan, qalın buludlar arasında günəşə, O İşığa idi.

    Amma qara buludlardan dayanmayan, aramsız yağan yağış və su dalğaları arasında İşığın olmaması daha da qorxulu vahiməli idi. Bu “son gün, son gecə” – yə bənzəyirdi.

    Tufan, yağış tədricən sakitləşməyə başladığca səmanın işıqlanması, buludların çəkilməsi, günəş işığının görünməsi böyük xilas ümidi gətirdi.

    Sonrakı mərhələlərdə xilas olmuş o əhali daşğın vaxtı öz haray və səslərini yad edərək günəşi tufanın dayanmasına yaddaş edərək, İşığın görünməsindən başlanmasını şadlıqla, rəqslə yad edərək insanların xilası simvolu günəşi bildilər.

    (K.Brüllovun “Pompeyin son gecəsi” rəsm tablosunda insanın nə qədər ümidsizlik içərisində olduğu təsvir olunub)

    Həzrəti Nuh ailəsi ilə yanaşı xilas olan o insanlar yaddaşlarında daha dərin bir iz qoyan İşıq çağırışı, günəş işığının çağırışı və o çağırışdan, o ərazidən xilas olmaları mühim bir hadisəyə çevrildi.

    Sonrakı mərhələlərdə İşığı başlanğıc və xilas, Tenqri işığı hifz edici, xilas edici kimi yaddaşlarda daha dərin kök saldı.

    Həzrəti Nuh ailəsi və o dövr insanlar o ərazini, o coğrafiyanı, o xalqı, dili, o dövrü, o milliyəti, o adətləri bəyan etməklə yanaşı ( dominant) aparıcı bir funksiya daşımaqla o dövrü, o insanları Kainata, elmlərə çağırmaqla bir daha biz insanlar Kainatın və Yaranışın bir parçası olduğunu və ayrılmaz olduğunu bəyanlaşdırdı.

    Həzrəti Nuh ailəsi və o dövr insanları tufan mərhələsində Gəmi – qaya və Ağrı – dağ arasında xilas ola bildilər.

    Sonrakı mərhələlərdə o xilas anını, ümid anını günəş işığı ilə başlanmasını yaddaşlarda və günəşə təşəkkürlülük rəmzi olan dinamik rəqslə ifadə etməyə başladılar.

    Gündüz vaxtları o iştirakçılar yarım dairədə üzü günəşə doğru dayanaraq barmaq – barmaqdan tutaraq ritmik rəqslə şadyanalıqla o hərəkət dinamikalarını içra etməyə başladılar.

    Yarım dairədə dayanmaq ona işarə idi ki, o rəqs iştirakcıları günəş işığına onunla üz – üzə dayana bilsinlər. Gecə vaxtı isə günəşin simvolu olan işığa yalov, halov, alov kimi ad verib yaddaş daşıyıcısına gətirdilər.

    Çox – çox sonrakı tarixi mərhələlərdə o icranı yallı kimi adlandırmağa başladılar.

    Yallı Həzrəti Nuh dövrü tufanından sonrakı mərhələlərdə ilk şadlıq dinamik rəqsi kimi, Gəmi – qaya, Ağrı – dağ, arasında Nuhaşan (nuraşan) o əraziyə məxsusdur.

    Yallı janr kimi Naxçıvan ərazisinə kənardan gəlməyib. O tarixi hadisənin bir xilas, bir sevinc icrasıdır, onun tarixi çox – çox qədimdir.

    Babalarımız , atalarımız həmişə Naxçıvan toy məclislərində mütləq qaydada yallı tutmaqla, mə`şəllər yandırmaqla o insanlara əraziyə xilas, təşəkkür, ümid kimi baxıblar.

    Yallı iştirakçıları rəqs qruplarında qırmızı geyinməklə və başda olan yallı aparıcısının bir əlində mütləq olaraq qırmızı dəsmalla ifa ediblər. Qırmızı işığın, istinin tərənnümçüsüdür.

    Yallı janrı nəfəsli musiqi aləti olan zurna ilə icra olunur.

    Zurna, dəm zurna, davul yallı iştirakçılarını müşayiət edir.

    Zurna nəfəsli musiqi aləti səs tembrinə görə aparıcı, bütün musiqi səslərini bir yüksək səs nizamına səsləyir.

    Nəfəsli musiqi aləti olan zurna aparıcı bir səs olmaqla yanaşı eyni vaxtda ərazi ad daşıyıcısıdır, necə ki, Zurvan, Zəngəzur, Astazur və s.

    O zurna səsi çox uzaqdan eşidilsə də onun səs tezliyi, səs tembri, məsafəyə görə dəyişmir. Eyni səs tembrini, dəyişməz saxlayır. Çağırır, səsləyir, oyadır, düşündürür, əhval – ruhiyyəni yaxşılaşdırır.

    O musiqi aləti, kainat səsinin incə bir səs tərənnümcüsüdür.

   Çox qədim tarixlərimiz var. Həzrəti Nuh xilaskarlığı ilə, o ərazi işıq çağırışı simvolu olan və bütün bəşəriyyətin ehtiyacı olan halov, alov deməklə o ərazini işıq ərazisi olduğunu bəyanlaşdırır. Urfani yallı rəqsi Ur – mi ( uç səmt) ur – va ( o lavaş yapılanda, oxlovla xamır arasında sərf olunan un miqdarıdır). O urfa, bir – birliyə yığma funksiyası daşıyıcısıdır.

    Yallıda urfanı ərazi və birlik anlayışı daşıyıcısı olmaqla, şadlıq daşıyıcısıdır.

    Bütün yuxarıda deyilənlər ustad tarzənimiz Əkrəm Məmmədlinin oğlu Kə`nan Məmmədli ilə birlikdə yallılarımızı toplamağı və onları nota salması, nota gətirməsi çox böyük bir tarixi hadisədir.

Vahid Rzayev

   

                        SƏNƏTƏ EHTİRAMDA VƏTƏNDAŞ  QEYRƏTİ

 

Musiqi mədəniyyətimizin qədimliyini söyləmək ümumi bir deyimdir. Bu ifadəni Azərbaycan mədəniyyətindən az-çox xəbəri olan hər bir kəs işlədə bilər. Burada «qədim» sözü bir qədər mücərrəd məna daşıyır.

Onu elmi-nəzəri əsaslarla sübut etmək bir başqa məsələdir ki, bununla alimlərimiz məşğul olurlar. Məhz həmin alimlər qədimliyin tarixini də sübutlarla dəqiqləşdirirlər.

Bir də var qədim mədəniyyət abidələrinə məhəbbətlə, ehtiramla, vətəndaşlıq qeyrəti ilə onları toplamaq, tədqiq etmək və gələcək nəsillərə ərmağan vermək. Onlar milli mədəniyyətimizin, həm də tarixi varlığımızın, mənəvi-əxlaqi dəyərlərimizin qoruyucularıdırlar.

Cəfakeş musiqiçi Əkrəm Məmmədli və onun elmi-nəzəri biliklərə yiyələnmiş oğlu Kənan Məmmədli məhz musiqi irsimizin qoruyucularıdırlar. Burada qoruyucu sözü böyük həriflərlə yazılan müqəddəs deyim kimi qavranmalıdır.

Məkan kimi çox geniş ərazini əhatə edən Azərbaycanın zəngin mədəniyyətində  musiqi xüsusi yer tutur. Vətənimizin hər yerində musiqiyə ehtiram və məhəbbət müqəddəslik səviyyəsindədir. Amma etiraf edək ki, bölgələrdə musiqinin hansısa müəyyən bir növünə sevgi daha güclüdür. Bir bölgəmizdə muğam bütün musiqilərdən uca tutulur. Başqa bir yerdə ozan-aşıq musiqisi, dastan söyləmələri mənəvi dəyərlərimizin bir növü kimi formalaşıb. Başqa bir yerdə xalq mahnılarına ehtiram ilkindir.

Tarixi min – min  illərlə ölçülən Naxçıvan isə qədim və növbə – növ  yallıları ilə məşhurdur. Bu yallılar əsasən  nəfəs və zərb alətləri ilə ifa olunur. Bu yallılar yalnız kişilərin, yalnız qadınların, həmçinin qadın və kişilərin birgə rəqsi ilə məşhurdur. Yallı həm də camaatın, elin-obanın birliyi, əyilməzliyi, möhtəşəmliyidir.

Naxçıvan yallılarının hər birinin ayrılıqda öz ritm xüsusiyyətləri, ahəng özəllikləri, ifa prinsipləri, estetik səciyyələri var. Bunlar bir-bir araşdırılmalıdır. Rəqslərin xalqın məişəti, dünyagörüşü,  həyat  tərzi, estetik görüşləri, daxili ehtirasları ilə bağlılığı müəyyən qədər tədqiq olunub. Lakin bu sahədə hələ çox böyük işlər görülməlidir. Bunun üçün isə əldə zəngin və orijinal nümunələr olmalıdır.

Acınacaqlı olsa da, etiraf etməliyik ki, laqeydlik və müxtəlif səbəblər ucbatından  digər  mədəniyyət incilərimizlə yanaşı, musiqi sənətimizdə, o cümlədən də qədim rəqslərdə itkilərimiz çox olub.

Bu, ürəkgöynədən, təəssüf doğuran faktdır… amma həqiqətdir…

Ona görə də Əkrəm və Kənan Məməmdlilərin qədim Naxçıvan yallılarını toplamaları, onları  nota  salmaları  ilk  növbədə əzəmətli vətəndaşlıq qeyrətidir. Bu  iki  şəxs  sözün  əsl  mənasında böyük bir elmi-tədqiqat müəssisəsinin uzun illər görə biləcəyi işi ikilikdə reallaşdırıblar.

