Page 688 - Vahid Rzayev
P. 688
686
Heç düşünmür və hesablaya da, bilmərik ki, Kainat, bizim hər bir istək, tələb,
narazıçılığımızı, “Eşidib” də, “Dinlədikdə”, bizə, hansı Hecada, hansı Tezlikdə, neçə
Kəlmədə, hansı Ardlcıllıqda, hansı Cümlədə, neçə Cümlədə, bizə hansı, əlamətlərlə,
“Cavab bildirir?”.
Heç, hesabladıqmı?
Heç, dinlədikmi?
Heç düşündükmü?
27.08.2017
***
Gecələrə hərəkət - Bürclər, Ulduzlar!
Gündüzlərə istiqamət - Cəhətlər idi...
Yer üzündəykən, Kürəmizin Kütlə və Həcm qədərini bilmək üçün və karıxıb
azmamaq üçün, çox-çox Qədim dövrdən, Cəhətləri tə'yin ediblər!
Quşlar da, gündüzlər uçar, yaz gələr o quşlar Qitədən-Qitəyə yer dəyişər!
O, quşların yer dəyişməsinə də, yenə Günəş kömək edər!
Bal arısı, nektar toplar! Çiçəklərdən şirə toplar, onlar da, Gündüz uçar, Günəşin
bucaqlarını əsas bilər! Topladıqları şirə qədəri, Günəş Gücünü, təmsil edər!
O quşların, cihazı yox, kompası yox, öz yollarını karıx salmaz!
Havada quşlar, arılar, yerdə həşəratlar, cücülər, qarışqalar heç yuvalarını karıx,
salmaz, karıx qalmaz!
Cihazı yox onların, heç kompası da yox, onların!
Amma, köçəri quşlar, Qitələrini, yollarını, yuvalarını karıx salmaz!
Baxdı insan quşlara, arılara, həşəratlara, düşündü, kim bunları idarə edir, nə bunları
idarə edir?
Niyə ancaq Gündüzlər uçur, heç qaranlıqda uçmaz onlar, hərəkət etməz onlar?
Tapdı insan!
İnsan da, Gündüz hərəkət edər, öz hərəkətlərinə, o da, Günəşi əsas bilər!
Nə azar, nə karıxar, nə də, yolunu səhf salmaz, karıx qalmaz!
Bütün Yer üzü varlıqları, kütlələri, cisimləri, canlıları üzü İşığa dayandı, İşığa tutdu!
Günəş işığını əsas gördü!
Dayandı, düşündü, baxdı!
Niyə sağım güclu, çevik, solum, zəifdur?