Page 686 - Vahid Rzayev
P. 686
684
Günəş də, Planetlər əhatəsində, onların, hərəkətləri əhatəsindədir!
O, Planetlərə, öz İşığı ilə, boylanar!
O, Günəşin əhatəsində olan o, Planetlər Günəşə, onun, O, İşığına, heyran olar!
Günəş də dönər, Boylanar o Planetlərə, bir də, Baxar, boylanar Yer Planetinə, Yer
üzünə!
Günəş də, öz əksini, Yerdə görər!
Öz görüntüsündə, dönər, özü sevinər!
Su hövzələrinin əksində, Özünü görər!
Dəniz, Okeanlarda, Su hövzələrində, öz İşığının, Əksini görər!
“Güzgü, göstərdiyi kimi” - o, da, Öz əksini, Suda, Sularda Görər, o, da, Sevinər!
Çünki, Öz İşığının Qədərini Görər, Öz İşığının Qədərini, bilər!
Onun da, Sevincinə - İşıqla Var Olmasına, Kainat da, Sevinər!
25.08.2017
***
O, İşığa möhtac...
Bütün Kainatlar, İşıqdan Yaranmadılarmı?
Bütün Kainatlar, İşığa Möhtac, Yaranmadılarmı?
Günəş ətrafında, hərəkətdə olan Planetlər də, Günəş İşığına möhtac, Günəş istisinə
möhtac Yaranmadılarmı?
Bütün canlılar, kütlərər, cisimlər, varlıqlar, İşığın Özünə, İstinin özünə, möhtac,
Yaranmadılarmı?
İşığın Özünə, istisinə, Möhtac, Yaranmadılarmı?
Bütün, İlklərin - bütün Başlanğıcların İlki, İşıqla, İşıqdan, bir də, İstidən, deyillərmi?
İşığın, Özü ilə, Özündə, Nurda deyilmi, O, Yaradan?
Sən də, O, İşıq Ətrafında, O, İşığa, o, istiyə, Möhtac, deyilmisənmi, ey Yaranan?
Bütün Kainat, bütün Varlıqlar, bütün Küllü - Kütlələr, Cisimlər, bütün Aləmlər, İşıq
İçərisində, Yaradıcı İşıq əhatəsində, İşığın Özü ilə, Özünə, “O” - na, Möhtac
deyillərmi, bütün Varlıqlar?
25.08.2017
***
Simvol işarələr...
Əgər, Kainatda, hər bir fərdin, özünə aid olan, sirli, gizli, şərti, simvol İşarəsi ilə,
bilinir, tanınırsa, o, say simvollarının, sayı, ədədi silsilədən də, artıq bir saydadır!