Page 989 - Vahid Rzayev
P. 989
987
"Ra"- hər bir halda, müqəddəs olan, İşığı təmsil, tərənnüm, edir.
Yə'ni, mahiyyət aydınlaşanda, o, məfhumun, mə'nası, daha aydın olur!
24.03.2018
***
Yer kürəsində, dayanmayan proses...
Əgər, Göz spektrinin görmə sür'ətini artırsaq, onda, bütün mövcud olan kütlə və
varlıqlardan dalğavarı həlim, axıcı su içərisində, su kimi axmasını müşahidə etmək,
mümkündür!
Amma ki, bu dayanmayan, tükənməyən su ehtiyatı haradandır və nəyin nəticəsində bu
proses baş verir?
Yer kürəsinin Günəşlə, isti və İşıq axımının qarşılıqlı əlaqəsi bu halı yaradır.
Bu səbəbdən, Yer kürəsinin Nüvəsi aktiv nüvə hesablanır ki, malik olduğu temperatur
həddi, layları qat və süxurlardan "su", ayrılmaları baş verir.
Bəs niyə, su ayrılmaları baş verir?
Çünki, O Böyük Partlayış anında hədsiz dərəcədə ayrılmış İstilik miqdarlarının
soyuma həddində, O İstinin özündən soyuma ardıcıllığı başlayanda, onun soyuma
təzahürü, ("nisbi nəmişliklə"), bütün kütlə və varlıqlar necə deyərlər, "nəm, su
varlığının ilkin halının", yaddaş daşıyıcılığına, başlayıblar.
Bu səbəbdən də, bütün Qalaktika və Planetlər özlərində nisbi soyuma həddi, Kainatın
özü də, "nəm, su"- varlığı yaddaşı ilə, əhatələndilər.
Günəş ətrafında hərəkətdə olan planetlərdə, su ayrılmaları nə səbəbdən yox
dərəcəsindədirlər?
Çünki o planetlərin, Nüvələri Passiv nüvə olduğundan, dərin qatlardan, su ayrılmaları
baş vermir.
Yer kürəsində Su mövcudluğu, Nüvənin plazmasıdır.
Nüvənin, kürə daxilinə, özündən ayırdığı, plazmatik mayedir.
Günəşin Nüvəsindən də, ayrılan, plazmatik mayedir.
Yer kürəsi səthinə, o plazmatik maye, Su tipli qalxdığı zaman, Günəş səthinə də,
həmin plazmatik maye, lava tipli axıb, ayrılmadadır.
Qaldı ki, Yer kürəsində oksigen, kislorodun, (onların hər ikisi də anlayışda, "oksi"-
türş, "qen", - kök, törədici, yaxud da ki, "kislo", - turş, "rod", kök, nəsil, mə'nası
daşıyırlar), nizamlı olmasına səbəb, iki qütb Şimal və Cənub Qütblərindən hər ilin
mart-aprel ayları ərəfəsində iki qütbdən "Qütb parıltısı, Şimal parıltısı", ərəfəsində
ayrılan anomaliya qat-qat çox sıx, dalğavari bir formada, ayrılaraq, Yer səthinə
yenməklə, sanki "əriməklə", illik hava qatını yer aləmi ilə bölüşdürür.