Page 807 - Vahid Rzayev
P. 807
805
o, İnsanlığın - böyük olan varlıq qədərini, hər an, bilək.
17.11.2017
***
Doğulan körpələrin, ömür - gün müddətini, Mamaça da, həkim Qnekoloq da,
tə'yin edə bilmir...
Əgər, Doğum evində, (düzdür ki, o, doğum evinə, o, binaya daxil olmaq olmaz),
doğum evinin, bu günkü tibb personalından, soruşsaq ki, ay Qnekoloq Həkim və ya,
Mamaça xanım, bu gün ərzində, neçə körpə, gəldi dünyaya?
Şərti olaraq, qəbul edək ki, bir neçə saat ərzində, on körpə, doğuldu, bu Yer aləminə!
Yə'ni, o, doğum evində, on oğlan uşağı və on qız uşağı, gəldi, Yer aləminə.
Bu günkü, tibb personalından soruşsaq ki, ay Həkim xanım, Mamaça xanım, bu
ərəfədə, Yer üzünə gələn, bu körpələrin, ömür günü, ömür müddətini siz tə'yin edə
bilərsinizmi?
Axı, uzun illər ərzində, körpələrin dünyaya gəlişinə yardımçı, köməkçi olmusunuz.
Çünki, sizlərin bu sahədə, (doğuş prosesində, yardımçı, köməkçi kimi), böyük
təcrübəniz var.
Siz, həkim personalı, deyə bilərsinizmi ki, tə'yin edə bilərsinizmi, bu körpələrin, hər
birinin, ayrı - ayrılıqda, yer üzündə, nə qədər, ömür müddəti olacaq?
Onların, nə kimin, peşə, sənət sahibi olacaqlarını, talehlərinin, kiminlə olacağı,
böyüyəndə, valideyinləri, qohumları, kimin “qapısına”, elçi gedəcəyini, tə'yin edə,
bilərsiniz?
Hansı qız, hansı oğlanla, kimlə, hansı şəhərdə, hansı ölkədə, hansı ailəyə gəlin
köçəcək, kimin sevimli, yarı olacaq? Kimlə, izdivac quracaq?
Bu körpələr, bu uşaqlar bu yer aləmində, nələrə çatıb, nələrə, haralara yüksələ,
biləcəklər?
Harda, hansı ərazidə öz ömürlərinin rahatçılığını, uğurunu tapacaqlar?
Hardasa haqlı, bəs harda peşman, olacaqlar?
Nələri qəbul, nələri İnkar edəcəklər?
Birisi həyata bağlı, birisi həyatdan, niyə küskün, olacaqdır?
Bu suallardan da, daha çox, müxtəlif suallar, ola bilərdi.
Amma, bu sualların cavablarını, kim verə bilər?
O, həkim Qnekoloq da, o, Mamaça xanım da, bu sualların qarşısında, yenə də, aciz
qalacaqlar!
Peşələr arasında, ən uca, ən vacib peşələr biri, qadın həkimi, mamaça xanımlardır ki,
onlar Yerlə, Kainat arasının, Yerdəki nümayəndələridirlər!