Page 984 - Vahid Rzayev
P. 984
982
Pak - paklıqdan başlayar.
Paklığa üz tutar, paklığı çağırar.
Çünki, olsun ki, pak.
İstəkləri ilə, Kainata xitabları, paklığa xitabları, İşığa xitabları, paklığa olsun,
xitabları.
Paklıq, yer aləmindən çağrılar, o paklıq çağrışı ilə, Kainata üz tutular, Kainatı, çağırar.
Niyə Kainata üz tutular, Kainat çağrılar?
Çünki, bütün paklıqların başlanğıcı, Kainatdan başlar.
Niyə paklığın özü suda olub, su ilə çağrılar, ayinlər su ilə, başlar?
Bütün başlanğıclar, niyə su ilə başlar?
- su olmasa canlı olmaz,
- su olmasa, bitki olmaz,
- su olmasa bulud olmaz,
- bulud olmasa, Yer Aləminə, bir də o, su qayıtmaz.
Niyə su tükənməz?
Paklıq su ilə başlar.
Su, yaddaş daşıyıcısıdır.
Su ilə, istəklərimizi, arzularımızı, həsrətlərimizi, bildirırik, Kainata üz tutarıq.
Su tək yerə yox, bütün aləmlərin birlik hərəkəti olduğundan, su eyni vaxtda təmizlik,
paklıq daşıyıcısıdır.
Deməli su yaddaş "daşıyıcısı", olduğuna görə, bütün ayinlərin başlanğıcı su ilə başlar.
Su, nisbi nəm, nəmişlik, rütubət hardan gəldi ki, sonda oldu bir pak, bir də labüd?
Görün ki, nə qədər suallar çıxır ortaya.
Su, nəm, rütubət, nisbi nəm Kainatın ilkin halıdır ki, bütün başlanğıclar Kainatdan
başlar, su ilə başlar.
Doğum evində dünyaya insan gəlir, o, körpəni ilk anda, suya qovuşdurarlar, onun
əvvəli su ilə.
Dünyadan İnsan köçür, onun da sonu, su ilə.
Niyə, torpaqla yox, su ilə?
Torpaq da, suya möhtac olar, suya, möhtac qalar.
Qəribədir bu hallar.
Kainatın yaranmasının ilkin halında, O, Böyük partlayışdan Kainatlar Yarandı.