Mən özüm də incəsənətin  başqa bir növü ilə bağlı tədqiqatlar aparmışam və bu işin bütün çətinliklərini bilirəm. Xüsusən arxivlərdə işləməyin çətinlyini və həmçinin ləzzətini duyuram.

Amma, Məmmədlilərin tədqiqatı konkret hansısa arxivlə bağlı deyil. Onlar bütün  Naxçıvan  mahalını kənd-kənd, oba-oba, oymaq-oymaq gəzmiş,  həm bu gün çalınan və oynanılan yallıları, həmçinin az qala unudulmuş, qan yaddaşında olan yallıları toplayıblar.

Bax, budur əsl vətənpərvərlik!

Bax, budur musiqi mədəniyyətimizə əsl məhəbbət və ehtiram!

Bax, budur tədqiqatçı qüdrəti, tədqiqatçı qeyrəti!

Mənim fikrimcə, bu tədqiqat işi təkcə Naxçıvan mədəniyyətinin, bir qədər geniş anlamda Azərbaycan incəsənətinin qədimliyinə xidmət etmir. Naxçıvan yallılarının nota salınıb çap edilməsi dünya mədəniyyəti xəzinəsinə qiymətli töhfədir.

Görəsən dünyada elə bir xalq varmı onun bir rəqs formasının yüzə qədər növü olsun (hələ unudulanları nəzərə almıram)? Bəlkə də var, ancaq mən bilmirəm. Onu bilirəm ki, Naxçıvan yallılarının həm ritminin, həm ahənginin, həm ifa prinsipinin, həm çalğı palifoniyası zənginliyinin tədqiqi xalqımızın fəlsəfi-psixoloji, bədii-estetik zövqlərinin formalaşması mərhələlərinə yeni işıq salacaq.

Xalqımızın qədimliyini adi sözlərlə deyil, «Naxçıvan yallıları» kimi fundamental tədqiqat əsərləri ilə sübut etmək lazımdır. Yalnız onda dünya  xalqlarının vətənimizə, millətimizə olan ehtiramına  yeni-yeni töhvələr vermiş olarıq.

    İlham RƏHİMLİ Sənətşünaslıq doktoru, professor.

 

Müəlliflərdən

    Azərbaycan xalqının bədii dühasının məhsulu olan əvəzsiz musiqi və xoreoqrafiya nümunələri hələ qədim zamanlarda yaranaraq şifahi şəkildə ağızdan  – ağıza, dildən – dilə keçmiş, get – gedə inkişaf edərək əsrlərdən bəri nəsillərdən-  nəsillərə, bu günümüzə gəlib çatmışdır. Bu əvəzsiz sənət incilərinin qorunub saxlanmasında və inkişafında Azəbaycan musiqiçilərinin xanəndə və vokalçıların, aşıqların, rəqqasların əvəzsiz xidmətləri olmuşdur. Azəbaycan xalqının  musiqi irsinə aid zəngin, özünəməxsus, bu xəzinəyə diqqət yetirdikdə ifaçılıq cəhətdən virtiozluq tələb edən vokal – instrumental muğam dəstgahları, zərb muğamlar, təsniflər, rənglər, dəramədlər eləcə də aşıq havaları, mahnılar, rəqslər və.s kimi müxtəlif  forma və janrlara aid olan musiqi nümunələri ilə tanış oluruq.

Bu musiqi nümunələrinin forma və janr müxtəlifliyini nəzərə alan Azərbaycan musiqişünasları haqlı olaraq Azərbaycan musiqisinin aşağıdakı üç təbəqəyə bölündüyünü qeyd etmişlər:

  • Şifahi – professional muğam janrı ( muğam dəstgahlar, kiçik formalı muğamlar, zərb muğamlar, dəraməd, rəng və təsniflər)
  • Xalq professional musiqi janrı ( Aşıq musiqi yaradıcılığı)
  • Xalq musiqi janrı ( mahnı və rəqs)

   Bu məcmüədə Azərbaycan xalq musiqi janrına aid olan yallılar, onların ifa xüsusiyyətləri və not yazıları həmçinin yallıları müşayiət edən musiqi dəstəsi və bu dəstədə istifadə olunan çalğı alətləri haqqında məlumat verməklə Azərbaycanda yallının  əsas  yayıldığı və inkişaf etdiyi Naxçıvan  ərazisində   ifa olunan yallılardan, Şərur  xalq yallı ansambllarından, eləcə də yallıların qorunub saxlanmasında və inkişafında xidmətləri olmuş musiqiçi və rəqqaslardan bəhs edilir. Bu kitabda musiqisi nota yazılmış yallının əksəriyyəti Naxçıvanın Şərur bölgəsinə aiddir. “Ağrı gülü”, “Zəngi”, “Amangəl”, “Sındırma”, “Yeli yeri”, “Aman yar”, “Bəndi”, “Bəndil”, “Cərgəbaz”, “Dağı”, “Hazıraviçin”, “Hərilli”, “Köçginən gəl”, “Qızılbaş”, “Qəmbəryamanı”, “Qızbiryana”, “Suskayi”, “Şamamagəlin”  yallıları isə qərbi Azərbaycanımızın İrəvan və Dərələyəz mahallarının Uluxanlı, Taytan, Xalsa, Yengicə, Çimənkənd, Gülüdüzü və digər bölgələrindən, Cənub Azərbaycanımızın Urmu, Maku, Xoy, Sulduz bölgələrindən və qardas Türkiyənin, Anadolunun şimal bölgəsindən toplanıb.    Yallıların toplanıb nota yazılmasında məqsəd zəngin xəzinəmiz  olan  bu  xalq  musiqi  və   xoreoqrafiya  incilərimizi  qoruyub saxlamaq və gələcək nəslə çatdırmaqdır.

    Bu işin yerinə yetirilməsində bizə öz köməkliklərini əsirgəmədikləri üçün Naxçıvan  Muxtar  Respublikasının  Əməkdar  artistləri  Zöhrab Axundova, İsgəndər Əliyevə,  Əli İsmayılova,  Urmiyalı musiqiçilər Əli İsmayılzadəyə, Fərşid Cahandidəyə və Naxçıvan Dövlət Filarmoniyasının solistləri  balaban , zurna  ifaçıları  Məmməd Məmmədova, Mahir Məmmədova öz minnətdarlığımızı bildiririk. Və həmçinin musiqişünas – alim mərhum Bayram Hüseyinlinin “Azərbaycan xalq rəqs melodiyaları” dəftərindən istifadə etdiyimiz üçün ona rəhmət diləyirik.

 

YALLILAR

    Xalqımızın  yaşayışı  bədii  təfəkkürü  sayəsində  yaranan, onun  həyat  və məişətinin ayrılmaz  hissəsinə çevrilən zəngin, ən əsası isə, tarixin bütün proseslərindən keçib gələn bu günümüzdə də öz təravətini və mahiyyətini itirməyən, milli dəyərlərimizdən  sayılan  yallılar xalqımızın yaratdığı, mayası, qayəsi saf olan bir sənət növüdür. Yallı Azərbaycan xalqının birlik rəmzi, milli xüsusiyyətlərimizin örnəyi, xalq  hikmətinin parlaq ifadəsidir.  Yallı sözü işıq, od, alov, yalov, yallov mənasının ad daşıyıcısıdır.                                

    Dinləyicinin qəlbini oxşayan və onu coşduran, mərdlik, əzəmət, birlik kimi ülvi hissləri  tərənnüm  edən  müxtəlif  səpgili  ayrı – ayrı melodiyalar və bu melodiyaların müşayiəti ilə bir – birini tamamlayan, göz oxşayan dəyişkən xoreoqrafik  hərəkət  və  şəkillər  kütləvi  xalq  rəqsi olan yallıların mayasıdır. Əzəmət və qəhrəmanlıq tərənnüm edən yallı melodiyalarını dinləyərkən və xoreoqrafik  hərəkətlərini  izləyərkən  daxilimizdə  vətən  məhəbbəti,  xalq sevgisi kimi ülvi hisslərin bir daha coşmasını duyuruq.

    Xalq mahnı və rəqsləri, eləcə də yallı rəqsləri tarixi yaddaşımızın bəhrəsidir. İlk insanın  daxilində  yaranan  ritm  onu  melodiyalar  eşitmək, rəqsvari hərəkətlər etmək kimi  hallara həvəsləndirib. Bu həvəs xalqın bədii yaradıcılıq fəaliyyətinin meydana gəlməsi ilə nəticələnir.

 Naxçıvanda  Gəmiqayada, Abşeronda Qobustan  qayalarında həkk olunmuş yallıya bənzər rəqs təsvirləri eləcə də dahi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında verilən məlumatlar yallının qədimliyindən xəbər verir.

   “AQRA” elmin inkişafına dəstək ictimai birliyinin idarə heyətinin üzvü Vahid Rzayev öz məqaləsində yazır: “Naxçıvan ərazisində məskunlaşan ilk insanlar oturaqlıq həyatı sürməklə, İşıq anlayışını yaradıcılığa ilkin başlanğıc olduğunu dərk ediblər.

    Ərazilərini və özlərini İşıq daşıyıcıları olduqlarını anlayaraq, O  yaradıcı İşıq  şərtlərini pozmadan qoruyurdular.

    Bu anlayış, bu davranış ərazisini və əhalini hifs etməklə yanaşı onları elmə, yaradıcılığa, düşünməyə, düşündürməyə sövq edirdi.

    Tarixlərdə həzrəti Nuh tufanı dövrü var. Sonrakı mərhələ həzrəti Nuhun o ərazidən Gəmi – qaya, Ağrı – dağ arasında o ərazidə xilaskarlığı dövrü var.

