Page 490 - Vahid Rzayev
P. 490
488
Bütün hallar, bütün vəziyyətlər, bütün şəraitlər, həll olunanlardır.
Nə, həll olunmazdır ki?...
Əgər, bu aləmdə, həll edicilər varsa, onda, nələr həll olunmazdır ki?...
09.02.2017
***
Onun ətəyi, yoxdur ki ...
Nə tutmusan, bu dünyanın ətəyindən?
Axı yoxdur, bu aləmin, bu dünyanın, ətəyi də.
Kim dedi ki, dünya durubdur bur yerdə?
Dünya dayanmaz ki, öz yerdə.
Dünya, hər fırlandıqcan, dönüb başqa bir dünya, olacaq da, deyil ki...
Əgər, dünya dayansa, donsa, sussa, ləngisə, daha, o, dünya deyil ki...
Əgər dünya, “ölmək, donmaq, dayanmaq”, üçün olacayıdısa, onda o, kimin dünyası,
nəyin dünyası, olacaydı ki...
Olan, bu dünyadır, görə bildiyin də elə, olan dünyadır, sən olduğun da elə, bu
dünyadır.
Var olduğun bu dünya da, sənin, deyil ki, bu dünya da!
Əgər dünya hərəkətdəsə, gecə - gündüz hərəkətdəsə, deməli aləmlər də, onunla birgə
hərəkətdə.
Aləmlər fırlanırsa, əbədiyyət də, fırlanır.
Heç, arxayın da olma ki, o, əbədiyyətin özünə ki,
Fırlanar, o, əbədiyyət ona görə ki, yerə gələn, yerdən qayıdan, gəlsinlər, çatsınlar, o
əbədiyyətə də, yerləşsinlər.
Heç də, arxayınlaşma, bir o olan, “ölümə”, bir də ki, o olan, Əbədiyyətə!
Ayıq ol, diqqətli ol ki, baxar, bu dünya da, baxar o, əbədiyyət də, kimə “nə ilə”, kimə
“necə ilə”, olacaqdır da, ona da elə, sonlanacaqdır da...
11.02.2107
***
Əbədiyyətin, İşığı...
Bu həyatda, “ölüm”, var ki, candan - can, ayrılar.
O, Əbədiyyətdə, ölüm yoxdur ki, candan - can, bir də, ayrıla.