Page 809 - Vahid Rzayev
P. 809
807
Amma ki, susuz, işıqsız, istisiz isə, canlı, bitki, heyvanat aləminin özü belə, o, Susuz
törəyə bilmədikləri kimi, amma onların var olmasına isə, Su onlara, zəruriyyətdir.
Bütün başlanğıclar:
dərəcələr, bucaqlar, ardıcıllıqlar, hündürlüklər, çökəkliklər, düzəngahlar, qaranlıqlar,
işıqlar və işıqlılıqlar, adlar-adlıqlar, dövrlər, ərəfələr, istilər, soyuqlar və s.
mahiyyətdən başlayar.
Mahiyyətlər, səbəbləri, halları doğurar, mahiyyətlərin özü isə, zəruriyyətlərdən
törəyər.
18.11.2017
***
Bütün varlıqlar, İşığa, İstiyə, möhtacdırlar...
Yer kürəsi də, İşığa, İstiyə, Günəşə möhtacdır.
Yer kürəsinin Peyki olan, Ay da, Günəş işığına, möhtacdır.
Ondan, Günəşdən, heç kənarda da, uzaqda da, qala bilmir.
Ay, Yer planetinin, bir Peyki olaraq, onlar birlikdə, Günəş ətrafında, birgə, həmahəng,
hərəkətdədirlər.
Günəş ətrafında olan planetlər də, o Günəşin o, İşığın, o, İstinin ətrafında, birgə
hərəkətdədirlər.
Qalaktikalar, Meqaqalaktikalar, Zərrələr Qalaktikası, İşıq Qalaktikası da, İlkin olan, o,
İlahi İşıq ətrafında, birgə hərəkətdədirlər.
Hanı, elə bir varlıq ki, hanı elə bir qüvvə ki, bu həmahəng hərəkətləri “dayandıra”, o,
İlahi İşıq qədərini “söndürə”, “azalda” bilə, Günəşi qaranlıqlara qərq edə, bilə?
Bə'zi insanlar, öz istəkləri ilə, Yer üzünə, ancaq qaranlıqları istəyə - istəyə, hələ bu
istəklərlə də, yerdən, göylərə yüksəlmək, istədilər.
Sönməz, Günəş işığını da, bu düşüncələrlə, “söndürmək”- istədilər.
Sönə bilməyəni, niyə söndürmək, istədilər?
(Günəş İşığının, daha tükənəcəyini, deyənlər).
Axı, yarasa nə bilsin ki, İşıq, nədir?
Günəş - Kainatdan, İlahi İşığın, təzahür İşığıdır!
O, İlahi İşıqlar da, sönərmi?
O, İlahi İşıqları, söndürmək olarmı?
19.11.2017
***
Kim dedi ki, “pul, əl çirkidir?”...