     Çox – çox qədim tarix iki mərhələyə bölünüb. Həzrəti Nuh tufanına qədər olan dövr mədəniyyətlər, həzrəti Nuh dövr tufanı tarixi mərhələsindən sonrakı dövr.

    Həzrəti  Nuh ailəsi və o dövr insanları tufan mərhələsində Gəmi – qaya və Ağrı – dağ arasında xilas ola bildilər.

    Sonrakı mərhələlərdə o xilas anının, ümid anının, günəş işığı ilə başlanmasını yaddaşlarda və günəşə təşəkkürlülük rəmzi olan dinamik rəqslə ifadə etməyə başladılar.

    Gündüz vaxtları o iştirakçılar yarım dairədə üzü günəşə doğru dayanaraq barmaq – barmaqdan tutaraq ritmik rəqslə şadyanalıqla o hərəkət dinamikalarını içra etməyə başladılar.

    Yarım dairədə dayanmaq ona işarə idi ki, o rəqs iştirakcıları günəş işığına onunla üz – üzə dayana bilsinlər. Gecə vaxtı isə günəşin simvolu olan işığa yalov, halov, alov kimi ad verib yaddaş daşıyıcısına gətirdilər.

    Çox – çox sonrakı tarixi mərhələlərdə o icranı yallı kimi adlandırmağa başladılar.

    Yallı Həzrəti Nuh dövrü tufanından sonrakı mərhələlərdə ilk şadlıq dinamik rəqsi kimi, Gəmi – qaya, Ağrı – dağ, arasında Nuhaşan (nuraşan) o əraziyə məxsusdur.

    Yallı janr kimi Naxçıvan ərazisinə kənardan gəlməyib. O tarixi hadisənin bir xilas, bir sevinc icrasıdır, onun tarixi çox – çox qədimdir.

    Babalarımız , atalarımız həmişə Naxçıvan ərazilərindəki toy məclislərində mütləq qaydada yallı tutmaqla, məşəllər yandırmaqla o insanlara ərazidə xilas, təşəkkür, ümid kimi baxıblar.”

   Yallı bizim keçmişimizi özündə yaşadan, onu gələcəyə aparan ən qiymətli xalq yaradıcılığı növüdür.  Bu sənət növü  şifahi şəkildə beyinlərdən  –   beyinlərə     yaddaşdan  – yaddaşa       köçürülərək yaşamış, inkişaf   etmiş   və   öz  yaşam hüququnu məhz xalqın süzgəcindən keçirərək qazanmışdır. Yallılarda ifa olunan musiqi, oynanılan hər bir hərəkət, özünə məxsus əhəmiyyət kəsb etməklə yanaşı, əcdadlarımızın yaşam tərzini, adət – ənənəsini, məişətini və bədii zövqünü özündə əks etdirir.

Yallıların icrasında rəqqaslardan ibarət dəstələr düzəlir. Hər dəstədə 5 – 10  nəfərdən tutmuş  20 – 30  nəfərə kimi rəqqas iştirak edir. Dəstənin  sayı  toylarda, el şənliklərində  rəqs etməyə qoşulan  rəqqasların sayından asılı olaraq  2 – 3 ola bilər. Hər bir yallı dəstəsində əvvəldə və axırda duran rəqqaslar olur ki, əvvəldə durana yallıbaşı, axırda durana isə ayaqçı deyilir. Yallıbaşının əlində qırmızı, ayaqçının əlində isə ağ rəngdə təxminən  20 – 25 sm ölçüdə  yaylıqlar olur. Yallıbaşı əlindəki yaylıqı  yallının ritminə  uyğun  yelləyərək  dəsənin yoluna işıq salırmış  kimi yallının tempini, xoreoqrafik hərəkətlərin düzgün icrasını nizamlayaraq dəstənin dövrəvi şəklini təmin edir. Yallı dəstəsinin axırında  əlində ağ dəsmal duran ayaqçı isə müxtəlif  hərəkətlərlə yallının şuxluğunu, coşqunluğunu artırır. Yallı dəstəsinə daxil olmaq istəyən yeni rəqqas ayaqçının sağından yallıya daxil olur.

Yallıbaşı və ayaqçı kimi rəqqaslar cəldliklərinə və ifalarının daha mükəmməl olmalarına görə həmin dəstədə olan digər rəqqaslardan seçilir.

 Yallı  dəstələrində rəqqasların hər yallıya uyğun  fərqli   üsullarla  bir – birindən tutmaq qaydaları mövcuddur. Bunlar aşağıdakılardır:

  1. Çeçələ barmaqla
  2. Qoltuq – qoltuğa
  3. Qolları çiyinlərə qoymaqla
  4. Qolları bel nahiyəsindən keçirməklə
  5. Qolları aşağı istiqamətdə düz saxlamaqla
  6. Qolları yuxarı istiqamətdə tutmaqla

1 – ci, 2 – ci  və 3 – cü üsulla  tutularaq düzələn yallı dəstələrində qadın və kişilər həm birlikdə həm də ayrılıqda iştirak edir. 4 – cü üsulla düzələn yallı dəstəsində isə qadınlar və kişilər ayrı – ayrı  dəstələrdən ibarət olur.

    Çeçələ barmaqla tutmaq üsulu: Qollar dirsəkdən bükülü vəziyyətdə yuxarı istiqamətdə duraraq çeçələ barmaq sağ və solda duran rəqqasların çeçələ barmaqları ilə zəncirvari tutulur.

    Qoltuq – qoltuğa tutmaq üsulu: Qollar dirsəkdən yarı bükülü halda önə tərəf istiqamətlənərək sağda və solda duran rəqqasların qollarına, əl barmaqları isə bir – birinə keçərək tutulur.

     Qolları çiyinə qoymaq üsulu: Qollar açılaraq sağda və solda duran rəqqasların çiyinləri üzərinə qoyulur.

    Qolları bel nahiyəsindən keçirmək üsulu: Qollar sağ və sol tərəfdə duran rəqqasların bel nahiyəsindən keçirilərək tutulur.

   Qolları aşağı istiqamətdə düz saxlama üsulu: Qollar düz vəziyyətdə aşağı istiqamətdə saxlanaraq rəqqasların əl barmaqları bir – birinin arasına keçirilir. Qamət düz saxlanılır.

   Qolları yuxarı istiqamətdə tutma üsulu: Qollar yuxarı  istiqamətdə düz  saxlanaraq rəqqasların əl barmaqları bir – birinin arasına keçərək əl yumulur.  

    “Qazi – qazi”, “Hoynəri”, “Şahsevəri” yallılarında rəqqasların bir – birindən tutması yoxdur.  Burada  ancaq  yallı  başçısının hərəkətlərinə uyğun əllərində dəsmal rəqs edilir. Rəqqasların sayı isə 3 – 4  nəfərdən ibarət olur.

    “Osmanlı”, “Çöpüdüm” və.s  yallılarda  qollar aşağı istiqamətdə tutulur. İki dəstə (qadın – kişi) ayrı – ayrı bir  xətt  üzrə  düzülərək dəstə başçılarının hərəkətinə uyğun rəqs edirlər. Yallı,  dəstələrdən hansınınsa qalib gəlməsi ilə tamamlanır.

  Yallı dəstələrində rəqqasların bir – birindən tutma üsullarının müxtəlifliyinin səbəbi yallı hərəkətləri icrasının güc və cəldlik tələb etməsindədir. Əyilmə, çökmə, yırğalanma, güc tələb edən ayaq hərəkətləri, tərsinə dönmə, sürətli temp və s. buna misal ola bilər. 

Yallılar formaca 1 – 2 – 3 hissədən ibarət olur. 

   Bir hissəli yallıların bir qismi ağır (Andante), müəyyən bir qismi tez  (Allegro) tempdə ifa olunurlar. Tez  tempdə ifa olunan yallıların sürəti tədricən artaraq ən yüksək tezliyə (Presto) çatır.  Beləliklə musiqi tempində və xoreoqrafik hərəkətlərdə coşqunluq kulminasiya nöqtəsinə çataraq yallı tamamlanır.

İki  hissəli yallıların birinci hissəsi ağır (Andante), ikinci hissəsi isə cəld ifa edilir. Bu yallıların bir qisminin ikinci hissəsində yeni bir melodiya eşidiriksə, digərlərində isə birinci hissənin variyasiyasını müşahidə edirik.

Üç hissəli yallılarda birinci hissə ağır (Andante) İkinci hissə orta (Moderato) Üçüncü hissə isə cəld (Allegro) tempdə ifa olunur.

Müşahidəmizə əsasən görürük ki, melodiyası və xoreoqrafiq hərəkətləri eyni olan bir yallı müxtəlif yerlərdə müxtəlif adlar kimi tanınır. “El” yallısı – “Ağır” yallı, “Baharı” yallısı – “Gopu”, “Tirməşal” yallısı  – “Çirməşal”, “Arzumanı”, “Leyla hanı” yallısı  – “Festivalı”,  Narıncı” yallısı –  “Nareyi”,  “Qazı – qazı”  yallısı – “Çöpüdüm”, “Bəndi” yallısı – “Tovlama” və.s

YALLILARI MÜŞAYİƏT EDƏN MUSİQİ ÜÇLÜYÜ

HAQQINDA

    Yallılar iki zurna və bir davuldan ibarət musiqi alətləri üçlüyünün, eləcə də bir çoxu müğənni və ya xorun oxuması ilə müşayiət olunur. Zurna ifaçıları biri “usta”, digəri “dəmkeş”, davul ifaçısı isə davulçu adlanır. Müğənni və xorun oxuduğu musiqinin sözləri isə  ədəbiyyat, şeir həvəskarı olan hər hansı bir yallı iştirakçısı tərəfindən klassik şairlərimizin şeirləri yallının melodiyasına uyğun düzəldilir. Bu sözlərdə əsasən vətən, təbiət, sevgi tərənnüm olunur. Orta əsr musiqişünaslarımızın əsərləri sübut edir ki, çox qədimdən Azərbaycan xalqının şadlıq məclislərini, toy – düyünlərini müxtəlif çalğı alətlərinin birliyi bəzəmişdir. Mingəçevir ərazisində, Kür çayı sahilində sümükdən düzəldilmiş zurnaya oxşar musiqi alətlərinin, zərb alətinin qalıqlarına məxsus ağac və dəri hissələrinin tapılması hələ bizim eramızdan əvvəl Azərbaycanda müxtəlif musiqi janrlarının və ayrı – ayrı çalğı alətlərinin mövcud olmasını göstərir. Yazılı məlumatlara görə orta əsrlərdə Azərbaycanda 60 – a yaxın müxtəlif simli, nəfəsli və zərb alətləri yayılmışdır.

