Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının müzakirəsindən

Print Friendly, PDF & Email

Milli xarakterli tədqiqat işləri,monoqrafiyalar,araşdırmalar xalqımızın dövlət müstəqilliyinin bəhrəsidir.

    Mən də Sizin kimi sovet dövründə yaşamış bir insanam və o fikrə şərikəm ki, sovet dövründə milli maraqlara xidmət edən tədqiqatların aparılmasına icazə verilmirdi,şərait yaradılmırdı,kənarlaşdırılırdı, ideologiya imkan vermirdi,sıxışdırırdılar və biz belə böyük tədqiqatçılardan Əbülfəz Hüseyninin,mərhum elamşünas Yusif  Yusifovun tədqiqatları ilə bərabər rəhmətlik Əjdər Fərzəlini də qeyd etməliyik.Doğrudan da bu şəxslər və adlarıni qeyd etmədiyimiz bir sıra şəxslər var ki,onlar o dövrdə elmimizin inkişafına böyük töhfə vermişlər,milli tariximizin, milli mədəniyyətimizin,öyrənilməsində  böyük  xidmət  göstərmişlər.

    Rəhmətlik Əjdər Fərzəlinin “Nuh tufanı, Gəmiqaya-Qobustan əlifbası” kitabı mən deyərdim ki,aparılan araşdırmalarına görə,əldə etdiyi nəticələrə görə böyük elmi əhəmiyyət kəsb edir.

    Hər şeydən əvvəl ona görə ki, Əjdər Fərzəli 40 ildən artıq bir dövrdə apardığı araşdırmalar yığcam şəkildə,mən deyərdim ki,xülasə edilərək oxuculara təqdim olunmuş və 2014-cü ildə də həmin monoqrafiya-çox yaxşıdır ki, rus dilində nəşr olunub.

     Belə bir tədqiqat əsərinin ingilis dilinə tərcümə olunmasına və dünyada, beynəlxalq aləmdə yayılmasına cox böyük ehtiyac vardır.

    Dogrudan da Gəmiqaya-Qobustan əlifbası Orxon-Yenisey əlifbası ilə səsləşən, üst-üstə düşən bir yazı sistemidir və rəhmətlik Əjdər Fərzəlinin özünün də qeyd etdiyi kimibu əlifba ilə Orxon-Yenisey əlifbasının hərfi işarələri tam şəkildə üst-üstə düşür.Doğrudur onların mənalarında bəzi fərqlər vardır.Bu da onu göstərir ki, Orxon-Yenisey əlifbasınin hərfi işarələrinin əsasında, qaynagında Gəmiqaya-Qobustan əlifbası dayanır,çünki, Orxon-Yenisey əlifbası fonoqrafik-səsli əlifba olsa da orada az bir qisim piktoqramları hələ də özündə saxlamışdır, amma Gəmiqaya-Qobustan əlifbasında hələ tam şəkildə fonoqrafik əlifbaya keçid olmamışdır,bu mənada Əjdər Fərzəlinin gəldiyi nəticələr Orxon-Yenisey əlifbasını öyrənmək baxımından, Orxon-Yenisey əlifbasının tarixini öyrənmək baxımından çox büyük material verir

   Bilirsiniz ki, Orxon-Yenisey əlifbası 1893-cü ildə oxunmuş və onun türk əlifbası oldugu,türk abidələri oldugu beynəlxalq aləm tərəfindən qəbul olunmuşdur.Mən bunu qeyd edim ki,birinci: xristian dünyası, Avropalı alimlər bu yazıların,bu əlifbanın türklərə məxsus oldugunu qəbul etdikdən sonra məyus oldular və bu əlifbaya bu yazılara maraqları azalmaga başladı və bununla da kifayətlənməyib Orxon-Yenisey əlifbasının arami yazılarından götürüldüyünü iddia etməyə başladılar, halbuki,arami əlifbasındakı bəzi işarələr Orxon-Yenisey əlifbasının hərfi işarələrinə bənzəsə də bunlar ayrı-ayrı şeylərdir, çünki, Orxon-Yenisey əlifbasının bəzi işarələrini Skandinaviya  runlarına bənzədirdilər,sonra məlum oldu ki,o işarələr də Şərqdən gəlmişdir, Orxon-Yenisey  yazılarından törəmişdir. Mən burada bir başqa məsələni də qeyd etmək istərdim: qərb alimləri Orxon-Yenisey yazılarının tarixini yeni eranın V-VІІəsrlərindən başlayırlar, guya Orxon-Yenisey yazıları ondan əvvəlki dövrə aid ola bilməzdi.Amma 1970-ci ildə Alma-Ata yaxınlıgındakı İssık kurqanında abidə-yazılar aşkar olundu,ondan sonra Qazaxıstan,Qırgızıstan ərazisində də bir sıra yazılar aşkar olundu və bunları birmənalı şəkildə Sak dövlətinin zamanında –yəni 5000 il bundan əvvələ aid etmişdilər,yəni Orxon-Yenisey yazılarının- əlifbasının tarixi 5000 il bundan əvvələ aiddir və:

