Page 34 - Vahid Rzayev
P. 34

32




                  O, Bəşəriyyət...
                  Nələri məhf etməyə, çalışmadı o, Bəşəriyyət, bu Bəşəriyyət!

                  Nə Tanrı, nə də ki, Yer üzü, bezmədi, dayanmadı, doymadı, bu Bəşəriyyətdən!
                  Onlar, Bəşəriyyətin - Ali bir Bəşər olacağını, Gözlədilər!



                  09.06.2015
                  ***

                  Kaş ki, Bəşəriyyət...
                  Kaş ki, Bəşəriyyət, qalxardı Kainata, oradan, Kainatdan baxaydı, Yer üzünə!

                  Onda görərdi ki, O, nələri edibdir, bu, Yer Üzünə!
                  Tanrı Gözü ilə, Baxmayaydı, Yer Üzünə, öz baxışı ilə baxardı, bu Yer, üzünə!

                  Onda Bəşər görərdi ki, nələri edibdir, bu Yer, Üzünə!

                  09.06.2015
                  ***

                  Baxıram
                  Hərdən Aləmə baxıram, hərdən Aləmlərə baxıram, hərdən dönüb ətrafa baxıram!

                  Nəsə axtarıb, nəsə bilmək istəyirəm!
                  İstəmirəm hərdən, otağa daxil olmuş bal arıslna bənzəyim.

                  Şəffaf şüşədən keçmək üçün, fədakarlıqla çalışır.

                  Öndə İşıq var, o arı O İşığa bir də, qovuşmağa çalışır,
                  Onu karıx salan, şəffaf şüşədir!

                  Karıx salan da, zahirdə görünməyən amma maniə olan da o şüşədir!
                  Yanında pəncərə tağı açıqdır, bir də O İşığa qovuşmağa daha maniə yoxdur. Amma o
                  bal arısı fədəkarlıqla işığa bir də, qovuşmağa çalışır.

                  Balaca düşünsə, geriyə uçub baxsa, O işığa qovuşmaq yolu, yaxındadır!
                  Düşündüm, düşündüm bir də düşünmək istədim!

                  Bütün həllər, bütün hallar düşüncə ilə deyilmi?

                  İtirməsin insan düşüncəni, itirməsin insan müqayisəni!
                  Düşüncəmi,  düşüncələrimi,  azad  istəyirəm!  Hədləri,  sərhədləri,  çərçivələri,  xətləri
                  aşmaq istəmirəm!

                  Düşüncələrimin sərhədliyini istəyirəm!
   29   30   31   32   33   34   35   36   37   38   39