 “Kitabi – Dədə Qorqud” dastanında ozanların qopuz çalması, toy – büsatlarda zurna, nağara səslərinin eşidilməsi, döyüş səhnələrində davullar döyülməsi, borular çalınması qeyd olunmuşdur.

 Yuxarıda yazılanlardan məlum olur ki, Azərbaycan nəfəsli çalğı aləti olan zurnanın və zərb çalğı aləti davulun çox qədim yaranma tarixi var.

 

ZURNA ÇALĞI ALƏTİ

    280 – 300 mm uzunluğunda, sakit (piano) ifadan uzaq yalnız güclü (forte) ifaya və zil səsə malik nəfəsli çalğı aləti olan zurnanın tərkibi gövdə, maşa, mil, dil, tağalaq və qapaq kimi hissələrdən ibarətdir.

“Gövdə” əsasən ərik ağacından hazırlanır. Üst tərəfində səkkiz deşik, alt tərəfində isə bir deşik açılır. Bu deşiklərə pərdə də deyilir (8 üst pərdə, 1 alt pərdə). Gövdənin diametri altıncı deşikdən (pərdədən) başlayaraq tədricən artır və gövdə ayaq hissədə konusvari şəkil alır.

“Maşa” söyüd ağacından hazırlanaraq haça şəklində gövdəyə salınır. Onun vəzifəsi səsi nizamlamaq və gücləndirməkdir.

“Mil” bürünc və ya sümükdən hazırlanıb maşaya taxılır. Milə isə sədəf və ya sümükdən hazırlanmış dairəvi şəkilli “tağalaq” keçirilir. Çalğı zamanı dodaq ona toxunur. Çalğıdan sonra dil qapaqla örtülür.

Zurna çalğı alətinin diapazonu kiçik oktavanın “si – bemol” səsindən, üçüncü oktavanın “do” səsinə qədərdir. Mahir zurna ifaçıları üçüncü oktavanın “do – diyez”, “re”, “mi – bemol”, “mi – bekar”, “fa” və “sol”  səslərini də çala bilirlər.

Zurna çalğı aləti üçün yazılan musiqi səsləri yazılışından bir oktava yuxarı səslənir. Bu çalğı alətində ən çox istifadə olunan diapazon ikinci oktavanın “do” səsindən üçüncü oktavanın “do” səsinə qədərdir. Zurna çalğı alətindən yallıların müşayiətindən əlavə aşıq havalarının, rəqs musiqilərinin, cəngilərin, həmçinin solo çalğı aləti kimi xalq çalğı alətləri orkestrinin, simfonik orkestrin tərkibinə daxil olmaqla qəhrəmanlıq hissi oyadan əsərlərin ifasında geniş istifadə edilir.

Azərbaycan bəstəkarları öz əsərlərində zurna çalğı alətindən daim istifadə etmiş və edirlər.

DAVUL

    Azərbaycan xalq çalğı alətlərinin tərkibinə  dəf, nağara, qoşanağara, təbil, davul və s. kimi müxtəlif  növ zərb çalğı alətləri daxildir.  Bu  zərb çalğı alətlərindən orkestr və ansambllarda, musiqi üçlüklərində istifadə olunur. Əvvəldə qeyd etdiyimiz kimi yallıları müşayiət edən çalğı alətlərindən biri də davul çalğı alətidir. Davul zərb çalğı aləti silindr şəklində qoz ağacından düzəldilmiş sağanaqdan ibarətdir. Sağanaq hər iki tərəfdən keçi dərisindən hazırlanmış üzlə örtülür. Gövdəsinin  alt  və  üst qurtaracaqlarına metal halqalar keçirilir. Bu halqalar dəri ilə birlikdə gövdəyə çarpaz dolanan iplə dartılır. Diametri 500 – 600 mm olan bu çalğı aləti 250 – 300 mm uzunluğunda, ana-bacı ağacından hazırlanmış iki çubuqla, sağanağın hər iki tərəfinə çəkilmiş dəriyə döyməklə çalınır. Ağac çubuğun birinin baş tərəfi qarmaq şəklində yumru, digəri isə düz olur. Baş tərəfi yumru olan ağac çubuq sağ əldə tutularaq “çönbax”, duz ağac çubuq isə sol əldə tutularaq “çilik” adlanır. Yallıların ifasında ritm və tempin sabit və düzgün nizamlanması əsas şərtdir. Bunlardan hər hansı birində yanlışlıq olarsa yallı dəstələrində qatışıqlıq yaranar. Bu baxımdan davul çalan musiqiçi diqqətli və ehtiyatlı olmalıdır.

Yallıların dinamik inkişafında davul çalğı alətinin rolu əvəzsizdir.

 

             ŞƏRURDA İFA OLUNAN  YALLILAR

 Qədim zamanlardan insanların yaddaşına hopmuş yallılarımız digər mədəniyyət örnəklərimiz kimi əsrlərdən –   əsrlərə  keçib gəlmiş və Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Naxçıvanda, onun bir bölgəsi olan, “Kitabi – Dədə Qorqud” dastanında adı çəkilən qədim Şərur diyarında daha çox özünü göstərib, böyük bir inkişaf yolu keçmişdir. Yallının Azərbaycan xalqının tarixində çox mühüm rolunu nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev çıxışlarının birində demişdir: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir… Yallını  qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır” ( Bax: “ Şərq Qapısı” qəzeti, 19.11.2011 No. 216).  Bu sözlərdə ulu öndərin xalq sənətinə böyük sevgisi məhəbbəti, açıq aşkar duyulur. Ümummilli lider Azərbaycan mədəniyyətinin, xüsusən də xalq yaradıcılığı örnəklərinin böyük qayğıkeşi himayədarı və təəssübkeşi idi ona görə də onun yallılara belə dəyər verməsi təbii hal idi.

 Aparılan tədqiqatlar göstərir ki, yallı rəqs növünün yaranması min illər bundan əvvələ söykənir. Bu baxımdan Şərurun Oğuz  yurdu olaraq qədim tarixə, zəngin mədəniyyətə malik olması faktı ortaya qoyulur. Akademik İsa Həbibbəyli öz yazılarında bu fikri aydın sürətdə təsdiq edir: “ Yallıların mövcudluğu, onun geniş sürətdə yayılması bu yerlərin qədim Oğuz – türk yurdu olmasını sübut edir. Harada yallı varsa, yaxud yallı rəqsi geniş yayılıbsa oralar qədim Oğuz – türk yurdu olub”. Onu da əlavə edək ki, Şərur yallılarının  Urmiya Van və Göyçə gölləri arasındakı ərazilərdə geniş yayılması bu fikri bir daha təsdiq edir.

Bir çox alimlər, folklorşünaslar, incəsənət adamları yallı haqqında maraqlı, dəyərli fikirlər söyləmiş, bu rəqs növünü   rəqslərimizin ilki, əzəli  adlandırmışlar.

  Hələ vaxtilə “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub”  qənaətində olan (Bax: “Şərq Qapısı” qəzeti, 19.11.2011 No.216). Azərbaycan nəzəri – bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyli 1937 – ci ildə SSRİ Ali Sovetinə deputatlığa namizədliyi Şərur rayonundan irəli sürülməsi ilə əlaqədar bu rayonda öz seçiciləri ilə görüşdən sonra təşkil olunan konsertdə Şərur yallılarına böyük maraqla tamaşa etmiş, yallı ifaçıları ilə ətraflı söhbət aparmışdır. Söhbət əsnasında məlum olmuşdur ki Şərurda yaranan ilk rəsmi yallı ansamblı

1924 – cü ildən  fəaliyyət göstərməyə başlamış və  onlarla Şərur yallıları bu ansambl tərəfindən müxtəlif tədbirlərdə və konsertlərdə maraqla ifa olunmuşdur. Dahi bəstəkarın Şərur yallılarına  olan diqqətinin nəticəsi olaraq bəstəkarın təşəbbüsü ilə bu ansambl 1938 – ci ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və incəsənəti on günlüyündə iştirak edərək uğurlu nəticələr əldə etmişdir.

Azərbaycan milli rəqs sənətinin mükəmməl bilicisi, görkəmli baletmeyster, xalq artisti Əlibaba Abdullayev 1950 –ci ildə Şərur rayonunda yaradıcılıq ezamiyyətində olarkən yallılar haqqında bu fikirləri söyləmişdir:

 “Şərur yallıları milli xoreoqrafiya sənətimizin zəngin və qiymətli xəzinəsidir.   Bu rəqslərin hər biri xalq tərəfindən elə yoğrulub ki, ona nəyisə əlavə etmək yaxud bu hərəkətlərdən hansınısa dəyişmək bu rəqslərə yalnız xələl gətirə bilər.”

