Page 993 - Vahid Rzayev
P. 993
991
Canlılar - canlılar arasında, varlıqlar - varlıqlar arasında, təbiət - təbiət arasında,
kütlələr - kütlələr arasında, cisimlər - cisimlər arasında, bir - birinə bağlı, bir - birinə
ehtiyaclı, bir - birinə möhtacdırlar.
Bütün, bu aləmin, bütün aləmlərin möhtaclığı isə, bir Göylərə, bir Səmalara, bir də,
Kainatadır.
24.03.2018
***
Nə varsa, hərəkətdə...
Hər nə varsa, ya süzülüb tökülmədə, ya da ki, bir yerdən, başqa bir yerə, düşmədədir.
Bax, bir ətalətə, bir də ki, sükunətə, bax pərvazlanana, bax uçana, bax bir də ki,
düşənə.
Silkələnmələr, titrəmələr, hərəkətlər, sürtünmələr, hər tərəfə olmasa idi, heç bir varlıq,
nə törəyər, nə artar, nə də ki, çoxalar, nə törədərdi.
Nə ətalət, nə də ki, sükünət, bir yerdə dayanmayandır, onlar, bütün ola biləcək
hərəkətlərə, bir başlanğıcdır.
Ətalətlə, sükunət arasında, bir hərəkət halı da var ki, o da, İşıq titrəyişidir.
Hər İşıq titrəyişi, hər İşıq titrədicisi, hər İşıq qıcıqlandırıcısı, hər iki hal arasında, bir
sükunət, bir də, ətalət arasında, cəmi bir yaradıcı İşıqda olur.
Onları, birliyə gətirən də, onlar arasından, törəmə halını da gətirən, həmin o, İşıq
Varlığıdır.
Bəs, necə Yarada bilir Yaradan, deyildikdə, cəmi bir mexanika işlək olur.
Bütün növ, Materiyaların arasında, sükunətlər, ətalətlər arasında, bir İşıq varlığı,
hərəkət verici olur.
O, bütün törənəcəkləri, hərəkətli edərək, hərəkətlə - hərəkəti, hərəkətin özündə,
törənən edir.
Halın biri, sükunətdə, halın biri ətalətdədir.
Onların hər ikisi arasında, bir İşıq yastığının, özünə məxsus, yeri olur.
Halın biri Matrısa, halın biri isə, Paunsondur.
Qəlib və Qəlibləşdirici, o, Matrisa və Paunson kimi, adlandırılıblar.
Matrisa ilə, Paunson arasında, mütləq bir İşıq yastığı, mövcud olur.
28.03.2018
***