Page 587 - Vahid Rzayev
P. 587

585




                  Çünki, Kitabla  -  Söz, Kitabda  -  Söz,  o,  sözlər,  o,  hecalar  da,  mə'nanın,  məntiqin,
                  “çörəyidir”  -  ki, heç ondan  da,  onun,  mə'nasından,  məntiqindən,  heç  onun,
                  mahiyyətindən də, doymaq olmur!
                  Əgər Yer üzündə, bütün Bəşəriyyət, Çörəksiz ola bilməzsə, onda, Yer üzünün özü də,
                  Sözsüz,  Hecasız,  Cümləsiz,  Səssiz,  Dadsız,  Rəngsiz,  İyisiz,  Rayihəsiz  və  heç,
                  Məntiqsiz də, ola bilməz!

                  Nəfəs, söz, heca, dad, rəng, səs, hava, su, Yer üzünün, “Çörəyidir ki”, heç ondan da,
                  doymaq olmaz!
                  Çörəklə, Söz!

                  Sözlə, Çörək!

                  Hecadan, Söz!
                  Sözlərdən, Cümlə!

                  Cümlələrdən, Düşüncə!
                  Heç, onlardan da, “doymaq”, olmadı!

                  Heç onlardan da, “doyan”, olmayacaqdır!
                  11.07.2017

                  ***
                  Yuxuda - yuxu...

                  “Anesteziya”,  (xalq  arasında  “Narkoz”,  o  cərrahiyyə  əməliyyatı  zamanı  xəstəni,
                  pasienti, müvəqqəti yuxlatmaq üçündür), nədir?
                  O, halda vücutu, öz vücutundan, ayıran nədir?

                  O, müvəqqəti olan, bir yuxudur!

                  Canı-candan,  vücutu-vücutdan,  Vücutu  Ağrıdan,  ayıran,  Ağrını  vücutdan,  ayıran,
                  Yuxudur!
                  O, yuxu müddətinda, Baş yatmaz, Baş, mürgüləməz.
                  O,  baş,  (kəllə)  bir  mütləq  olub,  Kainatlara  yüksələr,  “O,  Mütləqə,  Əbədiyyətin
                  Mütləqinə” - yaxın olar!

                  O, Mütləqə, (obsolyut) “yaxın” ki, orada, qorxu yox, təlatüm yox, ağrı yox, acam yox,
                  suzam yox, üşüyürəm yox, istidir yox, vahimə yox, ümidsizlik yox, inamsızlıq yox!
                  Canı-candan, Vücutu-vücutdan, ayıran, Kainata, O, Mütləqə yaxın edən, “Yuxudur”.

                  İlkimiz ora, Sonumuz da, oradır!
                  Yuxu ilə, qalxarıq, ora!

                  Kainata qalxar, Yuxu ilə, qovuşarıq, onda, ora!

                  Yuxudan, o, “anesteziyadan”, bizi, ayıldarlar!
   582   583   584   585   586   587   588   589   590   591   592