   Tədqiqatçıların araşdırmalarına əsasən Azərbaycanda yallıların sayının yüzdən yuxarı olması göstərilir.(ASE) Yaddaşlardan silinən, və bizim nəzərimizdən kənarda qala bilən yallılardan əlavə məcmuədə not yazısı verilmiş əksər  yallılar yüz illərdir ki, Şərurda el şənliklərində  toylarda oynanılır.  Bu  yallıların bir çoxu “Şərur xalq yallı ansamblı”, “Nurani” və “Şərur qönçələri” yallı ansamblları tərəfindən respublikamızın paytaxtı Bakı şəhərində və eləcə də xarici ölkələrdə keçirilən bir sıra tədbirlərdə, folklor festivallarında ifa olunmuşdur.  Şərurda kiçikdən böyüyə elə bir adam tapa bilməzsən ki yallı oynaya bilməsin. El arasında belə bir söz də var “Yallı gedə bilmirsənsə deməli Şərurlu deyilsən”. Şərur rayon mədəniyyət evlərinin əksəriyyətində yallı qrupları var.  Bu yallı qruplarının repertuarları müxtəlif yallılarla tez – tez yeniləşir və bu yeniliklər rayonda keçirilən müxtəlif tədbirlərdə göstərilir. Şərurda onlarla yallı qruplarının daim inkişaf edərək fəaliyyət göstərməsi burda yaşayan insanların əcdadlarının yaratdığı birlik və saflıq rəmzi olan yallılara sevgisinin təzahürüdür. Öyrənib yazdıqlarımızdan bu nəticəyə gəlirik ki, yüzə yaxın yallıların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının Şərur bölgəsində el şənliklərində və toylarda oynanılır. Bu reallıq dahi Üzeyir Hacıbəylinin “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub”  söyləməsi fikrinin gerçəkliyini bir daha sübut edir. Beləliklə heç bir şərhə ehtiyac olmadan deyə bilərik ki, yallılarımız qədim Naxçıvan bölgəsində şifahi şəkildə xalq tərəfindən yaradılan və inkişaf etdirilən milli mədəni dəyərlərimizin qiymətli qolu, xalq yaradıcılıq xəzinəmizin parlaq nümunəsidir.

   Şərurun ən geniş tərkibli və uzun müddət keçdikləri təcrübə nəticəsində professional səviyyəyə yüksələn üç yallı kollektivi var. Şərur rayon mədəniyyət sarayında fəaliyyət göstərən “Şərur xalq yallı ansamblı”, Şərur rayon Çərçiboğan kənd mədəniyyət evinin “Nurani” yallı  ansamblı və Şərur rayon mədəniyyət evinin “Şərur qönçələri” yallı ansamblı. Fərqli yaşa mənsub olan bu kollektivləri bir – birinin  ardıcılı,  yaradıcılıq  baxımından  bir – birinin  davamçısı  hesab etmək olar.

    Şərur  rayonunun  Çərçiboğan  kənd  mədəniyyət  evinin yaşlı kişilərdən ibarət olan məşhur “Nurani” yallı ansamblı 1978 – ci ildə fəaliyyətə başlayıb. “Nurani” adını ansambla Azərbaycan respublikasının Xalq artisti Əminə  Dilbazi verib. Əminə xanım 1975 – ci ildə Şərurda olarkən ansamblın çıxışına baxır. Yaşlı nəslin nümayəndələrinin çıxışı onu valeh edir və  elə orada ansamblın  “Nurani” adlanmasını təklif edir. O vaxtdan, bu kollektiv “Nurani” adı ilə fəaliyyət göstərir. Kollektivin ən gənc üzvünün 55 yaşı varsa, digər üzvlərin yaşının 70 – dən yuxarı olması təbii görünür. Bu yallı ustalarının hər biri 35 – 40 – il yallı ilə məşğul olub. Azad Ramazanov, Zülfüqar, Həmid, Aydın Cabbarovlar, Yarəli, Kamil Ələsgərovlar, Hüseyin, Nəcəf Mehdiyevlər, Mustafa, Elbəyi Zamanovlar, Ələsgər Novruzov, Fərəməz Mahmudov, Bahəddin Əsgərov, Bəxtiyar Mehdiyev zurnaçalanlardan Vəli, Hüseyin, Nəsrulla İsmayılovlar, nağaraçalan Ələkbər Məmmədov, Aydın Cabbarov. Əhsən bu insanlara ki, milli incilərimiz olan yallılarımızı yaşadır unudulmağa qoymurlar. Qədim, həmişə təravətli yallılarımızın təbliğində respublikamızın hüdudlarından kənarda nümayiş etdirilməsində “Nurani” xalq yallı ansamblının öz yeri var. Ansambl dəfələrlə Bakı və Naxçıvan şəhərlərində keçirilən müxtəlif tədbirlərdə uğurla çıxış edib. 1986 – 1988 – ci illərdə Moskvada xalq yaradıcılığı festivalında, 1998 – ci ildə isə Türkiyənin Bayburt şəhərində keçirilən beynəlxalq festivalda iştirak edib. 2012 – ci ildə Naxçıvan Muxtar Respublikasında  milli dəyərlər ili elan olunması münasibətilə keçirilən folklor və muğam festivalında “Nurani” yallı ansamblı festivalın yekun konsertində  “Urfani” yallısını ifa edərək digər folklor kollektivlərinə örnək olmuşdur. Bu kollektivin ifalarını o vaxt ki, mərkəzi televiziya və Azərbaycan Televiziyası bir neçə dəfə lentə alaraq tamaşaçılara nümayiş etdirib. “Nurani“ ansamblı hələ də var, yallısevər yaşlı kişilər yenə qol – qola, əl – ələ tutaraq əvvəlki şövqlə yallı gedir və gənclərə də yallının ifa qaydalarını öyrədir. Bu gün “ Nurani” xalq yallı ansamblının repertuarında 20 -ə qədər yallı oynanılır.

    Azərbaycanın mədəni həyatında kifayət qədər tanınan, öz yüksək ifa qabiliyyəti ilə geniş tamaşaçı rəğbəti qazanan və Şərurluların haqlı olaraq fəxr etdikləri “Şərur xalq yallı ansamblı” 1924 – cü ildə yaranan ilk rəsmi yallı kollektividir. Bu yallı ansamblı Şərur rayon mədəniyyət sarayında yerləşən rayon mədəniyyət evinin ən geniş tərkibli kollektividir. Şərur xalq yallı ansamblı yarandığı vaxtdan indiyədək üzvlərinin sayına nəzər salsaq yüzlərlə yallısevər bu ansamblda fəaliyyət göstərmiş, mükəmməl yallı bilicisinə çevrilmişlər.

    Bu baxımdan ansamblın təşkilində, bədii səviyyəsinin yüksəldilməsində xüsusi əməyi və zəhməti olan yallısevərlərin, yallıları müşayiət edən musiqiçilərin, həmçinin kollektivə müxtəlif illərdə rəhbərlik edən bədii rəhbərlərin adlarını qeyd etmək lazımdır.

    Şərur rayonunun Oğlanqala kəndindən Səyyub və Əyyub Abdullayev qardaşları, Yengicə kəndindən Əli Pişkək, Çumaxtur kəndindən Yəhya Abdullayev və Qədim Qədimov, Çərçiboğan kəndindən Hədəy, Həsənbəy və Əli Abbasovlar, musiqiçilərdən mahir  balaban, zurna ifaçıları Çərçiboğan kəndindən  Vəli İsmayılov, Aralıq kəndindən Nağı Maqsudov  və mahir qarmon ifaçısı Bahəddin Əsgərov yallı ansamblının ilk musiqiçilərindən olmuşlar. İllər keçdikcə kollektiv öz sıralarını genişləndirir və yeni – yeni yallısevərləri ətrafına toplayır.    Azad Ramazanov, Əli Əsgərov, Mais Hüseynov, Vasif İbrahimov, İsa Mustafayev, Mir Mahmud Seyidov, Çinar Babayeva, Hüseyin Nəbiyev, Kəmalə Babayeva, Tərifə Əsədova, Yusif Həsənov, Kimya Babayeva, Nərminə Məmmədova, Əmanət Cavadova, Mircəfər Seyidov, Səttar Əhmədov, Hüseyin Cabbarov, Mir Ələkbər Seyidov, Vahid Əliyev, Rövşən Məmmədov, Məmməd Piriyev, Bəyim Sadiqova, Gülər Qasımova, Məhərrəm Orucov, Sədaqət Fərəcova, Bəxtiyar Mehdiyev, Sevil Əliyeva, Bəxtiyar Tahirov, Xuraman Tarverdiyeva, Musa Nəcəfov, Səfər Qəhrəmanov, Həbib Ələkbərov,  Rəna Əliyeva,  Şərəf Məmmədova,  Ölkə İsmayılova,  Rəqsanə Salahova,  Müşviqə Tarverdiyeva,  Xuraman Tarverdiyeva,  Tofiq Rüstəmov,  Əhməd Əhmədov,  Ülviyyə Qənbərova,  Mürsəl Novruzov,  Həsən İbrahimov, Sveta Mustafayeva, Afiqə Nəsirova, Yeganə Əliyeva, Balaxanım Həsənova, Ülviyyə Paşayeva, Ramilə Əliyeva öz yaradıcılıqlarını yallı ilə sıx bağlamışlar.

