Page 998 - Vahid Rzayev
P. 998
996
Yer üzündə, əhalinin sayı da, Yeddi milyarddır, o da, yeddiyə, o, ədədi Silsiləyə
sığmadadır!
Ey İnsan – saylar
içərisindən sayın,
səslər içərisindən səsin,
görkəmlər içərisindən görkəmin,
gözəlliklər içərisindən, öz gözəlliyin,
Varlıqlar arasından, neçədir sənin, varlıq adın?...
03.04.2018
***
Musiqi...
Azərbaycan musiqisi, çox zəngin olan bir, musiqi varidatıdır!
Musiqi - Dil, Dilçilik kimindir, yayıldıqca, səni onunla, onu səninlə, tanıyırlar.
05.04.2018
***
Afrikadan, yeni qitənin, yaranması ehtimalı...
Son günlər, çox intensiv olaraq, Afrikanın Şərqində, Keniyada, baş vermiş torpaq üstü
çat haqda geniş mə'lumatlar səsləndirilir.
Səsləndirilən məlumatda bildirilir ki, baş vermiş, həmin torpaq üstü çat nəticəsində,
Afrika qitəsindən, Keniyadan başlayaraq, yeni bir qitənin, yaranacağını ehtimal
edilərək, belə bir fikir səsləndirilir ki, yeni qitə, bir fikirdə, bir milyon ildən sonra,
başqa bir fikirdə, üç milyon ildən sonra, daha irəli gedərək, Afrikadan yəni qitənin
yaranması, əlli milyon ildən sonra, baş verəcəyi ehtimal edilir.
Əgər, Afrikanın Şərqindən, Keniya ərazisindən başlayaraq, yaranmış torpaq üstü çat,
yeni bir qitə yaratma əlamətidirsə, onda bu proses, torpaq sürüşməsi ilə deyil, güclü
zəlzələlərin müşayiəti ilə, davam etməlidir.
Son dövrdə, Yer kürəsi səthində, bütün Qitələrdə, torpaq sürüşmələri intensivləşib.
Yer kürəsi və Kainatda olan bütün Planetlərin dərin qatlarında, mütəmadi olaraq,
müxtəlif tipli zəlzələlər, onların, o planetlərin səthlərində isə, baş verən torpaq
sürüşmələri hər an, dayanmadan baş verir və verməlidir də.
Son, iyirmi il ərzində, kürəmizdə, baş verən torpaq sürüşmələri çox güclü olaraq
davam edir.