Page 808 - Vahid Rzayev
P. 808

806




                  Kainatdan, dünyaya İnsan gəlişi, tə'yinlənər, yer aləmində o tə'yinlənmişləri, o, bəşər
                  övladını, ilk, qadın həkimləri, Mamaçalar, qarşılayar!
                  Budur, onların Kainatlar qarşısında, ən böyük cavabdehlikləri!

                  Nə  qədər  də,  Kainat  qarşısında,  cavabdehli  olmuş  olsalar  da  belə,  yenə  də,  o,  hər
                  körpənin tale qədərlərini, Yer üzündə, heç onlar da, tə'yin edə bilmirlər və edə də,
                  bilməzlər.
                  Ömürlər,  nə  olacaq,  necə  olacaq,  sualı  qarşısında,  o,  Həkimlər,  o,  Mamaçalar,  o,
                  Analar, o, Atalar və bütün bəşəriyyət, aciz qalırlar və aciz qalarlar.
                  18.11.2017

                  ***
                  Mahiyyətlər, Zəruriyyətlər...

                  Hər bir halın “mahiyyəti ilə, mahiyyətində olduğunu”, hesablamadan, vaz keçildikcə,
                  onların səbəb və nəticələr də, bir - birindən, uzaqlaşarlar.
                  Mahiyyət və mahiyyətlər, bütün araşdırmaların başlanğıc momenti və açarlarıdır.

                  Mahiyyətlərdir qapı, araşdırmalar isə, onların zəruriyyət açarlarıdırlar.

                  Mahiyyətlər içərisində, mahiyyətlər var.
                  Hər  bir  halın  və  əşyanın,  canın,  kütlənin,  cismin,  zərrəciyin,  istinin,  soyuğun  nə
                  səbəbdən  belə  olduğunun  və  bu  səbəblər  içərisində  də,  hansı  səbəblərin  yarada
                  biləcəyini,  bilmək  istəmədikcə,  zəruriyyətin  nədə  və  niyə  belə  bir  başlanğıcla,
                  başladığı da, uzaqlaşıb, uzaqda qalar.

                  Onların əvəzinə isə, mülahizələr, ehtimallar, təxmin etmələr, ortaya çıxar.
                  İşığın  mahiyətini  bilmək  istəmədən,  onun  mahiyyətlərini,  qaranlıqlarda  axtarmağın,
                  nə mə'nası var?

                  Dağ qarşısında dayanıb, dağa çıxmaq istəyi, mahiyyətdir.
                  O, dağ zirvəsinə qalxmağa, yol araşdırmaq isə onun, zəruriyyətidir.

                  Dağ zirvəsinə yüksəlib də, o dağ zirvəsindən aşağıya yenmək, onun mahiyyətidir.

                  Amma ki, hansı səmtlə, hansı yolla yenmək isə, onun zəruriyyətidir.
                  Həyatın özü mahiyətdir, ölum, yer dəyişmə isə, onun zəruriyyətidir.

                  Bitkiyə, torpaq mühitdir, o bitkiyə su, mahiyyətdir.
                  Bitkinin, boy atıb meyvə, məhsul vermək isə, onun zəruriyyətdir.

                  Qadın vücudu və özü mühit və mahiyyətdir.
                  Qadınla, Kişi mahiyyətdir, birlikləri isə, zəruriyyətdir.

                  Dünyaya övlad bəxş etmək, qadın vücudundan onun, zəruriyyətidir.

                  Suyun, İşığın, istinin özü, mahiyyətdir.
   803   804   805   806   807   808   809   810   811   812   813