    Şərur xalq yallı ansamblının yaradıcılıq imkanlarının genişlənməsinə, yeni – yeni repertuarların hazırlanmasına öz töhfələrini vermiş bədii rəhbər, eyni zamanda yallı ifaçısı kimi Səyyub Abdullayev, Bahəddin Əsgərov, Səməd Allahverdiyev, Əli Əsgərov, Səfər Qəhrəmanov, Yusif Həsənov, Nərminə Seyidova, Kimya Babayeva, Mircəfər Seyidov, Mir Ələkbər Seyidov, Səttar Əhmədov, Əfsər Novruzov əzmkarlıqla uğurlu fəaliyyət göstərmişlər. Musiqi, ritm yallıda olduqca mühüm əhəmiyyət daşıyır və rəqsin ayrılmaz hissəsidir. Hər bir hərəkətin musiqi müşayiəti ilə uzlaşması ümumi bir harmoniya yaratması vacibdir. Şərur xalq yallı ansamblında istedadlı tulum, balaban, tütək və zurna ifaçıları Kamil Babayev, Hatəm Məmmədov, Hüseyn Orucov, İsa Mirzəyev, Nəsrullah İsmayılov, Vəli İsmayılov, Cəlal Cəlalov, Nağı Maqsudov, Ələsgər Mirzəyev, Kamal Babayev, Afəddin İsmayılov, Məmməd Yaqubovun,   həmçinin mükəmməl zərb – davul ifaçıları Ələkbər Məmmədov, İsabala Mustafayev, Eldar Nəcəfov, İsa Əliyev, Aydın Cabbarov, Yaşar Həsənov və İsgəndər Əliyevin adlarını çəkə bilərik.

    Bu musiqiçilərdən dövlətimiz  tərəfdən  fəxri adlara və Azərbaycan Prezidentinin  mükafatına  layiq  görülmüş  Azərbaycan  Respublikasının  Əməkdar  mədəniyyət  işçisi,  mahir zurna ifaçısı Kamal Babayev və Naxçıvan MR Əməkdar artisti, mahir davul ifaçısı İsgəndər Əliyevin Şərur xalq yallı ansamblındakı  yaradıcılıq  fəaliyyətləri geniş və əvəzsizdir. 40 – ilə yaxındır ki bu istedadlı musiqiçilərin ifalarının təranəsi ilə yallılarımız nəfəs alır, hərəkət edir, coşur.

    Yallılarımızın toplanıb  məcmuə halına salınma işində yaxından  köməklik göstərən  Naxçıvan  MR – in  Əməkdar artistləri  davulçu – rəqqas  İsgəndər Əliyev  və  tarzən  Zöhrab Axundovun  əməyi  xüsusi  qeyd  edilməlidir.  Hər iki sənətkarın  yaddaşlardan silinməkdə  olan bir neçə yallılarımızı  (“Dönə”, “Çaleyi”, “Qarakilsə”, “Göyçəməni”, “Kərimbəy”, “Şahgəldi”, “Ağrı gülü”, “Amangəl”) tapıb  bərpa üçün təqdim  etmləri  təqdirə layiqdir.

     Yallılarımızın ölkəmizdən kənarda tanıdılmasında və təbliğində Şərur xalq yallı ansamblının əməyi danılmazdır. Ansambl Almanyada, Macarıstanda, Rumıniyada, Misirdə, Polşada, Moskvada və qardaş Türkiyənin bir çox şəhərlərində konsertlər vermiş bu ölkələrdə keçirilən musiqi və folklor festivallarında, uğurlu nəticələr əldə edərək bir sıra diplom və mükafatlarla təltif edilmişdir. 1972 – ci ildə kollektivin Almanyada musiqi və folklor festivalında böyük uğurlar qazanması şair Vaqif Məmmədovun o vaxtlar çap olunan şeirində çox maraqlı bədii lövhələrlə öz əksini tapmışdır:

                                        Yallı sədaları yüksəlir göyə,

                                        Şərur qəm – kədəri çoxdan atıbdır.

                                        Bura top – tüfənglə gələn ölkəyə,

                                        Şərur, yallı ilə gedib çatıbdır.

Şərur yallı ansamblına 1981 – ci ildə “Xalq yallı ansamblı” adı verilib. Həmin il Səttar Əhmədov bədii rəhbər, Mir Ələkbər Seyidov isə baletmeyster təyin olub. 2005 – ci ildə ansambla 25 ştat vahidi verilmiş və direktor vəzifəsinə Azərbaycan respublikasının əməkdar mədəniyyət işçisi Kimya Babayeva təyin olunmuşdur.    2007 – 2011 – ci illərdə mərhum Mir Ələkbər Seyidov  kollektivin bədii rəhbəri olub. 2011 – ci ildən isə bu işi Əfsər Novruzov davam etdirir. Bu müddət ərzində Şərur xalq yallı ansamblı böyük dövlət qayğısı ilə əhatə olunmuş, kollektivin maddi texniki bazası möhkəmləndirilmiş, yeni paltar dəstləri tikilmiş, ansambla istedadlı gənclər cəlb edilmişdir. Ansamblın repertuarında 25 – ə qədər yallı oynanılır. Hal – hazırda Şərur xalq yallı ansamblı  aşağıdakı heyətlə çıxış edir:

  1. Əfsər Novruzov – bədii rəhbər
  2. Müşviqə Tarverdiyeva
  3. Arif Nağıyev
  4. Əfsanə Cəfərova
  5. İlkanə Cavadova
  6. Əhməd Əhmədov
  7. Sevinc Qasımova
  8. Mürsəl Novruzov
  9. Aygün Hüseynova
  10. Mehdi Əliyev
  11. Sevinc Məmmədova
  12. Vahid Əliyev
  13. Günay Həsənəliyeva
  14. Ricay Seyidov
  15. Zülfiyyə Qənbərova
  16. Ehtiram Qafarov.

    Musiqiçilər:

  1. Kamal Babayev – Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi
  2. İsgəndər Əliyev – Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti
  3. Yaşar Həsənov.

    Şərurda hörmət və rəğbətlə qarşılanan kollektivlərdən biri də uşaqlardan və yeniyetmələrdən ibarət “Şərur qönçələri” yallı ansamblıdır. Bu ansambl ilk dəfə 1974 – cü ildə Şərur rayonunun Yengicə kənd mədəniyyət evində mahir yallı ifaçısı və bilicisi Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Səttar Əhmədovun təşəbbüsü ilə yaradılmışdır. Üzvləri məktəblilərdən ibarət bu kollektiv 1999 –cu ildən Səttar müəllimin bədii rəhbərliyi ilə öz fəaliyyətini Şərur rayon mədəniyyət evində davam etdirir. “Şərur qönçələri” ansamblı  Bakıda, Naxçıvanda və qardaş Türkiyədə keçirilən folklor festivallarında iştirak etmiş diplom və mükafatlara layiq görülmüşdür. 2000 – ci ildə Türkiyənin Ankara şəhərində keçirilən 23 nisan Çocuk bayramında uğurlu çıxışlarına görə diplom və mükafatlara layiq görülən kollektivə mükafatları həmin vaxt Türkiyənin prezidenti olmuş Süleyman Dəmirəl təqdim etmişdir.  2010 – cu il avqust ayında TÜRKSOY – un  dəstəyi ilə keçirilən Türk ölkələri sənət günlərində də müvəffəqiyyət qazanan kollektiv TÜRKSOY – un  diplom və mükafatına layiq görülüb. Naxçıvan şəhərində keçirilən türkdilli dövlət başçılarının 9 – cu zirvə toplantısında milli yallılarımızı layiqincə nümayiş etdirən “Şərur qönçələri” ansamblının ifaları türkdilli dövlət başçılarının heyranedici rəğbətini və alqışlarını qazandı. Üzvlərinin sayı 24 nəfər olan “Şərur qönçələri” ansamblında 10 – dan artıq yallılarımız ifa olunur.

    Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra digər mədəniyyət sahələri kimi musiqimizin inkişafında, o cümlədən yallılarımızın inkişafı və təbliği baxımından uğurlu addımlar atıldı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun aşağıdakı fikri son dövrlərdə yallıya verilən qiyməti bir daha ifadə edir:

      Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir.

   Əshabi – Kəhf , Gəmiqaya və Şərur yallıları. Biz bu

   inciləri qoruyub saxlamalıyıq. (bax “Şərurun səsi” qəzeti,

   2012, No. 05(6150)

Muğamlarımız, Aşıq havalarımız, xalq mahnılarımız və rəqslərimiz kimi, yallılar da əsrlərin yaddaşından süzülüb gələrək bizlərə çatmış və biz də bu dəyərli mənəvi xəzinəmizi qoruyub, zənginləşdirib gələcək nəsillərə çatdırmağı özümüzə borc bilməliyik.

 

YALLI  ADLARINDA  QƏDİM  DİLİMİZ VƏ  TARİXİMİZ.

       Bütöv Azərbaycanımızın bir parçası olan qədim Naxçıvan torpağı, bəşər tarixi və mədəniyyətinə öz arxeoloji abidələri, qayaüstü rəsmləri, yazı nümunələri ilə qiymətli elmi yeniliklər verməklə yanaşı, musiqi mədəniyyətimizin özünəməxsus inciləri ilə də dunyanı heyrətləndirməkdədir.

       Azərbaycan müsiqi və xoreoqrafiya  sənətinin əvəzsiz incilərindən olub tarixi ilk tünc dövründən də  qabağa  gedən yallıların Naxçıvanda ümum Azərbaycan yallılarından  fərqli  ifadə  forma və imkanları əski tariximizlə sıx bağlı olmuş, qayaüstü rəsmlərdə günümüzə qədər gəlib çatmışdır. Bu ecazkar müsiqi və xoreoqrafiya sənətinin adı da qaynaqlarda maraqlı mənaya malik olmaqla qədim türk dilində Yallı/Yalı/yalın yazılışlarında “atəş”, “alov” mənalarında işlənmiş (1, s. 229) qədim inancımızla bağlı olmuşdur.

