Page 492 - Vahid Rzayev
P. 492

490




                  Həyat - biz İnsanlar üçün müvəqqəti, özü isə, var olandan, vardır.
                  Həyat - bizim gördüklərimizlə, görmək istədiklərimizlə, ölçülməz.

                  Bizim görmək istədiklərimizin, “ölçülərinə”, sığmaz.
                  Biz, həyata sığarıq, həyat bizə, sığmaz.

                  Həyat - görkəmcə, göründükcə - görüntüdür.

                  Bizlər də, bu Yer həyatında, müvəqqəti, görünənlərik.
                  Belə olmasa idi əgər, hanı o, Yer üzünə əvvəl yenib gəlmişlər?

                  Hanı, Yer aləmindən, qopub, uzaqlaşıb, ayrılmışlar?
                  Kim razı qaldı, bu Yer həyatından?

                  Hamı, narazı oldu, bu Yer həyatından.
                  Çünki, ona görə ki, bu Yer həyatı, bizimlə idi, amma bizimki, deyildi.

                  Biz,  və  bütün  bəşəriyyət,  işıq  aləminin,  əbədiyyətin,  səmaların,  göylərin
                  təmsilçiləriyik, tərənnümçüləriyik.

                  Kim razı qaldı bu, həyatından?
                  Kim qane oldu, nəyə qane oldu, bu həyatda?

                  Nə həyatın özü, nə də biz, həyatı dəyişə bilərik.
                  Həyat, belədir.

                  Bu həyat, olduğu kimi, həyatdır.
                  Bu Yer həyatı, bizim var olmamız üçün, vardır.

                  Kim qalib oldu, bu həyata?

                  Kim qalub gəldi ki, bu həyata?
                  Kim qalib kimi, əbədi qala bildi, bu yer aləmində, bu yer həyatında?

                  Gələn - gəldisə də, amma ayrıldı da, uzaqlaşdı da, bu, yer həyatından.
                  Kim qalib oldu, bu yer həyatına?

                  Biz ona yenə də, möhtac olaraq, qalarıq.
                  Onu da, itirməkdən çox qorxarıq.

                  Bu yer həyatı, hamımızındır, amma heç kimin, heç birimizin də, deyil.

                  Əbədiyyətə qayıdışımız isə, hamımızadır, hamımızındır.
                  Bu, Yer həyatı, “bədə”, bəddir - ağrılıdır.

                  Paxıla, ziyankara - əziyyətlidir, acıdır.
                  Xeyirxahı, mehribanı, həlimi - İşıq əhatəsində, işıqla, hifs - edəndir.

                  16.02.2017
   487   488   489   490   491   492   493   494   495   496   497