Page 36 - Vahid Rzayev
P. 36

34




                  Yer üzündə, Yer kürəsində, hansı təbii bir prosses gedir ki, bu təbii ehtiyacları, Yer
                  kürəsinin özü, neytrallaşdırır?
                  Düşünməyə dəyər.

                  Amma,  elmi  yanaşmalarla,  araşdırmalarla,  mühüm  olan,  bu  halın,  nələrdə  olduğu,
                  aydınlaşar!
                  Günəşin  şüası  zərrə  halı,  bütün  Yer  üzündə  arta  biləcək,  kiçik  mikroorqanizmləri,
                  bərabərlik həddinə qədər bölüşdürər, neytrallaşdırar!

                  Bütün insanlar, bütün Canlılar, iki hal qarşısında, acizdirlər!

                  İnsanlar, Canlılar, bu Aləmdə, bir Təbii ehtiyac qarşısında, bir də Ölüm qarşısında,
                  onu dayandırmaq qarşısında, acizdirlər.
                  10.06.2015
                  ***

                  Yer kürəsi və onun Nüvəsi...

                  Ay, yer Kürəsi, ay yer kürəsinin Nüvəsi, bu yay Ərəfəsi, nə yaxşı ərəfədir!
                  Bu yay ərəfəsində, bir çox bitkilərin, bitki məhsullarının, hasilə gələn, ərəfəsidir!

                  Necə də, Gözəlliklər, ərəfəsidir!
                  Ay, Yer Kürəsi, ay, yer kürəsinin Nüvəsi, Kainata pıçıldayıb, de bizlərin adından ki,
                  ərəfənin vaxtıdır, Bitkilərin, Su ilə, İsti ilə, hasilə gələn, vaxtıdır!

                  Arzularımızın da, istəklərimizin də, bu Ərəfə ilə, hasilə gələn vaxtı olsun, deyib də,
                  pıçılda!
                  “O”- bizi Eşidər - amma bu Ərəfədə, nəticələr necə hasilə gəlirlərsə, arularımızın da,
                  hasilə gəlmə ərəfəsinin başlanğıcı olsun - deyib də, pıçılda!

                  Ay,  Yer  Kürəsi,  Yer  üzü  -  Yay  Ərəfəsi,  Bitkilərin,  hasillərə  gəlmə  ərəfəsidir!
                  Bu fəsillə, bütün istəklərin də, hasilə gələn Ərəfəsi, olaydı kaş...

                  11.06.2015
                  ***
                  Bizim Yer kürəmiz, Günəş sistemimiz...

                  Bu, Yer üzündə, biz insanlar qürrələnirik ki, Yer üzündəyik!

                  Amma, heç düşünmək və bilmək də, istəmirik ki, bizim Günəş sistemi və Yer Kürəsi,
                  Oval  daxilində,  Kainatın,  (ellipsoidin)  hansı  səmtində,  hansı  sahəsindədir?
                  Bizim,  Yer  kürəsi,  Günəş  sistemi  ilə  birlikdə,  ümumi  olan,  Qalaktikalar  arasında,
                  Kainatın  hansı  səmtində,  Kainatın  harasında,  hansı  Sahəsində,  yerləşdiyi  ilə,
                  maraqlanırıq?
                  Onunla maraqlansaq, bir çox suallara, cavablar da, taparıq!
   31   32   33   34   35   36   37   38   39   40   41