        Xüsusi  qeyd  etmək  istərdik ki, tarzən – pedaqoq Əkrəm Məmməd oğlu Məmmədlinin  14 Azərbaycan muğamını notlaşdırıb dərs vəsaiti kimi nəşr etdirməsi, musiqi sənətimizin ən uğurlu nəticələrindən biri idi (ətraflı bax, 3). Qədim  qam – şamanlardan  günümüzə gəlib çatmış bu sənət əsərlərinə bu gün digər  millətlər  sahib  çıxmaq istəsələr də, ustad tarzənin muğamları  notlaşdırması bu qədim sənət əsərlərinin dünya ictimaiyyətinə inteqrasiyasına yol açır və Azərbaycan xalqına məxsusluğunu bir daha sübut edir. Ömrünün müdrüklük çağında bu istiqamətdə öz işini davam etdirən görkəmli tarzənimiz, oğlu gənc musiqişünas  Kənan Məmmədli ilə birgə zəhmətinin məhsulu olan “Naxçıvan – Şərur El yallıları” kitabı isə, ümumtürk dünyasında  bu  musiqi yanrının Azərbaycan xalqına mənsub olduğunun bir uca kimliyi (pasportu) yerindədir..

        Qeyd edək ki, yallı adlarının daşıdığı məna da dil, tarixi və mifoloji baxımdan xüsusi əhəmiyyətə malikdir. Adlara diqqət edərkən rast gəldiyimiz protoazərbaycanlılara  məxsus tayfa adları ilə yanaşı qədim sözlərimiz, eləcə də əski  mifik  inancımız Naxçıvanın bəşər sivilizasiyasının ilk beşiklərindən olduğunu bir daha sübut edir. Bu həm də qədim mifdən sonralar isə şaman ayinlərindən öz mənbəyini götürən yallıların ilk beşiklərindən birinin də məhz Naxçıvan olduğuna tarixi sübutdur.

      Müəlliflərin toplayıb notlaşdırdığı 90 yallıdan Nazilə, Xəlili, Mərcanlar, Mərcanı, Qəmbər yamanı, Bəndi, Bəndil, Gülşanə, Kərimbəy, Leylahanı, Baharı, Nuran, Salamı kimi bir qrupu insan adları ilə (antroponimlərlə) adlanmışdır. Heç şübhəsiz ki, bu amil qədim yallılara əlavə rəqs hərəkətləri və yenilik  gətirən  milli  mənəvi  dəyərlərimizin  təəssübkeşləri  olmuş  şəxslərin  adı ilə  bağlıdır. Burada Qəmbər adındakı “yamanı” sözü təbii ki, “yaxşı” mənasındadır  və  biz  hazırda  da  “yaman  oynadı,  yaman oxudu, yaman çaldı” və s. ifadələrdə bu sözü “yaxşı” mənasında işlədirik.

     Yallı  adlarının  bir  qismində  isə rəqs hərəkətinin icra formaları və ifa tərzi öz əksini tapır. Bura  Çökəli,  Narıncı,  İkiayağı,  Dönə, Üçayağı, Asta Qarabağı,  Qazı-qazı,  Qazayağı,  Dikdabanı,  Sər-səri,  Xanı-xanı, Nanay, kimi yallılar aiddir.  Təbii ki, Naxçıvan ərazisindəki El, Qarakilsə, Hərilli, Göyçəməni, Hoynəri (fikrimizcə bu Xoy – Xok  nəri, igidi yallı adıdır), Dağı, Dalan, Dağ gülü kimi  yallı  rəqsləri  isə yarandığı ərazi, kənd və elin adını daşıyır.

      Naxçıvan  yallı adlarının  maraqlı  cəhətlərindən  biri  də onların ifasında rəqs edənlərə müraciətlər, xitablardır. Ola bilsin ki, Söylə, Köçginən gəl, Ay xanım, Aman gəl, Aman Lelo kimi yallı adlarında müəyyən rəqs hərəkətinin icrasına hər hansı  bir  xəbərdarlıq  nəzərdə tutulmuşdur. Bu adlardan bir qismi eyni zamanda geyimə – Tirməşal,  hər hansı bir ictimai prosesə – Köçəri,  eləcə də rəqsin  xarakterinə  uyğun –Nanay,  Cərgəbaz kimi adlarla yallı adına çevrilmişdir.  Bütün  bunlar milli rəqslərimizin son minilliklər inkişafı ilə bağlı adlar olmaqla asanlıqla anlaşılır. Lakin bu yallıların dairəvi ifa tərzi, rəqs hərəkətləri icrasında əyilib qalxmalar, müxtəlif qeyri – adi  ifalar və rəqs zamanı müəyyən həmahəng  səslərin nə  ilə bağlı olduğu və nə məna daşıdığı  günümüzədək aydınlaşdırılmamışdır.

       Biz qədim qaynaqlara baxdıqda bu yallı adlarından bir qisminin mənaca milladdan öncəki minilliklərin tayfa adı və inancları ilə bağlı adlar olduğunu görürük  və  adlar  müasir dilimizdə anlaşılmır. Yallıda əsasən dairəvi rəqs amilinin qədim mifik inancımızla bağlı olduğu da qədim qaynaqlar hesabına anlaşılır. Bu adların tarixi qaynaqlar və qədim türk dili sözlükləri ilə etimoloji izahları milli musiqimizin, eləcə də yallı rəqslərimizin hələ neçə minilliklər əvvəl yarandığını ortaya  çıxarır.  Bu  isə milli mədəniyyətimizin qədimliyinin sübutu ilə yanaşı, bu rəqslərin  Gəmi – qaya,   Qobustan,  Təbriz,  Nüvədi, Mingəçevir və s. ərazilərin qayaüstü rəsmlərində e.ə. minilliklərə aidliyi yallı janrı mədəniyyətinin  məhz Azərbaycan  xalqına  məxsus  olduğunu  da təsdiq edir  (7, s. 113-122). Rəqslərin dairəvi  ifa amilinə  gəldikdə isə qədim qaynaqlara diqqət etdikdə bu rəqsin qədim azərbaycanlıların Günəş və Ay inancı ilə bağlı olduğu ortaya çıxır. Yallı  rəqsində  hərəkətlərin dairəvi  tamamı günəşə və Aya işarədir. Hələ e.ə. minilliklərdə  Şar –  “Günəş”  və “Ay” tanrısı qədim xalqımızın inancında xüsusi yer almış onlara aid inam şamanlarımızın ayinlərində yallı rəqslərinə  uyğun  icra  olunmuşdur (6, II c., s. 88 ). Təbii ki, yallı rəqslərimiz də bu tarixi inancımızın izləri olmaqla buradan qaynaqlanıb minilləri ötərək günümüzə qədər gəlmişdir.

       Şərili, Şərili köçərisi,  Sərsəvan,  Sareyi, Şirhan kimi yallı adları həm qədim türk mifi Şar – “Günəş tanrısı” adından, həm də Tanrı adını daşıyan Şir (Şirak –  “Uca Şir”) tayfa  adlarından öz adlarını götürmüşlər (6, II c., s. 88 ). Adlara  qoşulan il – “yurd”, kan – “məkan”,  “mənbə”, sav – “insan dolu dünya”, eyi/öyi – “yaradan , cənab, 4 cahanın  sahibi”  (1, 289, 492) kimi qədim Azərbaycan sözləri adları  Şərili  – “Şar tanrısının yurdu”,  Sərsəvan – “Şar tanrısını  insan  dolu  dünyası”,  Sareyi – “4 cahanın sahibi Şar tanrısı”  Şirhan –“Şar məkanı”,  mənalarında  uzaq  tariximizə  bağlayır. Bu yallılar Günəş tanrı adına dairəvi icra olunan ayin olub qədim inanc və mədəniyyətimizin rəqs hərəkətləri  ilə  ifa  üsuludur. Bütün bu qədimliyin, babalarımızın mirasının bir yerə yığılıb sistemləşdirilməsi və notlaşdırılması isə, Məmmədlilər musiqi tariximizin keçmişinə olan vətəndaş məhəbətinin və sənətkar qeyrətinin təcəssümüdür.