     Əjdər Fərzəlinin də sübut elədiyi kimi – əldə etdiyi nəticələr də məni  təmin edir ki,mən də onunla şərikəm ki-Gəmiqaya-Qobustan əlifbası Orxon-Yenisey əlifbasının əsasında dayanır və mən deyərdim ki,dünya mədəniyyəti, dünya əlifbaları Gəmiqaya-Qobustan əlifbasınin əsasında şaxələnmiş,qol-budaq atmış,qollara ayrılmışdır.Biz bunu Əjdər Fərzəlinin tədqiqatlarının ana xətti kimi görməkdəyik. Təsadüfi deyil ki, Əjdər Fərzəli həmin kitabında Gəmiqaya-Qobustan əlifbası ilə yazıya alınmış 4000-ə yaxın leksik söz vahidi müəyyən etmişdir. Fürsətdən istifadə edərək bir məsələyə də münasibətimi bildirmək istərdim. Əjdər Fərzəli erməni məsələsinə- ermənilərin bizim mədəni sərvətlərimizi qəsb etmək istiqamətindəki əməllərini də ifşa etmişdir. Məsələn (B.Xəlilov da öz məruzəsində bunu dedi) Gəmiqaya-Qobustan əlifbası,yazıları bir tək Gəmiqaya və Qobustan yazıları ilə bitsəydi, deyərdik ki,bu təsadüfi bir haldır,ancaq Gəmiqaya-Qobustan əlifbası ilə yazıların Mingəçevirdə,Gəncədə, Naxçıvanda,Samaxıda, İçərişəhərdə, Təbrizdə və s. ərazilərdə tapılması,aşkar edilməsi onu sübut edir ki,bu əlifbanın yayılma arealı çox geniş olmuşdur.

    Əjdər Fərzəli böyük təəssüf hissi ilə,ürək ağrısı ilə qeyd edir ki:

    Mingəçevirdə 1946-1950-ci illərdə arxeoloji qazıntı aparılarkən, 20000-ə qədər eksponat aşkar olunmuşdu, bu eksponatların yalnız 500-ü Azərbaycanda qalmışdı.Çünki alban əlifası ilədir deyə, ermənilər həmin o eksponatları-yazılı daşların hamısını Yerevana daşımışdılar. Əjdər Fərzəli burada bir maraqlı faktı da etiraf edir ki, Azərbaycan tarixi muzeyində bir yazılı daşın 1960-cı ildən əvvəl şəkli çəkilmişdi, son dövrlərdə 80-90-cı illərdə gedib həmin yazılı daşa baxanda görüblər ki, həmin yazılı daşın üzərindəki yazılar silinmişdir.Beləcə nə qədər alban mədəniyyəti nümunələrini, xronologiyaları, xronikaları,alban abidələrini ermənilər erməni dilinə çevirib-köçürüb orijinallarını məhv etmişdilər.

    Bunları Əjdər Fərzəlinin sübut etməsi, ifşa etməsi onu göstərir ki,o monoqrafiyanın böyük elmi əhəmiyyəti vardır və mənə elə gəlir ki,bu iş davam etdiriləcəkdir.

                               

    Əbülfəz Quliyev(Amanoglu), Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Dil,Ədəbiyyat, İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =