Page 585 - Vahid Rzayev
P. 585

583




                  Aləmlər içərisində, Aləm...
                  Hər  hansı  bir  Aləmi,  özünlə  olan  Aləm,  bilirsənsə,  deməli  o,  Aləm  -  sənin  öz
                  Aləmindir!
                  Xətasız, ziyansız, məkrsiz, yalansız, karıxdırmayan olan Aləm, sənin Öz Aləmindir!

                  Onlara, əks olan da, sənə yad, başqa bir Aləm olsa da, o da, kiminsə Aləmidir!
                  Fikirlərində,  düşüncələrində,  axtarışlarında,  dayanmayan,  tükənməyən,  yorulmayan,
                  oraya, Elm, Mə'na və Məntiq Aləminə, Yüksəlməyə isə, ancaq sənə aid olan, sənin,
                  özünlə olan, bir Aləmdir!

                  Hər kəsin, hər hansı bir Aləmə, yüksəlməyi, çatmağı, onun, öz yoludur!

                  Bu, Aləmlər, o qədər sirli, örtülüdürlər ki, hər hansı bir Aləmə yüksəlməyi, o Aləmə
                  qovuşmağı, ancaq sənin, öz baxışında, öz axtarışındadır!
                  10.07.2017
                  ***

                  Yer üzündə, məzarlar, məzarlıqlar...

                  Çox qəribədir, çox düşündürücüdür!
                  Statistika mə'lumatına görə, Yer üzündə, Yeddi milyard, əhali var!

                  Bəs quşlar, balıqlar və başqa canlıların sayı, haqda mə'lumatlar var?
                  Mən bilən belə bir dəqiq statistik, hesabat yoxdur.

                  Amma,  diqqətlə  düşünüldükdə,  bu  ərəfədə,  əgər  Yer  üzündə,  Yeddi  milyard  əhali
                  varsa, deməli - gələcəyə, Yer üzündə, Yeddi milyard, məzar olacaqdır, məzar, var...
                  İlk, Yer üzü İnsanından, bu Dövrə qədər, nə qədər, İnsan gəldi, Yer üzünə?

                  Nə qədər, İnsan qayıtdı, Yer üzündən?

                  Arxeoloji qazıntılar, müxtəlif ərazilərdə, min illərdir ki, aparılır.
                  Bu, Arxeoloji qazıntılardan, əşyalar, şəhər ərazisi, aşkar olunur.

                  Amma, o ərazidə, yaşamış olan o əhalinin məzarlıqları, aşkar olunmur.
                  Halbu ki, əgər yaşayış sahəsi, şəhər qalıqları varsa, deməli o ərazidə, əhali də, mövcud
                  olub!
                  Əgər  düşünsək  ki,  Yer  üzünün,  yarı  hissəsi  Su  hövzələri,  yarı  hissəsi,  Quru  sahə,
                  olmuş olsa da, belə, Yer kürəsinin özünü, miqyaslara bölsək, hər məzar sahəsinə, şərti
                  olaraq,  bir  metrdən  olan,  məzar  sahə  ayrılsa,  onda,  Yer  üzü,  ancaq  Məzarlıqlardan
                  ibarət olmalı, başqa, yeni məzarlıqların qazılmasına, heç, yer də, qalmamalı idi?

                  Onda,  Yer  üzü,  ancaq  məzarlıqlardan  ibarət  olmalı  idi,  ayaq  qoymağa,  yer  də,
                  çatmamalı idi.
   580   581   582   583   584   585   586   587   588   589   590