       Yallı adlarımızdan Noraşan – “Onuncu As ərlər”, Türkan, Tello, Desoy/Tusay,  Qaleyi, Çaleyi, Əfsəri, Gilani, Hazıravicin – “Şanlı Xəzərevi”, Ağrı  gülü,  Osmanlı,  Qızılbaş  kimi adlar da tarixi   baxımdan  xüsusu əhəmiyyət daşıyır. Bu adlar qədim Azərbaycan və onun qədim ayrılmaz yurdlarından  olan  Naxçıvan  əhalisinin  4 – 5 min il bundan öncəki ulu babalarından olan As, Türk, Tal, Tus, Ağri-Oğuz,  Xəzər, Gel,  Kol, Çul, Əfşar, Səfəvi,  Osmanlı,  Qızılbaş  kimi  tayfa  adlarının  adını  özündə qorumaqdadır  (2, s.29; 4, s.104; 8, s.129, 354, 418).  Bununla  bərabər Desoy/Tusay yallı adı qədim Ay inancımızdan da xəbər verir. Yallı adlarından tayfa adlarına qoşulan eyi/eya/iya –  “yaradan, 4 cahanın sahibi”, kan – “xaqan”,  bəzən də  “məkan”, av-“ev”, can/san – “şan-şöhrət” kimi qədim sözlər də adların əski minilliklərdən gəlməklə qədim türklərdə Tanrıya aid işarənin daşıyıcılarıdır (1, s.167, 205). Qədim əsatirlərə görə Ay tanrısı azərbaycanılıların inancında ayrıca yer almış, Asay, Doray, Talay, Matay kimi onlarla tayfa adlarımızda bu izlər qalmışdır (8, s.442). Bundan  başqa  Ay  hunlarda  Tanrı  adı olmuş, Günəşlə birgə Meteni hakim təyin etmişdir (9,s. 118). Bunlar nəzərə alınmaqla Tusay – “Ay tanrısı Tuslarının yallısı”, Qaleyi – “Yaradanın  Kol  tayfa  yallısı”, Çaleyi – “Yaradanın Çul  tayfa  yallısı” və  Güneyi – “4 cahanın sahibinə məxsus Gun” yallısı,     Kafeyi – “4 cahanın sahibinə məxsus Yurd”, Gilan – “Gillərə məxsus”, Şahsevən (Şahsevəri) yallı adları bu mənaları ilə qədim mifik kökümüzlə bağlı adlardır. Bundan  sonra  tayfa  adı və bir qrup Sələni – “Döyüşçü yallısı”,  Papil/Babil– “Başçı  yurdunun yallısı” (1, s.76, 482), Səfəvi adlarının sonundakı i “izafət” sonluğu adlara  ərəb  işğalından sonra  artırılan  şəkilçidir (yenə orada, 289, 492). Bu tayfa adlarından yaranan yallılar ümumxalq arasından çıxan qədim türk- Azərbaycan mifik  inancını  özündə  saxlayan  ayin  rəqsləri olmasını bir daha sübut  edir. Eyni hal Tənzərə – “Dan işığı, ziyası” mənasındakı Günəş tanrısına işarə olan bu yallı adında da təkrarlanır. Bu yallı eyni adda Türkiyənin Artvin, Şavşad bölgələrində rəqs zamanı səcdə xarakterli hərəkətlərlə qeydə alınır.  Bu da yallının Tanrı adına icra olunan qədim ayin, rəqs növü olduğunu göstəriri və şübhəsiz,  ifa tərzi Naxçıvan  mədəni  mühitindən ümumtürk ərazilərinə adlamışdır. Eyni  qədimlik  İrəvani, Urfanı yallı adlarında təkrarlanır. Bu adlardakı  insanı  yaradan  türk  tanrısı  Anu adı və qədim türk  sözləri ur -“məskən, yurd”, ban – “uca” (1, s. 81; 5, I ç. s. 164”) sözləri adları “Uca Anu yurdu”,“Uca yurd”  yallsı mənalarını da izah edir.

Əkrəm  və  Kənan  Məmmədlilər  tərəfindən  tarixi keçmişdən günümüzə gələn, milli mədəniyyətimizin bir parçası olan yallılarımızın toplanıb notlaşdırılması və kitab şəklində əbədiləşdirilməsi  ağır və  məsuliyyətli zəhmətin nəticəsidir

Firudin Rzayev  Filologiya üzrə fəlsəfə doktoru, dosent.

                                                             

Mənbələr

  1. Дрвнетюркский словрь. Ленинград: Наука.1969, 676 с.
  2. Cəfərоv C.İ. Milli etnik yaddaşın izi ilə. Bakı: Səda, 2005, 171 s.
  3. MəmmədliƏ.M. Azərbaycan muğamları. Bakı: —- 2012, 328 s.
  4. Qeybullayev Q.A. Qədim türklər və Ermənistan. Bakı: Azərnəşr, 1992, 138 s.
  5. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. I c., Ankara: Basımevi, 1985, 530 s.
  6. Мифы народов мира. Энциклопедия. Т. II, Москва: Советская энциклопедия.1988, 719 с.7. Rzayev F.H. Gəmiqaya təsvirlərinin və toponimlərinin ümumtürk çağırışı // AMEA NB Xəbərlər, Naxçıvan: Tusi, 2005, №1, s. 113-122.
  1. Rzayev F.H.Naxçıvan əhalisinin etnogenezi tarixindən.I c. Bakı:ADPU-nun mətbəəsi, 2013, 529 c.
  2. Seyidov M.M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 496 s.

 

 

KİTABIN İÇİNDƏKİLƏR

 

 

Sənətə etiramda vətəndaş qeyrəti…………………………………………………………….  5

Müəlliflərdən………………………………………………………………………………………  7

Yallılar……………………………………………………………………………………………… 9

Yallıları müşayiət edən musiqi üçlüyü…………………………………………………………. 14

Zurna çalğı aləti…………………………………………………………………………………. 15

Davul……………………………………………………………………………………………….16

Şərurda ifa olunan yallılar………………………………………………………………………. 17

Yallı adlarımızda qədim dilimiz və tariximiz………………………………………………….  25

Ağrı gülü yallısı…………………………………………………………………………………   30

Aman Lelo yallısı………………………………………………………………………………    35

Aman yar yallısı………………………………………………………………………………..   37

Amangəl yallısı…………………………………………………………………………………   41

Asta Qarabağı yallısı………………………………………………………………………….   45

Ay xanım yallısı………………………………………………………………………………..   49

Baharı yallısı…………………………………………………………………………………….  52

Bəndi yallısı……………………………………………………………………………………..  60

Bəndil yallısı…………………………………………………………………………………….  62

Bir addım geri yallısı…………………………………………………………………………    64

Cərgəbaz yallısı…………………………………………………………………………………  68

Çaleyi yallısı…………………………………………………………………………………….  69

Çınq – çınq yallısı……………………………………………………………………………..   73

Çökəli yallısı……………………………………………………………………………………   75

Dağ gülü yallısı………………………………………………………………………………..   77

Dağı yallısı……………………………………………………………………………………..   78

Dalan yallısı…………………………………………………………………………………….. 79

Desoy yallısı……………………………………………………………………………………. 81

Dəllo yallısı……………………………………………………………………………………… 85

Dikdabanı yallısı……………………………………………………………………………….  86

Dönə yallısı……………………………………………………………………………………….88

Durqoyu yallısı…………………………………………………………………………………  92

El yallısı…………………………………………………………………………………………. 94

II El yallısı……………………………………………………………………………………….102

Əfsəri yallısı…………………………………………………………………………………….106

Gilani yallısı…………………………………………………………………………………… 109

Göyçəməni yallısı……………………………………………………………………………..112

Gülüşanə yallısı………………………………………………………………………………..113

Güneyi yallısı…………………………………………………………………………………..117

Hazıraviçin yallısı…………………………………………………………………………….  121

Hərilli yallısı…………………………………………………………………………………… 123

Hoynəri yallısı………………………………………………………………………………… 125

Xanı xanı  yallısı……………………………………………………………………………… 127

Xələfi yallısı…………………………………………………………………………………….131

Xəlili yallısı……………………………………………………………………………………. 135

İki ayağı yallısı…………………………………………………………………………………139

II İkiayağı yallısı……………………………………………………………………………… 142

İrəvanı yallısı…………………………………………………………………………………..144

Kafeyi yallısı………………………………………………………………………………….. 147

Kərimbəy yallısı……………………………………………………………………………… 148

Köçəri yallısı………………………………………………………………………………….. 151

Köşginən gəl yallısı………………………………………………………………………..    155

Qaleyi yallısı………………………………………………………………………………….  159

Qarakilsə yallısı……………………………………………………………………………..   164

Qaz ayağı yallısı…………………………………………………………………………….   166

Qazı – qazı yallısı…………………………………………………………………………..   168

Qəmbəryamanı yallısı…………………………………………………………………….     171

Qənimo yallısı……………………………………………………………………………….   172

Qızbiryana yallısı…………………………………………………………………………..    174

Qızılbaş yallısı………………………………………………………………………………    176

Qoçəri yalllısı……………………………………………………………………………….    179

Leylahanı yallısı……………………………………………………………………………    180

Ləyli xani yallısı……………………………………………………………………………    182

Mərcanı yallısı………………………………………………………………………………   186

Mərcanlar yallısı……………………………………………………………………………   188

Nanay yallısı…………………………………………………………………………………  193

Narıncı yallısı……………………………………………………………………………….   194

Nazilə yallısı………………………………………………………………………………..   196

Nuran yallısı…………………………………………………………………………………  197

Nuraşan yallısı……………………………………………………………………………..   198

Osmanlı yallısı……………………………………………………………………………..   200

Papili yallısı…………………………………………………………………………………   203

Paşamgəl…………………………………………………………………………………….  204

Rüstəmbazı yallısı…………………………………………………………………………   208

Salamı yallısı……………………………………………………………………………….   213

Sareyi yallısı………………………………………………………………………………..   216

Seyranı yallısı………………………………………………………………………………   217

Sələni yallısı………………………………………………………………………………..   218

Sər – səri yallısı……………………………………………………………………………   220

Sərsəvan yallısı…………………………………………………………………………….   224

Sındırma yallısı…………………………………………………………………………….   225

Siyaqutu yallısı…………………………………………………………………………….   228

Söylə yallısı…………………………………………………………………………………   230

Suskayi yallısı …………………………………………………………………………….    232

Şahsevəri yallısı…………………………………………………………………………..    234

Şah gəldi yallısı…………………………………………………………………………..    237

Şamamagəlin yallısı…………………………………………………………………….     241

Şəli – Şəli yallısı ………………………………………………………………………..     243

Şərili köçərisi yallısı……………………………………………………………………      245

Şərili yallısı………………………………………………………………………………..   248

Şirhanı yallısı……………………………………………………………………………..   249

Tello yallısı………………………………………………………………………………..   250

Tənzərə yallısı…………………………………………………………………………….   255

Tirməşal yallısı……………………………………………………………………………   259

Türkanı yallısı…………………………………………………………………………….   264

Urfanı yallısı………………………………………………………………………………   268

II Urfanı yallısı…………………………………………………………………………..    272

Üç ayağı yallısı…………………………………………………………………………..    275

II Üç ayağı yallısı……………………………………………………………………….     278

Yeli Yeri yallısı………………………………………………………………………….      280

Zəngi yallısı……………………………………………………………………………….   282

Zor – zoru yallısı…………………………………………………………………………   284

Kitabın içindəkilər ……………………………………………………………………….   288

 

 

Kitabı Yüklə

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =