Page 991 - Vahid Rzayev
P. 991

989




                  Nüvədən, Yer kürəsinə və səthinə, ayrılan qalxan, məhlul isə, Sudur.
                  Günəşin  Nüvəsindən  də,  onun  kürəsinə  və  səthinə,  püskürülüb  ayrılan  qalxan  da,
                  plazmatik olan, lavadır, o, da, məhluldur.

                  24.03.2018

                  ***

                  Özünlə - özün...

                  Özündə,  hər  hansı  bir  hala,  inamın,  o,  inamdan  isə,  arxayınçılığın olmasa,  özünün
                  bildiyin həqiqət də, sənə yalan kimi görünəcək.
                  24.03.2018

                  ***

                  Onlar, nə əkərlər, nə biçərlər, nə də ki, e'mal edərlər...

                  Qəribədir, bütün canlılar arasında, qəribə olan, - insandır.
                  İnsan,  Yer  üzündə,  bir  müddət  yaşayıb,  var  olması  üçün,  mütləqdir  ki,  əkməli,
                  becərməli, biçməli, azuqəsini tədarük etməlidir, bir də o, azuqəsini, e'mal etməlidir.

                  O, bir də, makro - mikro aləminin şərtlərinə, diqqətli olaraq, həm müxtəlif paltarlar
                  geyməlidir,  həm  də  yatarkən,  bədəninin  temperaturu  dəyişilməsin,  soyuqlamasın
                  deyə, üstünü nə iləsə də, bürələməlidir, örtməlidir.

                  Onun, qidası da, çox maraqlıdır.
                  Qidasında, həm turş, həm şor, həm şirin, həm də, acısı olmalıdır.

                  Hələ  üstəlik  də,  bu  dördü,  öz  həyatı  üçün,  vacib  olan  bu  dadları  da,  bir  yerə,
                  toplamalı, onları e'mal etməlidir, müxtəlif temperatur şərtləri altında, onları qoruyub,
                  saxlamalıdır da.

                  O,  insan,  bu  insan,  yer  üzünə  gələcək  insan,  irəliləmək  üçün,  qaça  -  qaça,  hərəkət
                  etməz və uça - uça da, yer dəyişməz.
                  Onun, sür'ətlə yer dəyişməsinə, bir də yüksəlməsinə, öz düzəltdiyi, maşın - mezanizm,
                  gərəkdir.
                  İnsan, ancaq irəliyə yeriməyi bilər!

                  Onu da, heç özünü yormadan, özünü tələsdirmədən, belə hərəkət etməsini, bilər.
                  Onun, bilib  -  bilməsinə  isə,  bir  müəllim,  bir  onu  öyrədib  başa  salan,  bir  dərs, bir
                  məktəb gərək olar.

                  Yaşayış sahəsini, tikib, inşa etməsinə, mütləqdir ki, o binanı inşa edən, onun me'marı,
                  bənnası, o tikilinin ustası gərəkdir.
   986   987   988   989   990   991   992   993   994   995   996