Page 995 - Vahid Rzayev
P. 995

993




                  O, "xöşbəxtlik", dediyimiz hamı ilə sevinclə bölüşmədikdə də, ola bilmir.
                  Bölüşmədikdə isə, onun olmur, ona - ondan pay qalmır.

                  Bu səbəblərdən də, o nisbidir.
                  30.03.2018

                  ***

                  Yalan da, həqiqət də...

                  Kiminsə "həqiqəti", yalandır,

                  Kiminsə "yalanı", həqiqətdir!
                  Qəribədir...

                  30.03.2018

                  ***

                  Bir də, eləcənə olmayacaq...


                  Daddığımın dadını, bir də yenidən, təkrardan, dadmaq, istəmirəm.

                  O daddan, bir də istəmirəm, o daddan bir də olmayacaq, olmayanı istəmirəm.

                  Bir də olmayacaq, o dadın - dadını, bir də, ikinci dəfə istəmirəm.

                  Arada bir dad, bir rəng, bir səs, bir söz qalsın, qoy yadımda - yaddaşımda, o, qalsın...


                  O, xöşbəxtlik halının təkrarını, bir də istəmirəm.

                  Bir də, o, təkrardan olmayacaqsa, onu bir də, istəmirəm.

                  Yadımda - yaddaşımda o, qalsın, ilkin olan o, ilk qalsın.


                  İkinci olsa da, yenə də, o, birinci halla, müqayisə olunacaq.

                  Amma, birinci hal, o olan hal, yaddan çıxmayacaq.

                  Birinci bir də,  olduğu  kimi  təkrarlanmayacaq, bir də  yenidən,  o,  olduğu  kimi
                  olmayacaq...

                  Hər an yeniliyi, hər anın, yeniliklərini istəyirəm...


                  01.04.2018

                  ***
   990   991   992   993   994   995   996   997   998   999   1000